Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Heyvanlardan şəxsi inkişaf dərsləri
Heyvanlardan şəxsi inkişaf dərsləri
Göndərən: Fialka
Şərhlər: 4
Baxılıb: 239
Səs ver:
Heyvanlar aləmindən insanlara yol göstərəcək, nümunə olacaq bir çox şəxsi inkişaf hadisəsi yaşanır. Bu da bir neçəsi ...

Dişi aslan
Heyvanlar bir gün kim daha çox uşaq doğa bilər deyə mübahisəyə başlayarlar. Hamısı birlikdə dişi aslanın yanına gedib " sən neçə uşaq doğura bilərsən” deyə soruşurlar. "Bir” deyə cavab verir. "Çox az " deyir digərləri. "Fəqət mən aslan doğuraram” deyə cavab verir.

Xərçəng ilə anası
"Niyə belə yan-yana yeriyirsən balam” deyə ana xərçəng balasından soruşur. "Düzgün yerisənə” deyər. "Olar ana " deyir bala xərçəng. "Sən önümdə düzgün yeri, mən səni təqib edərəm”.
Danışma növbəsini bilmək lazım aslanın biri, bir qoyunu yanına çağırır və nəfəsinin qoxub-qoxmadığını soruşur. Bəli, deyə cavablar qoyun, bəli nəfəsin qoxuyur. Aslan bu cavaba əsəbləşib həmin an qoyunu parçalayır. Daha sonra çaqqalı səsləyib yanına çağırır, ona da eyni sualı verir. Xeyr, deyər çaqqal qorxusundan. Ancaq aslan yaltaqlıq etdiyi üçün çaqqalı da parçalayır. Növbə tülküyə gəlir. Eyni sualı tülküyə də verir. Tülkü bu suala belə cavab verir: üzr istəyirəm soyuqlamışam burnum heç qoxu almır.
Ağıllı insan təhlükəli vəziyyətlərdə danışmaz.
 
Qazlar və durnalar
Qazlar və durnalar bir gün eyni tarlada yemək axtararkən birdən yanlarına yaxınlaşmağa çalışan ovçunu görürlər. Durnalar daha çevik və yüngül olduqları üçün o an uçurlar. Amma qazlar ağır hərəkət etdikləri üçün ovçunun əlindən qurtula bilmirlər. Yəni tutulan hər zaman günahkar olanlar deyildir.
 
Xəstə maral
Yaşlı bir maral xəstələnir və otlaya bilmək üçün daha gözəl otlaqda yaşamağa başlayır. Hər heyvanla yaxşı rəftar etdiyi üçün bir çox heyvan tez-tez ziyarətinə gəlir. Zamanla hər gələn heyvan bu gözəl otlardan dadmağa başlayınca qısa bir müddət sonra otlar bitir. Maral xəstəlikdən xilas olur amma yeyəcək heç bir şey qalmadığı üçün aclıqdan ölür. Yəni bəzən yaxşı şeylərdə paylaşdıqca bitə bilir.

Tərcümə: Aidə Mahmudova


Şərhlər: 4
Baxılıb: 239
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ayka95
Maraqli oldu oxumaq
7 may 2016 22:47
# 4
Svetoklana
Dişi aslanin,diger heyvanlara verdiyi cavabi çox beyendim.Ümumilikde,her biri özünəməxsus sekilde maraqli idi.
7 may 2016 15:57
# 3
Göz yaşlarının belə bir vəzifəsi var imiş,ardından gələcək təbəssüm üçün təmizlik edərmiş...
vipbetul
maraqli hekayedir
7 may 2016 13:11
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Maraqla oxudum . Heyvanlar qeribe varliqlardir. Onlarin oz dunyasi var
7 may 2016 07:27
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz