Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kəpənəklər haqqında
Kəpənəklər haqqında
Göndərən: Nazlı_qız
Şərhlər: 5
Baxılıb: 811
Səs ver:
Həyata bir tırtıl olaraq başlayıb kəpənək olaraq davam edən möhtəşəm naxışlara sahib kəpənəklərin bəziləri 24 saat, bəziləri isə 1-2 ay ömrə sahib canlılardır. Möhtəşəm naxışları ilə bərabər aşağıda sadalayacağımız maraqlı xüsusiyyətlərə də malikdirlər. Məsələn,  kəpənəklərinin  gecə ikən möhtəşəm qoxu hiss etmə duyğuları var. Erkək gecə kəpənəkləri 5 km uzaqlıqdakı dişinin qoxusunu rahatlıqla ala bilir. Bu yazımızda kəpənəklər haqqında diqqətinizi çəkəcək məlumatları sizlərlə paylaşacağıq.

1. Elm adamlarına görə dünyada təxminən 20.000 kəpənək növü vardır. Kəpənəklər Antarktika xaric bütün qitələrdə yaşayır.

2. Böyük ölçülü, bəlkə də bu günə qədər heç görmədiyiniz böyüklükdə kəpənək növləri var. Dünyadakı ən böyük kəpənək növü nəhəng qanadlı kəpənəklərdir. Qanadlarının uzunluqları 30 santimetrə yaxındır.

3. Kəpənəyin uça bilməsi üçün ideal bədən istiliyinə sahib olması lazımdır. 15-40 dərəcə arası bir istilik kəpənək üçün ideal temperaturdur. Kəpənəklər bədən istiliklərini artırmaq üçün günəşdən istifadə edirlər.

 

4. Kəpənək təbiətin ən sirrli canlılarından biridir. Həyata tırtıl olaraq başlayır, pup olaraq davam edir. Sonda isə həyatı möhtəşəm naxışlara sahib kəpənək olaraq sona çatır.

5. Yeməklərini ayaqlarındakı dad qəbul ediciləri ilə dadarlar. Yemək mövzusunda seçici olmasalar da, üzərinə qonduqları bir şaftalının tüklərindən nə qədər şirin olduqlarını anlaya bilirlər.

6. Maskalanma xüsusiyyətinə sahib olan kəpənək növləri də var. Malayziyalı yarpaq qanad növü, olduğu mühitə uyaraq özünü gizlədə bilir. Uçmadığı zamanlarda da qanadlarını yığaraq maskalanır.

7. Təcavüzkar olan kəpənək növləri də vardır. Afrikada yaşayan yaşıl damarlı paşa kəpənəyi növü bilinən ən təcavüzkar kəpənək növdür.

8. Çox kiçik kəpənək növləri də var. Ginnesin rekordlar kitabına görə dünyanın ən kiçik kəpənək növü ot mavisi kəpənəyidir.

9. Bəzi kəpənək növləri eynilə skuns kimi çox pis iy verir. Məsələn zebra "qaranquş quyruq" növü ifraz etdiyi pis qoxu sayəsində ac heyvanlardan qorunur.

10. Təbiətdə zəhərli kəpənəklər də vardır. Kral kəpənəyi olaraq tanınan kəpənək növü zəhərli ipək otu bitkisi ilə bəsləndiyi üçün kəpənək yeyən quş, kərtənkələ və s. böcəklər üçün təhlükəli bir ov ola bilər.


Şərhlər: 5
Baxılıb: 811
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Bir çoxları tırtılları sevmir. amma o tırtıldan çoxlarının sevəcəyi kəpənək yaranır........

...666...
29 iyul 2015 22:14
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
maraqli oldu esasende zeherli kepenek
26 iyul 2015 17:57
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Zuxa
Sevirem kepenekleri
25 iyul 2015 10:20
# 3
BARBI
Kepenekleri cox sevirem. Teesufler olsunki omurleri cox azdir bu canlilarin
25 iyul 2015 09:36
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Maraqli melumatlardi, kepeneklerden cox xosum gelir.
25 iyul 2015 05:12
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz