Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uçan ilan
Uçan ilan
Göndərən: Nazlı_qız
Şərhlər: 16
Baxılıb: 899
Səs ver:
Asiya torpaqlarında yaşayan Chrysopelea paradisi növünə aid olan ilanlar uçuş prosesi reallaşdırırlar. 20 ilə 40 metrlik bir məsafəni havada süzərək qət edən bu canlıları araşdırdıqda qarşımıza çox böyük bir yaradılış möcüzəsi çıxır. Çikaqo Universitetinin bioloqlarından Jake Socha Sinqapurdakı bir zooparkda bu cür ilanlar üzərində 6 il davam edən tədqiqat aparıb. Yetkinlərinin uzunluğu 1 metrə çatan bu uçan ilanların havada uça bilmə qabiliyyətlərinin aerodinamikası haqqında daha əvvəllər heç bir şey bilinmirdi. Quşlardan başqa, sincab və ya kərtənkələ kimi bəzi quru canlılarının və bəzi balıqların qısa da olsa müəyyən məsafələri uçaraq, yəni havada süzərək yol qət etdikləri bilinir. Bu canlıların uçuşları həqiqətən çox heyrətləndiricidir. Ancaq Chrysopelea ilanının uçuşu daha fərqlidir. Bu uçuşu digər bütün uçuşlardan üstün edən cəhət bu akrobatik ilanın havada süzərkən istifadə edəcəyi qanad, pərdəli pəncə və s. kimi heç bir uzantısının olmamasıdır. İnsanı ən çox heyrətə salan isə bu canlının aerodinamika, ya da biomexanika ilə əlaqədar fizika qanunlarını bilmədən belə təhlükəli bir hərəkətə cəhd etməsidir.

Socha bu heyrətverici vəziyyəti bu şəkildə açıqlamışdır: "İstər təbiətdə yaşayan bir canlı olsun, istərsə də insanın istehsal etdiyi bir maşın olsun, bu ilan kimi uça bilən heç bir şey yoxdur, çünki irəliyə gedərkən eyni zamanda fərqli bir yönə də hərəkət edir". (Nature 418, 603-604 ,8 avqust 2002)

Bəs heç bir uzantısı və ya çıxıntısı olmayan uzun bir silindr havada necə asılı qalaraq hərəkət edə bilir? Necə olur ki, getmək istədiyi yönə doğru manevr etməyi bacarır? Necə havada edəcəyi tərs bir hərəkət nəticəsində mövqeyini itirib yerə düşmür?

Bu sualların cavabını araşdıran Jake Socha "qanadsız" ilanların sirrini digital kameralar və peyk fotoşəkillərini qiymətləndirmədə istifadə edilən bir kompüter proqramı sayəsində ortaya çıxardı və işinin detallarını İngiltərənin məşhur elm jurnalı olan "Nature”da nəşr etdi. Jurnalın 8 avqust 2002-ci ildəki sayında "Chrysopelea Paradisi İlanlarının Süzülərək Uçuşunun Kinematikası" başlıqlı məqalədə qeyd olunanlara görə, ilan bu xüsusi uçuşu bu şəkildə reallaşdırır: İlan qalxmazdan əvvəl budaqdan aşağıya sallanır. Bu anda bədəni J-şəkilli bir görünüşdə olur. Birdən yuxarıya doğru hərəkətlənən ilan bu şəkildə budaqdan özünü qurtarmış olur. Bədənini dümdüz hala gətirməklə yanaşı, başından arxasına qədər bütün bədənini yastılaşdırır. Bu yastılaşma kobra ilanlarının peysər hissələrindəki yastılaşmaya bənzəyir. Bu şəkildə ilanın bədən genişliyi təxminən iki dəfə artır. İlan sürətləndikcə başını və quyruq ucunu ortaya doğru qaldırır və bir tərəfdən digərinə geniş bir S şəklində dalğalanır. İlanın bu hərəkəti masa üzərindəki bir qamçının bir ucdan digər uca dalğalanmasına bənzəyir.

Bu ilanın necə manevr etdiyi sualına Socha "uçan canlıların çoxu söykənmə texnikası istifadə edirlər. İlan isə uçma prosesini bir tərəfdən digərinə doğru dalğalanaraq reallaşdırır" cavabını vermişdir. Quşlarda və ya uçan sincablarda havada edilən manevrlər canlının bədənini müəyyən bir tərəfə yatırtması sayəsində reallaşır. İlan isə sola söykənsə də, sağa söykənsə də eyni silindirik quruluşunu qoruyacağından bu bir fayda vermir. Halbuki, manevrdə dalğalanma texnikasını istifadə edən ilan havada çox çevikdir. Chrysopelea paradisi ilanının manevr qabiliyyəti o qədər üstündür ki, havada istiqamətini bir anda 90 dərəcəyə qədər dəyişdirə bilir. Həmin araşdırmada ilanın ağaca çarpılmamaq üçün havada asanlıqla istiqamət dəyişdirə bildiyi müşahidə edilmişdir.

Kosmik gəmidən üfüqi istiqamətdə hərəkət edən pilot üçün qısa qalxmada göstərəcəyi bacarıq çox vacibdir. Əgər pilot kifayət qədər sürətlənə bilməsə və təyyarənin burnu ilə qanadlarındakı klapanları nizamlaya bilməsə, dərhal suya düşəcək. İlanın uçuşa qalxması da buna bənzərdir. İlanın qalxma anında özünü sürətlə irəliyə itələməsi saniyənin onda birindən az bir müddətdə reallaşır. Məhz bu qısa müddətdə bədənin də dərhal yastılaşması lazımdır. Əks halda dərhal yerə düşəcək. Bu hərəkətin biomexanikası, yəni bədən parçalarının bir-birləri ilə hansı qanunlar sayəsində çalışıb hərəkət meydana gətirə bildiklərinin detalları isə alimlər üçün hələ də naməlumdur.

İlanın havada olduğu anda bir qrup əzələ yastılaşmağı təmin edərkən başqa bir qrup əzələ havadakı S şəkilli dalğalanma hərəkətinə nəzarət edir. Bu iki əzələ qrupunun uyğun şəkildə sıxılması ilan üçün həyati əhəmiyyət daşıyır. Bu əzələlərin sıxılmasını təmin edən faktor isə sinir hüceyrələrindən gələn siqnallardır. Sinir hüceyrələrindən bu əzələlərə hər an çox sayda əmr çatdırılır. Bu əmrlərin hər birində, məsələn, saniyədə yüz əmr alan bir əzələnin aldığı 100 əmrdə də sıxılma şiddəti ehtiyaca görə anbaan hesablanaraq ötürülür. Ancaq ilanın sinir hüceyrələrindən əzələlərinə tək istiqamətli xəbərləşmə kifayət etmir. İlanın əzələlərindən alınan əmr istiqamətində sinir hüceyrələrinə xəbər verilərək möcüzəvi bir idarə mexanizmi təmin edilmiş olur.

On minlərlə sinir və əzələ hüceyrəsi arasında dayanmadan davam etdirilən bu mexanizm olmasaydı, ilanın bəzi əzələləri sıxıldığı halda bəzi hissələri sıxılmayacaq, nəticədə ilan sürətlə yerə düşəcəkdi. Socha 6 il boyu Sinqapur zooparkındakı 10 metrlik bir qüllədən (3 mərtəbəli bir bina yüksəkliyi) tullanan ilanları müşahidə etmiş, tək bir ilanın belə yaralanmadığını bildirmişdir. Şübhəsiz ki, ilanların belə uzun bir məsafəni heç yaralanmadan uça bilmələri bədənlərindəki bu fövqəladə əzələ quruluşundan qaynaqlanır. Ancaq unudulmamalıdır ki, belə kompleks bir əzələ quruluşu, ya da ilanın üstün anatomiyası əsrlərlə gözlənilsə də, öz-özünə, təsadüfən meydana gələ biləcək bir mexanizm deyil.


Şərhlər: 16
Baxılıb: 899
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Zenka
Bes bunun qanadlari hani

esitdiyim ilk defe deyil 122 122
21 oktyabr 2015 19:11
# 16
...Sadəcə'Sən
Catwoman666
ucan ilan? maraqli adi var. ilanlari sevirem
12 iyul 2015 05:04
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
ayka95
Men rayonda oluram quraqliq oldugu ucun mende gormusem ucan ilan
11 iyul 2015 19:16
# 14
Miss_Angel
ucan ilanda olur chok_mini
11 iyul 2015 16:44
# 13
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
vipbetul
qurban olum Rebbime her sey onun elindedir her seyi yaradan o dur o ele isdemeseydi ele olmazdi,gorun bu ilana ne qeder gozel naxishlarla beziyib cox sukur
11 iyul 2015 16:36
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lelos
bilirdim bunun haqda
11 iyul 2015 14:22
# 11
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
aliceWOnDer
Ucan ilan oldugunu bilirdim , lakin deqiq melumatim yox idi..
11 iyul 2015 13:44
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nur k-off
Mən bilordim bu uçan ilanin haqqinda heç xoşum gəlmir
11 iyul 2015 12:20
# 9
SVETA
yarpaq33
Bir anliq tesevvur etdim o ilanin bizde ucmasini Deehwwet
11 iyul 2015 09:38
# 8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
aziz a
En boyuk arzum ilanlarinda dinozavrlar kimi koklerinin ke silemeyidi...bunu cox arzulayiram.
11 iyul 2015 09:23
# 7
Qelbim doludu !!!!
ell.nell
Ay bunların ağına qarasına surunenine gezenine ucanına.....hamısından qorxuram..
..
11 iyul 2015 08:03
# 6
my_angel
Zoologiyada sürünənlər sinfindən ilanlar haqqında keçmişik,lakin uçan ilanı da ilk dəfədir bilirəm.
11 iyul 2015 07:57
# 5
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
qanadli melek
Ucan ilan ilk defedi ewidirem.cox qorxuram ilanlardan
11 iyul 2015 07:55
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Vauu esl mocuzelerden biridir. Ilanlarin haqqinda oxumagi cox xoslayiram sevdiyim canlilardi
11 iyul 2015 07:03
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
GünƏşimƏ_AiD_
bu haqda melumatim vardi Allahin yaratqi eser.....tshk
11 iyul 2015 06:24
# 2
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Dosta_inam
Doğrusu ilanın uçmasını ilk defe oxudum ve bildim,gör özün nece eziyyete salır ağacdan sallan bedenini hansı şekillere salır,ne mecburdu ele ilan kimi sürünerek getsen yaxşı olar de,senin ne işin var göyde.
11 iyul 2015 05:16
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz