Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanın ən nəhəng heyvanları - fotolar
Dünyanın ən nəhəng heyvanları - fotolar
Göndərən: tek umidim sen
Şərhlər: 15
Baxılıb: 2074
Səs ver:
Təqdim edəcəyimiz heyvanlar indiyədək Yerdəki heyvanlar arasında ən böyüyü deyil, lakin öz növlərində ən böyük təmsilçi olmaları ilə diqqətəlayiqdirlər:

Ən böyük öküz
Dünyada ən böyük öküz təxminən iki ton çəkiyə malik erkək Donetto olub. 1950-ci illərin ortalarında İsveçrədə yaşayan və dünyada ən mehriban varlıq olan Donetto 1740 kiloqram çəki və 190 santimetr hündürlüyə malik olub.

Ən böyük timsah
Şəkildə altı metr uzunluğa malik insan yeyən timsah əks olunub. O, 2002-ci ildə Burundi Respublikasında tutulub. Bu nəhəng timsah Ginnesin rekordlar kitabına düşə bilməyib, çünki Kİtab Şərqi Hindistanda tapılan yeddi metrlik timsahın mövcudluğunu təsdiqləyib.

Ən böyük ilan
Dünyanın ən böyük ilanı Nəhəng və ya Yaşıl anakondadır. Onun uzunluğu təxminən 10 metr, çəkisi isə 220 kiloqram ola bilər.
Hazırda yaşayan ilanlardan ən böyüyü Nyu-Yorkda zooloji cəmiyyət terrariumundadır. Onun uzunluğu doqquz metr, çəkisi 130 kiloqramdır.
Bildirək ki, qeydə alınan ən uzun anakonda 11 metr 43 santimetr olub. Onu 1944-cü ildə Kolumbiya cəngəlliyini öyrənən və neft yataqları axtaran geoloq-neftçi ölçüb.

Ən böyük at
Dünyada ən böyük at «Sampson» ləqəbli atdır. Onun hündürlüyü iki metr 20 santimetr, çəkisi isə 1.52 ton təşkil edib.
Qeyd edək ki, hazırda yaşayan atlardan heç biri artıq uzun müddətdir, həyatda olmayan Sampsonun rekordunu yeniləyə bilməyib.

Ən böyük dovşan
Böyük Britaniyanın Sasseks qraflığında «Ralf» ləqəbli dörd yaşlı dovşan «Dünyanın ən kök dovşanı» tituluna sahibdir.
Ralfın sahibi Paulina Qrant hazırda heyvanın çəkisinin 22 kiloqram 68 qram, uzunluğunun isə bir metrdən çox olduğunu deyir.

Ən böyük hörümçək
Yalnız sonluqlarının ölçüsünü yox, eyni zamanda bədən ölçülərini müqayisə etsək, dünyada ən böyük hörümçək Terafoza Blonda olar.
O, qurbağa, kərtənkələ, siçan və kiçik ilanları ovlaya bilir. Bu növün ən böyük nümayəndəsi 1965-ci ildə Venesuelada aşkarlanıb; onun ayaqlarının uzunluğu 28 santimetr təşkil edib.

Ən böyük köpəkbalığı
Bu gün köpəkbalıqları arasında ən böyüyü balina köpəkbalığıdır. Sənədlə təsdiq edilən rekord 14 metrə bərabərdir. Lakin tez-tez daha böyüklərinin tutulduğu xəbəri yayılır.
Bildirək ki, bəzi köpəkbalıqları 20 metr və daha böyük uzunluğa malik olur.

Ən böyük ayı
İndiyədək sənədləşdirilən ən böyük qonur ayı 2009-cu ildə Alyaskada güllələnən insan yeyən ayıdır. O, elə bir hündürlüyə malikdir ki, arxa ayaqları üstündə asanlıqla ikinci mərtəbəyə boylana bilər.

Ən böyük meduza
Dünyada ən böyük meduza arktik nəhəng meduzadır (Cyanea). O, Şimal-qərbi Atlantikada yaşayır. Massaçusets körfəzində sahilə atılan belə meduzalardan birinin başının diametri 2.28 metr, əllərinin uzunluğu 36.5 metrdir.

Ən böyük vəhşi pişik
Şir və dişi pələngin törəməsi olan hibrid. O, şir və pələngin dar çərçivədə rastlaşmağının nəticəsində törəyə bilər, belə ki, təbiətdə şirlər pələnglərlə, demək olar, rastlaşmır.
Bu törəmənin dünyada ən böyüyü Herkules Mayamidəndir. O, 400 kiloqram çəkiyə malikdir, arxa pəncələri üzərində durduqda isə uzunluğu 3.7 metr təşkil edir.

Ən böyük böcək
Ən böyük, rekordçu böcək «Titanus giganteus»dur. Ən böyük təmsilçi barədə dəqiq məlumat isə yoxdur.
Mənbələrdən biri iddia edir ki, böyük həşəratın maksimal uzunluğu 17 santimetrdir, bəziləri isə bunun 21-22 santimetr olduğunu iddia edir.

Ən böyük tısbağa
Dünyada ən böyük tısbağa qalındərili tısbağadır. Onun bədəninin uzunluğu 2.5 metrə, çəkisi isə 600 kiloqrama çata bilər.
Lakin 916 kiloqram çəkiyə malik tısbağanın tapıldığı məlumdur.
Qeyd edək ki, bu, Ginnesin rekordlar kitabında qeydə alınan tam rekorddur.

Ən böyük uçan quş
Təkcə qanadlarının uzunluğunu deyil, gövdəsinin kütləsini də nəzərə alsaq, o zaman rekordçu qara qrifdir. Bu quşun gövdəsinin uzunluğu 1.2 metr, çəkisi 14 kiloqram təşkil edir.
Bəzilərində qanadların uzunluğu 310 santimetrə çata bilər.


Şərhlər: 15
Baxılıb: 2074
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
bir.g
Normadan boyuk gorunen heyvanlar cox qorxuducu gorunur.
13 fevral 2016 07:44
# 15
Yusif Ulker
iyrenc butun deli oldum ee bu nedi
29 aprel 2015 20:30
# 14
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
FISTIK
neheg hevanlardir gorunusleri qorxuncdur bezilerinin hemde tehlukeli gorkuler.
25 aprel 2015 19:58
# 13
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Nezka
Aayy o hörümçəyə bax ətim irpdi hələ qız böcəyu necə tutur
25 aprel 2015 19:06
# 12
İçimi görsən mənə aptek alarsan.
Catwoman666
iyy adam iyreniree. yaxsi ki ele heyvanlar normal boydadi hamisi bele boyuk deyil yoxsa urek bulandirici olardi mence

iyy adam iyreniree. yaxsi ki ele heyvanlar normal boydadi hamisi bele boyuk deyil yoxsa urek bulandirici olardi mence
25 aprel 2015 16:28
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
oooyy ilana bax, cox qorxdum
25 aprel 2015 16:09
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
lelos
Hamisi Allahin mocuzesidi at cox xosum geldi
25 aprel 2015 15:37
# 9
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
vipbetul
cox boyukdurler Allahin bir hikmetidide bunarda

cox boyukdurler Allahin bir hikmetidide bunarda
25 aprel 2015 13:53
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ask meleyi
vaaaaaaaav
25 aprel 2015 13:44
# 7
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
emis
bunlarinda hamsi bizim movuze oldugumuz kimi Allahin yaratdigi mocuzelerdir,bezi heyvanlar vardiki hem baxanda etim irpelendi hemde qorxdum bir anliq, o boyuk okuz qus falan maraqli gelmedi ama en boyuk timsah ve ilan maraqli geldi,yutubda baxmisdim ilana ama bele boyuk timsah gormemisdim bu sekilde yaninda ne qeder insan var ne yaxsi qorxmayiblar yaxin getmekden,ay aman agzi aciqdi hele menim ureyim dayanardi hemin deyqe
25 aprel 2015 12:51
# 6
Fialka
Nəhəng heyvanların videosuna əvvəlcə baxmışam ancaq ətraflı məlumat burda qeyd olunub, hər bir canlı Allahın bir möcüzəsidir.
25 aprel 2015 11:28
# 5
BARBI
Allahin yaratdiglaridi esl mocuzedir normadan artiq cekide ve boyda heyvanlardi
25 aprel 2015 10:19
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
Cox maragli oldu tesekkur..Orda cekindiyim ilan, timsah, bocek, horumcek oldu, sevdiyim ise At oldu...birde mene maraglidi onlar o tehlukeli heyvanlarin yaninda nece dayanib sekil cekdiribler????
25 aprel 2015 09:43
# 3
Qelbim doludu !!!!
amazing
Maraqli oldu tsk.
25 aprel 2015 07:56
# 2
Dosta_inam
çox sağ olun xeber üçün,bezilerini bilirdim eşitmişdim,indi ise hem gördüm hemde bezilerini gördüm.
25 aprel 2015 05:42
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz