Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pişiklər haqda bilmədikləriniz
Pişiklər haqda bilmədikləriniz
Göndərən: Wiyinka
Şərhlər: 14
Baxılıb: 1276
Səs ver:
Pişiklərin sirri UNO-ların sirrinə bərabərdir. Onların o qədər sirri var ki, hətta elm də bunların hamısını açıqlaya bilmir və sübut olunub ki, pişiklərin "üçüncü göz”ü var.

Pişiklər 10 000 ildir ki, insanlarladır və qədimdə onları Tanrının elçisi kimi inanaraq ona baş əyirdilər. Orta əsrlərdə isə onları yandırırdılar, inanaraq ki, onları şeytan bu dünyaya yollayıb.

Slavyanlar bu cür şeylərə inanmasalar da, bu günə kimi Ukraynanın bəzi kəndlərində inam var ki, o pişik ki, 13 yaşına çatıb, ondan uzaq durmaq lazımdır, çünki sahibindən daha müdrik, daha ağıllı ola bilər və özündə şeytan gücü yarada bilər. Hətta ürəyi yumşaq kəndlilər də nadir hallarda olmurdu ki, öz sevimli ev heyvanını meşələrə azdırmağa aparmasınlar. Yalnız 20-ci əsrdə insanlar bu cür inamlara əl atmayıblar.

30-cu illərdə doktor Cozef Venk Rain Kaliforniyadakı Diurk Universitetində parapsixologiyanı öyrənirdi. Uzun təcrübələrinin nəticəsində o, bildirdi ki, pişiklərin paranormal bacarığı var, onlar qabaqcadan görmə və telepatiyanı bacarırlar. Yəni pişiklər təhlükəni qabaqcadan hissetmə və öz sahibinin uzun məsafələrdən belə başına gələcək pis hadisə, və ya ölümünü hiss edə bilirlər.

Yarım əsr olar ki, pişik hissiyyatlarını təcrübələrlə Avropada, Amerikada və keçmiş SSSR-də öyrəniblər.

Artıq pişiklərin təhlükəni hissetmə bacarıqlarının olması elə də sirr deyil, buna görə də insanlar onları hansısa səyahətə, gəmi səyahətinə və s. yerlərə özləri ilə götürürlər.

Məsəlçün, Neapolitan axınının sahilində yerləşən Vezuviya adlanan yerdə elə bir insan yoxdur ki, evində pişik olmasın. O yerlərdə tez-tez vulkan püskürdüyündən məhz pişiklərin birinci evdən qaçdığını görən ev sahibləri təhlükənin olduğundan xəbərdar olurlar.

Hətta 2-ci Dünya Müharibəsi zamanı evlərə bomba düşmək riski artığı zaman ilk olaraq evlərdən pişiklər qaçırdılar. Bu cür hallara bütün müharibə olan ölkələrdə rast gəlinib. İnsanlar onun şahidi olublar ki, bombanın yaxınlaşdığını göstərən cihazdan qabaq bunu pişiklər görüb, hiss edirlər. Pişiklərinin bir az da olsa narahatlılıqlarını görəndə ev sahibləri tez zirzəmilərə gedib gizlənirdilər. Müharibə zamanı pişiklərin bu cür bacarıqlarına görə hətta Avropada ən çox insan həyatını xilas edə bilmiş pişiklərə medal da verilmişdir. Medalın üzərində yazılmışdır: "Biz də vətənə qulluq edirik!”.

Aydın olub ki, pişiklər əvvəlcədən hər şeyi hiss edə bilirlər – təhlükəni, hansısa vacib olacaq hadisəni, təbiət kataklizmaları, havanın dəyişməsi, və ya sadəcə olaraq evə qonağın gəlməyini. (yoldaşım evə gəlməmişdən, və ya mən özüm evə girməmişdən öncə dişi pişiyimiz artıq çöl qapısının qabağında durmuş olur və bizim sanki gəldiyimizi bilmiş kimi baxır bizə).

Baxmayaraq ki, pişiklər haqda olan hadisələrin bəziləri uydurma ola bilər, alimlər yenə də bu sirrli heyvanlar barədə bəzi açıqlamalar ediblər.

Pişikləri öyrənən məşhur alman buokimyaçı Helmut Tribuç pişiklərin əvvəlcədən hər şeyi hissetmə qabiliyyətlərini onunla izah edir ki, bu heyvanlar atmosferdə olan müsbət yüklənmiş ionlar və atomları hiss edə bilirlər, ətrafdakı maqnit sahəsinin və səslərin dəyişdiyini hiss edilər ki, insan öz qulaqları ilə bunları duya bilməz.

Əlavə olaraq, onu da qeyd etmək lazımdır ki, pişiklərdə unikal hissiyyat orqanı olan Yakonson var. Bu "üçüncü göz” orqanı onlarda ağız nayihəsində yerləşir. Bu orqanın fəaliyyəti üçün pişik hərəkət etmədən nəfəsi ilə onu içərisinə çəkir. Pişik sahibləri onların bu hərəkətini bu cür görürlər ki, pişik sanki hərəkətsiz durub ağzını açıq vəziyyətdə qalır, sanki nəyisə dinləyir.


Şərhlər: 14
Baxılıb: 1276
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ece uslu
piwiklerin hissiyatli oldugunu bilirem amma hec sevmirem
1 mart 2015 17:02
# 14
kama99
maraqli idi men piwiyi hecd sevmirem hem iyrenirem hemde qorxuram
28 fevral 2015 18:42
# 13
Qlamurr
Pişiyin hissiyyatlı heyvan olması heç kimə sirr deyil,zəlzələni,hansısa təbii fəlakətləri qabaqcadan hiss edirlər...
28 fevral 2015 17:58
# 12
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
sona
Piwikleri hec sevmirem.Piwiklerin gozleri cox qeribe olur. Onlardan qat qat yirtici ve vehwi heyvanlar var ki, ancaq piwik qeder qorxulu baxiwi yoxdu belkede.piwiklerde 3-cu gozun olmasi haqqinda hecne bilmirdim. oyrenmiw oldum. Bilmirem niye ama menede ele gelir ki pwiyin weytani baxiwlari var. Cox hissiyyatli heyvandi bu duzdu. Qonwumyz deyirki zelzele olan gun seherden divarlari cirmaqlayirdi evi dagidirdi aqresiv idi. Baliqlarda hissiyatli olur
28 fevral 2015 14:20
# 11
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Little girl
Menim pisiklerden cox xosum gelir.Heqiqeten de onlar hissiyatli heyvanlardir.
28 fevral 2015 13:31
# 10
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
qanadli melek
Balaca olada he yeke olanda hec xoslamiram
28 fevral 2015 12:15
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Pişiklər çox bilmiş heyvanlardı həmdə hissiyyatları güclü olur...
28 fevral 2015 09:45
# 8
ayan97
pisik balaca olanda xosliyam boyuyende xosum gelmir..
28 fevral 2015 09:44
# 7
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Melek5
Sitat: BARBI
Pisik cox hissiyatli heyvandir her seyi hiss edir buna sahid olmusam

Aha mencede menimde pisiyim var oda nese olanda hiss edir
28 fevral 2015 09:40
# 6
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
BARBI
Pisik cox hissiyatli heyvandir her seyi hiss edir buna sahid olmusam
28 fevral 2015 09:24
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
Evveller xosum gelirdi, nedense indi hec sevmirem, amma men heqiqetende pisiyin hissiyatinin guclu oldugunu bilirdim, pisiyimiz olub onda gormusdum.
28 fevral 2015 09:16
# 4
Qelbim doludu !!!!
lili)
men sevmirem ne pisik nedeki it bir sozle heyvanlari
28 fevral 2015 09:14
# 3
emis
maraqli oldu pisiklerden xosum gelmir ama umumiyyetle butun heyvanlardan hec birinnen xosum gelmir burce dovsan xosluyuram
28 fevral 2015 08:06
# 2
isveç.de
Çox xoşladığım heyvandı pişik amma evdə bir turkun görsəm ölərəmdə. Çox vası vasıyam.
28 fevral 2015 05:21
# 1
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz