Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fillər haqqında bunları bilirdiniz?
Fillər haqqında bunları bilirdiniz?
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 439
Səs ver:
• Afrika həkimləri 400 fili müayinə etdikdən sonra aşkara çıxarmışlar ki, yemləri otdan ibarət olan bu nəhənglər skleroz xəstəliyinə tutulmuşlar. Halbuki indiyədək belə güman edilirdi ki, həmin xəstəliyə yağ-piy ilə çox qidalananlar tutula bilərlər. Həkimlər fillərin orqanizminin bu sirrini hələ də aça bilməmişlər.

• Cənub ölkələrində doğulan fillər şimal qışının soyuğuna çətinliklə dözürlər.Ancaq Kanadanın Edmonton şəhərində yaşayan fili soyuq qorxutmur. Ayaqlarına 87 ölçülü çəkmə geyən bu fil qarın üstü ilə cəsarətlə addımlayır. Soyuğa davamlı fil yeni hədiyyə də almışdır, onun xortumuna buruntaq geyindirilmişdir.

• Fillər çimməyi çox sevdikləri üçün özlərinə su hovuzu da düzəldirlər. Fillər çayın qarşısını daşla, ağacla tutaraq dərinliyi 1,2 – 2 m olan hovuzda isti günlərdə həvəslə çimirlər.

• Amerika fili bədəncə Asiya filindən böyükdür, onun hündürlüyü 3,5 m, ağırlığı 5 tondan çoxdur. Ayaqlarının pəncə hissəsinin altı çox sərt və eyni zamanda elastiki olur ki, bədəninin əsas ağırlığı bu yastıqlar üzərinə düşür. Buna görə də fil bədəncə ağır heyvan olmasına baxmayaraq, cəld və səssiz yeriyir. Filin xortumu çox elastik və güclüdür. Burun dəlikləri xortumun ucunda yerləşir. Xortumun ucunda barmaqşəkilli ətli çıxıntı vardır. Afrika filinin dişlərinin uzunluğu 2 metr və ağırlığı 80 kq olur. Hər 10-15 ildən bir dişlər yenisi ilə əvəz olur. Fil 60-80 il yaşayır və bu müddətdə təxminən 6 dəfə diş dəyişir.

• Dişi fil hər 3-4 ildən bir balalayır və hər dəfə 1 bala doğur. Yeni doğulmuş bala tüklə örtülü olur, bir neçə gün sonra anasının dalınca gəzir.

• Çox möhkəm fil dişindən və sümüyündən qəşəng və nəfis şeylər hazırlanır. Fil 4 dizi olan yeganə məməli heyvandır. 21-22 ay hamiləlik dövrü keçirir. Hər il dünyada 2 milyon fil doğulur, bir o qədər də ölür.

• Alimlər bir müddət onların skletinin harada yerləşdiyini tapa bilmirdilər. Sonra aydınlaşdırıldı ki, fil ölümünün yaxınlaşdığını hiss edərək özünü çaya və ya batağlığa atır.


Şərhlər:
Baxılıb: 439
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz