Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölümə tələsən erkək arılar
Ölümə tələsən erkək arılar
Göndərən: Nazlı_qız
Şərhlər: 9
Baxılıb: 508
Səs ver:
Arı ailəsində hər arının öz işi var. Ancaq erkək arılar istisnadır. Erkək arılar nə pətəyin qorunmasında, nə təmizliyində, nə də qida tədarükündə iştirak edirlər. Onların pətəkdəki yeganə funksiyası ana arını mayalandırmaqdır. Cütləşmə orqanlarından başqa heç bir xüsusiyyətə malik olmadıqlarına görə ancaq ana arını mayalandırmaqla məsuliyyət daşıyırlar.
Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur. Çünki qış gəlməmiş erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülürlər. Lakin qış çıxdıqda işçi arılar erkək arılar üçün pətək inşa etməyə başlayırlar. Ana arı isə şan qovuqcuğuna erkək arıları yetişdirən yumurtalarını qoyur. May ayının əvvəlində erkək arılar qovuqcuqlardan çıxmağa başlayırlar.
Ümumiyyətlə, bu aylar qoca ana arının yeni arı ailəsi qurmaq üçün pətəkdən ayrıldığı və pətəkdə yeni ana arıların yetişdirildiyi aylardır. Məhz bu dövrdə yeni yetişmiş ana arı yumurta qoymaq üçün cütləşmə uçuşuna çıxır. Bu da işçi arıların erkək arı yetişdirilmə səbəblərindən biridir.
Xüsusi xidmət göstərən işçi arılar
Erkək arılar heç bir iş bacarmadıqları halda, ana arı ilə cütləşənədək işçi arılar onlara çox qayğı göstərirlər. Pətəkdə yaşayan və sayı 400-500-ə qədər olan erkək arılardan sadəcə birini bəsləmək üçün 5-6 işçi arı heç dayanmadan işləməlidir. Yəni pətəkdəki 2-3 min işçi arının müəyyən müddət vəzifəsi erkək arıları bəsləməkdir.
Əslində ana arının cütləşməsi üçün ən çox 10 erkək arı bəs edir. Buna baxmayaraq, arı ailəsində yüzlərlə erkək arı yetişir. Pətəkdə görüləcək işlər çox olsa da, işçi arıların bir qismi bütün vaxtlarını ancaq erkək arıların qulluğuna sərf edirlər. Bu, çox vacib vəzifədir. Çünki ana arı cütləşmək üçün uçduqda mütləq erkək arı tapmalıdır. Arıların cırcırama kimi düşmənlərinin olmasını və erkək arıların özünümüdafiə üçün zəhər və ya iynəsinin olmamasını nəzərə alsaq, onların çox olmasının əhəmiyyətini anlayarıq. Heç bir işə yaramayan erkək arıların işçi arılar tərəfindən xüsusi diqqətlə qorunması pətəyin təhlükəsizliyi baxımından görülmüş vacib tədbirdir. Əlbəttə, bu tədbirin məqsədi var. Burda əsas məqsəd arıların nəslinin davamını təmin etmək və ana arıların cütləşməsini riskə atmamaqdır.


Amma bir sual ortaya çıxır: arılar bu mühüm qərarı necə verirlər? Onlar bu planı birlikdə müəyyən ediblər?
Yoxsa bunu təsadüfən kəşf etmiş və çox mükəmməl strategiya olduğunu görüb həyata keçirməyə qərar veriblər?
Əlbəttə, arılar bunların heç birini özbaşına etmirlər. Arıların qərar vermə mexanizmləri, strategiya müəyyən edib sonra onu həyata keçirmə üçün şüurları yoxdur. Onlar da yer üzündəki bütün canlılar kimi Allaha boyun əyirlər.
Erkək arıları gözləyən son
Ana arı ilə erkək arı hündür yerdə görüşürlər. Cütləşmə zamanı erkək arının sperma kisəciyi və bütün erkəklik orqanları bədənindən ayrılır. Onlar cütləşmə baş verdiyi an tələf olurlar. Ana arı ilə cütləşə bilməyən digər erkək arılar da çox yaşamırlar. Erkək arılar ancaq yazda və yayın əvvəlində yaşayırlar. Sonra işçi arılar tərəfindən məhv edilirlər. Cütləşmə dövrü başa çatdıqda istilər artır, çiçəklərdəki şirə azalmağa başlayır və işçi arıların erkək arılara münasibəti də dəyişir. İşçi arılar cütləşmə dövründə erkək arıların qayğısına xüsusi diqqət edirlər. Cütləşmə dövrü bitdikdən sonra erkək arıların qanadlarını qoparıb onlara hücum etməyə başlayırlar. Onlar bir şey yemək istədikdə işçi arılar onları qüvvətli çənələri ilə bığcıqlarından və ya ayaqlarından tutub pətəyin bir kənarına sürüyür və çölə atırlar. Pətəkdən qovulan erkək arılar ac qaldıqları üçün çox qısa müddətdə ölürlər, çünki qida axtarmaq qabiliyyətindən məhrumdurlar. Dişi arılar (ana və işçi) erkək arılar pətəkdən çıxarıldığı andan gələn yaya qədər olan müddət ərzində tək qalırlar.

Arılar Allahın vəhyi ilə hərəkət edirlər
Bir canlının öz təhlükəsizliyini düşünmədən birlikdə yaşadığı qrup üzvlərinin təhlükəsizliyini və rahatlığını təmin  etməyə çalışmasının ancaq belə açıqlaması ola bilər: arı pətəyindəki bu nizam üstün ağıl sahibi olan Yaradan tərəfindən müəyyən olunub. Bu Yaradan pətəkdəki arılara ayrı-ayrı vəzifələr verib. Arılara nə edəcəklərini ilham edən uca Yaradıcı Allahdır.
Yer üzündəki bütün canlılar kimi erkək arılar da onları yaradan Allahın əmrinə itaət edərək cütləşmə uçuşuna çıxır və ölsələr də, arı nəslinin davamlılığını qoruyurlar.
Allah arıların digər bütün canlılar kimi Onun vəhyi ilə hərəkət etdiyini ayələrində belə açıqlayır:
"Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat get!  (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!” (Nəhl surəsi, 68-69)


Şərhlər: 9
Baxılıb: 508
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
ilk defedi esidirem bu haqda cox maraqlidi mocuzedi necede nizamla hereket edirler
2 avqust 2015 12:34
# 9
Catwoman666
Arılar haqqında az-çox məlumatım var. son abzas daha maraqlı gəldi mənə.

...666...
1 avqust 2015 19:56
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
aa yaziqlar day neycin oldurursuzki maraqli oldu

aa yaziqlar day neycin oldurursuzki maraqli oldu
1 avqust 2015 16:28
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
neri
bilmediyim seyleri bildim maragludu
1 avqust 2015 13:33
# 6
Sert
Nur k-off
Aaaa yaziq kiwiler
1 avqust 2015 12:41
# 5
SVETA
eıiyeva gülmaye
Erkek arinin ehemiyyetsiz olduqlarini bilmirdim. Melumatim var idi bilmediklerimide oyrendim tsk
1 avqust 2015 11:56
# 4
BARBI
Aa ne maraqla oxudum. Erkek arinin oldurulduyunu bilmurdim. Men ele bilirdim onlarda ana ari kimi boyuk onem dasiyir
1 avqust 2015 07:56
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
Niye mehz oldururler???maraqlidi
1 avqust 2015 05:33
# 2
Qelbim doludu !!!!
Dosta_inam
Maraqlidir evvel qulluq edirler, boyudub islerin gorenden sonra erkek arilari oldururler, Allahin bir mocuzesidir bunlarda.
1 avqust 2015 05:21
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz