Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İtlər üçün ölümcül olan 11 ləzzət
İtlər üçün ölümcül olan 11 ləzzət
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 466
Səs ver:
İnsanların zövqlə yediyi bir çox qidalar qoxuları etibarilə, itlərin də iştahını açır. Amma sahibinin bu qidaları şüursuzca itinə verməsi və ya itin bu qidaları çalaraq yeməsi zamanı ortaya ciddi problemlər çıxa bilər.
Etiraf etmək lazımdır ki, bütün itlər pisboğazdır. Əsla seçici deyillər, bizə iyrənc gələn, pis qoxulu bir çox şeyi nuşla mədəyə yükləmələri ilə məşhurdurlar. İtlər üçün daşdan yumşaq hər şey yeyilə biləcək bir şeydir!
Movqe.az xəbər verir ki, vəhşi təbiətdə bu xüsusiyyətləri onların həyatda qalması üçün bəlkə də lazımlıdır, lakin əhilləşdirildikdən sonra itlərin bu xüsusiyyətləri onların həyatını təhdid edər hala gəlmiş vəziyyətdədir.
Gəlin indi itlər üçün ölümcül olan ləzzətləri tanıyaq:
 
1. Avokado
Avokado itlər üçün zəhərli bir maddə olan persin tərkiblidir. Avokadonun yarpaqları, meyvənin ətli hissəsi və hətta toxumları belə itlər üçün təhlükəlidir. Avokado yeyən bir it tənəffüs çətinliyi çəkir.
 
2. Çörək xəmiri
Çiy, mayalı xəmir it tərəfindən yeyildiyində nəmli, isti və qaranlıq bir mühit olan mədə içərisində xəmirin mayalanma əməliyyatı davam edir. Mayalandıqca şişən xəmir, mədə divarına təzyiq edərək qan dövranını durma mərhələsinə qədər apara və mədə toxumasının ölümünə səbəb ola bilər. Genişlənən mədə divarı tənəffüs çətinliyinə səbəb ola bilər. Mayalanmanın yan məhsulu olaraq ortaya çıxan spirt ayrıca itlər üçün zəhərləyicidir.
 
3. Şokolad
Şokoladın ana maddəsi kakao itlər üçün zəhərli teobromin və kofein tərkiblidir. Bir qayda olaraq şokoladın rəngi nə qədər tünd isə o qədər çox zəhərləyicidir. İt üçün ən təhlükəlisi bitter şokolad olsa da, südlü və ağ şokolad da itlərə verilməməlidir. İtin yediyi şokolad miqdarına bağlı olaraq zərərli maddələrin təsiri və əlamətləri çoxalır. Əlamətləri əzələ titrəməsi, nizamsız ürək döyüntüsü, yüksək bədən istiliyi, şiddətli susuzluq, qarın ağrısı olur. Tədbir alınmadıqda ölümlə nəticələnir.
 
4. Spirt
İtlər spirtə qarşı insanlardan daha çox həssasdır. Az miqdardakı spirt belə zəhərlənmələrə səbəb ola bilər. Pivə, şərab, meyvə və süd tərkibli kokteyl dadları nə olursa olsun it üçün zəhərləyicidir. Spirt zəhərlənməsi itlərdə ümumiyyətlə koordinasiya və oriyentasiya pozuqluğu, keylik və qusma ilə özünü göstərir. Daha ağır vəziyyətlərdə koma, kriz və ölümlə nəticələnə bilər.
 
5. Yaş və quru üzüm
Yaş və quru üzüm itlərdə böyrək çatmazlığına səbəb ola bilər. Ola bilər deyirəm, çünki bəzi itlər yaş və quru üzümdən mənfi təsirlənməzkən bəzi itlər təsirlənirlər. Bünyəsi üzümdən təsirlənən itlər üzümü yedikdən 12 saat sonra təsiri göstərməyə başlayırlar. Bu təsirlər qusma, keylik kimi özünü göstərməyə başlayır. İrəliləyən mərhələdə bu əlamətlər ortadan qalxsa da sidikdə artım görülür və ölümlə nəticələnə bilir. Həyatda qalmağı bacaran itlərdə uzun və davamlı böyrək xəstəlikləri olur.
 
6. Mayaotu
Pivə istehsalında istifadə edilən mayaotu itlər üçün potensial olaraq həyati təhlükə daşıyır. Çiy və ya bişmiş mayaotu itdə çoxlu orqan məhvinə və yüksək bədən istiliyinə səbəb olur. Mayaotu yeyərək zəhərlənmiş itlərdə narahatlıq əlamətləri ilə birlikdə əzələ titrəmələri də görülür.
 
7. Macadamia fındığı (qoz)
Avstraliyada yetişən və artıq nadir də olsa ölkəmizdəki marketlərdəki yerini alan bu fındıq növü, itlər üçün narahatlıq verici, bəzi hallarda da ölümcül təsirləri olan bir qidadır. Macadamia fındığı yeyən itlərdə 48 saat davam edən arxa qıçlarda gücsüzlük, aşağı bədən istiliyi və titrəmələr görülür. 48 saatın sonunda bu əlamətlər getdikcə azalır.
 
8. Kifli qidalar
Kiflənmiş bütün qidalar itlər tərəfindən udulduğunda ciddi, hətta həyatını təhdid edən problemlərə səbəb ola bilərlər. Kiflənmiş bir çox qida maddəsi toksin istehsal edir. Kifli qida yeyən itlərdə əzələ titrəmələri ilə başlayan vəziyyət, bütün bədənin sıxılması və titrəməsi ilə davam edər. Müalicə edilməzlərsə bu titrəmələr həftələrcə davam edə bilər. Nəysə ki uyğun müalicə edildikdə yaxşı nəticələnir.
 
9. Soğan və sarımsaq
Bir it soğan və ya sarımsaq yeyərsə qanındakı qırmızı qan hüceyrələri zərər görər. Çiy, bişmiş, qurudulmuş və ya toz halındakı soğan və sarımsaq itlər üçün zərərlidir. Yeyildikdən 3-5 gün sonra qan hüceyrələrində ziyana səbəb olurlar. Soğan və sarımsaqdan təsirlənmiş itlər halsız olarlar və yüngül bir məşqdən sonra çox yorularlar. Sidikləri narıncı tonlu və ya tünd qırmızı rəngdə olar.
 
10. Sümük
Çiy və ya bişmiş sümüy itlər üçün böyük təhlükə yaradır. İt tərəfindən udulma üçün dişləri ilə qırılaraq kəskin və iti parçalara ayrılan sümük parçaları udulduğu zaman yemək borusuna zərər verə biləcəyi kimi, həzm sistemində deşilməyə də səbəb olurlar.
 
Baytar həkiminizdən təcili yardım almaq həyat qurtarar
 
Bütün bu saydığımız qida maddələri itlərə verilməməlidir.Əgər it bu qidaları yeyib və vəziyyəti yaxşı deyilsə, daha mənfi əlamətləri göstərmədən baytar həkimə telefonla zəng edərək həkimin fikrini almalı və verəcəyi tövsiyələrə riayət etməlisiniz. Əgər klinikaya getməyiniz lazım olarsa vaxt itirmədən itinizi klinikaya çatdırın. Bir çox hallarda vaxtında müdaxilə itin həyatını qurtararır.


Şərhlər:
Baxılıb: 466
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz