Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cinayət çözən 5 ev heyvanı
Cinayət çözən 5 ev heyvanı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 394
Səs ver:
1. Cockatoo tutuquşusu «Bird»
Bəli, tutuquşunun adı həqiqətən də «Bird»dür. Texasda yaşayan «Kevin Butler» ola biləcək bütün qarışıqları göz önünə alaraq, «Larry Bird»ə heyranlığı üzündən tutuquşuya bu adı qoydu. Aralarında çox özəl bir münasibət vardır. Hətta, oğrular 2001-ci ildə Butler’in evinə girdiyi zaman Bird və Butler birlikdə mübarizə aparmışdılar. Bu qəhrəmancasına müqavimət layiq olduğu nəticəni almadı. Butler cinayətə qurban gedərkən, Bird’də ağır dərəcədə yaralandı. Amma Bird’ün intiqamı ağır oldu. Polis Bird’ün dimdiyindən aldığı toxumalarda apardığı DNT analizi ilə soyğunçulardan Daniel Torres’i tapa bildi. Açılan davada Torres ömürlük həbs cəzasına məhkum edilərkən, Bird’də «qəhrəman» olaraq salamlanacaqdı.

2. Pitbull — Labrador qarışığı «Chief»
1996-cı ildə Seattle’da 20 yaşlı «Raquel Rivera» və 22 yaşlı «Jay Johnson» itləri Chief ilə birlikdə öz evlərində ölü olaraq tapıldılar. Aparılan ilkin araşdırmada cütlüyün evə girən soyğunçular tərəfindən öldürüldüyü ortaya çıxdı. Şübhəlilər «Ken Leuluaialii» ilə «George Tuilefano» idi. Prokurorluq şübhəlilərin köynəkləri üzərində it qanı olduğunu gördülər. Bu qandan alınan DNT-ni Chief’inki ilə müqayisə etdikləri zaman, şübhəlilərin Chief’i və ailəni öldürən şəxslər olduğu ortaya çıxdı. Chief yaralandıqdan sonra polislər gələnə qədər tam 30 saat həyat mübarizəsi vermiş, bütün səylərə baxmayaraq qurtarıla bilməmişdi amma iki qatilin açığa çıxmasını təmin edərək intiqamını almışdı.

3. Qəhrəman pişiklər
1989-cu ildə «Lori Auker» adlı şəxs itkin düşdü. Ailəsinin şübhələri doğru idi. 3 həftəlik araşdırma nəticəsində Auker’in cəsədi palçıqlı bir yolun kənarında tapıldı. Birinci şübhəli keçmiş əri «Robert Auker» idi. Bir müddət əvvəl boşanmışdılar, cinayətdən əvvəl də Robert’in Lori’yi təqib etdiyi ortaya çıxdı. Tibb mütəxəssisləri Robert Auker’in evində apardıqları tədqiqatda, əşyaları üzərində pişik tükü olduğunu gördülər. Aparılan təhlil bu pişik tüklərinin Lori Auker’in evində bəslədiyi iki pişiyə aid olduğunu ortaya çıxardı. Lori’nin itkin düşdüyü gün Robert’in geydiyi bint üzərində də eyni tüklərdən var idi. Cinayəti Robert’in törətdiyi sübut edildi. Robert Auker ölüm cəzasına məhkum edildi.

4. Ədalətin səsi tutuquşu «Hira»
2014-cü ilin Fevral ayında «Neelam Sharma» evində ölü olaraq tapıldı. Qətlin yeganə şahidi tutuquşu «Hira» idi. Dul qalan əri Vijay Sharma’nın ağlına cinayətin həllində yardımçı ola biləcək heç bir ipucu gəlmirdi, ancaq qardaşı oğlu Ashutosh nə vaxt evə gəlsə Hira’nın narahat olduğunu, daim qışqırmağa başladığını görürdü. Məsələ polisə bildirdikdən sonra polislər axtarışı dərinləşdirdilər. Ashutosh nəzarətdə cinayəti törətdiyini etiraf etdi. Hira qatili aşkara çıxarmışdı.

5. Adsız çəyirtkə
Bir ev heyvanı sayılmasa da, bir çəyirtkə 1985-ci ildə bir cinayətin həll edilməsində yardımçı oldu. 1985-ci ildə Texasda törədilən cinayətdə cəsədin üzərində tapılan bir çəyirtkə, ayağından başqa heç bir dəlil yox idi. İstintaq dərinləşdikcə ortaya çıxan şübhəlilərdən birinin alt paltarı arasında tək qıçı itmiş bir çəyirtkə ölüsünə rast gəlinib. Tibb mütəxəssisi «Lee Goff» çəyirtkə üzərində apardığı araşdırmalar nəticəsində, bu çəyirtkə ilə cəsədin üzərində olan çəyirtkə ayağının tam olaraq bir-birinə uyğun gəldiyini sübut etdi. Şübhəli həbs cəzasına məhkum edilərkən, Goff və adsız çəyirtkə də bir cinayəti həll edən ikili olaraq ağıllara həkk olundu.


Şərhlər:
Baxılıb: 394
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz