Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ev heyvanının sağlamlığa inanılmaz təsirləri
Ev heyvanının sağlamlığa inanılmaz təsirləri
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 836
Səs ver:
20 ildir ki, alimlər insanlarla ev heyvanlarının münasibətlərini araşdırır. Araşdırmaların nəticələri alimləri belə təəccübləndirib. Belə ki, tədqiqatlar nəticəsində ev heyvanı saxlayan insanların daha xoşbəxt və sağlam olduqları ortaya çıxıb. Alimlər sübut ediblər ki, ev heyvanı saxlayan insanlar daha az həkimə gedir, daha çox əylənirlər.

20 ildən çoxdur ki, bu araşdırmalara rəhbərlik edən Perduyu universitetinin Heyvan-İnsan əlaqələri mərkəzinin müdiri Elen Bek insanların qədim zamanlarda heyvanlarla birlikdə yaşadıqlarını, hər insanın ev heyvanı olduğunu, daha sonra şəhərlərin yaranması ilə birlikdə heyvanlardan uzaqlaşdığımızı deyir. Onun fikrincə, indi ev heyvanı saxlayanların özlərini yaxşı hiss etmələri qədim zamanlardan bəri var olan dostluq əlaqələrindən qaynaqlanır.

Müxtəlif zamanlarda alimlərin elmi jurnallarda yayımlanan məqalələrində ev heyvanlarının insan sağlamlığı və psixologiyasına müsbət təsirləri olduğu açıq şəkildə ifadə olunub.

Ev heyvanları ruh sağlamlığı üçün insana böyük fayda verirlər. Ev heyvanı ilə oynamaq, onunla vaxt keçirmək orqnizmdə serotonin və dopamin hormonlarının istehsalını artırır. Bu isə özünüzü yaxşı hiss etməyinizə səbəb olur.

Ev heyvanları ilə vaxt keçirdikdə xoşbəxtlik hormonu hesab edilən oksitosinin səviyyəsi artır.  

2002-ci ildə aparılan araşdırmalar göstərib ki, evdə stressli işlə məşğul olan insanının yanında həyat yoldaşı və qohumları olduqda o, özünü daha da gərgin hiss edir. Ancaq otaqda ev heyvanı olduqda insanın stressi azalır. Ev heyvanları insanları sakitləşdirir.

Təzyiqi yüksək olan insanlara da evdə heyvan saxlamaq tövsiyə edilir. Ev heyvanları ilə vaxt keçirən insanin təzyiqinin nizamlandığı sübut olunub.

İt saxlayan insanlar hər gün davamlı olaraq onu gəzdirməli olurlar. Araşdırmalar göstərir ki, idman etməyə tənbəllik edən insan belə özünü itini gəzdirməyə məcbur hiss edir. Beləliklə, itini gəzdirərkən özü üçün də faydalı iş görmüş olur. Təmiz havada gəzmək ideal kiloda qalmaq üçün faydalı olduğu kimi, sidik kisəsi ilə bağlı problemlər yaşamamaq üçün də vacibdir. 2000 nəfərin iştirak etdiyi araşdırmaya görə, hər gün davamlı olaraq itlərini gəzdirən insanlar daha arıq və sağlam olurlar.

Düzdür, pişik, dovşan kimi digər ev heyvanlarını gəzdirmək lazım olmur. Ancaq alimlər deyirlər ki, bu heyvanlarla oyun oynayıb,  vaxt keçirmək də kalori yandırmaq üçün kifayətdir.

Ev heyvanları sosial həyatda aktiv olmağınıza kömək edir. Belə ki, parka yalnız gedən bir insanın yeni insanlarla tanış olmaq ehtimalı azdır. Ancaq ev heyvanı ilə gəzintiyə çıxan insanlar özlərinə asanlıqla yoldaş tapırlar. Elen Bek bunu insanların, xüsusilə də qadınların heyvan saxlayan insanlara daha tez inanmaları və güvənmələri ilə əlaqələndirir. Onun sözlərinə görə, hamı ev heyvanı saxlayan adamın yaxşı insan olduğunu düşünür.

Ev heyvanlarının sağaldıcı gücü də var. Onları evdəki həkimlər də adlandıra bilərik. Xarici ölkələrdə bəzi xəstəxanalarda terapevtlər xəstələrini sağaltmaq üçün ev heyvanlarından istifadə edirlər.

Loyola universitetinin professorları tərəfindən aparılan tədqiqatlar sübut edib ki, əməliyyatdan sonra "heyvan terapiyası” adlı müalicə üsulundan istifadə edənlər, etməyənlərə nisbətən daha az ağrı hiss edirlər. Həmçinin heyvan terapiyası sayəsində xəstələrin daha tez sağladıqları da müşahidə olunub.

Ev heyvanı saxlayan insanlar daha az stress keçirdikləri və daha çox hərəkət etməli olduqları üçün ürək-damar xəstəliklərinə yaxalanma riskləri azalır. Belə insanların infarkt keçirmək riskləri də çox azdır.

Ev heyvanları ən çox da kiçik uşaqlar üçün faydalıdır. Araşdırmaların nəticələrinə görə, öz heyvanı olan uşaqlar dərslərini oxumağa daha həvəsli olurlar, onlar dərsdən qalmağa can atmırlar. Həmçinin belə uşaqlar ünsiyyət qurmaqda da daha qabilliyətli olurlar.

Ev heyvanları uşaqların sağlamlığı üçün yararlıdır. Ev heyvanları ilə vaxt keçirən uşaqların allergiya olma rikslərinin azaldığı, immun sistemlərinin gücləndiyi sübut olunub.

Ev heyvanları, xüsusilə də it, pişik və quşlar insan bədənindəki dəyişiklikləri hiss edib sahiblərinə xəbərdarlıq edirlər. Məsələn, şəkər xəstələri nə vaxt insulin iynəsi vurmalı olduqlarını, epilepsiyadan əziyyət çəkənlər nə vaxt tutma keçirəcəklərini ev heyvanlarının davranışlarına görə müəyyənləşdirə bilərlər.

"Integrative Cancer Therapies” jurnalında yayımlanan  bir tədqiqatın nəticələri göstərir ki, itlər döş və ağciyər xərçəngi diaqnozunu həkimlərdən daha dəqiq qoyurlar. Onlar insan bədəninin hansı hissəsində hüceyrələrin dəyişikliyə məruz qaldığını qoxu vasitəsilə tapırlar.


Şərhlər: 13
Baxılıb: 836
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sona
niwanlimin yeke akvariumu var ve baliqlar saxlayir novbenov deyirki onlara baxamda butumlukle beynim sakitlewir rahatlawiram. İnwallah bir aydam sora o baliqlari mende yemliyecem))
12 fevral 2015 00:50
# 13
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
arzum-aysum
evde heyvan saxlamaqdan xosum gelmir. isim gucum yaman azdi. hele bir onun dalinca da qacacam
12 fevral 2015 00:21
# 12
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
FISTIK
bu haqda xeberim var.
11 fevral 2015 22:55
# 11
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Nazan
tewekkurler
11 fevral 2015 18:51
# 10
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Qlamurr
Doğrudan evdə heyvan saclamağın bu qədər faydalı olduğunu,xoşbəxtlik hormonu səviyyəsinin artırdığını bilmirdim...maraqlı fakt oldu...düzü it saxlamaq istəyirəm..
11 fevral 2015 17:28
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
evveller evde heyvan dsaxlayirdiq papuqay birde baliqlrimiz variydi cox sevirdim ama olduler:( indide bu yaxinlarda 1 itimiz variydi 3-4 gun saxladiq basqasina verdik saxlamaq ucun ama bizimdi
11 fevral 2015 16:57
# 8
Fialka
Ev heyvanlarının bu qədər sağlamlığa faydalı olduğun bilmirim mən də it saxlamağı sevirəm ancaq həyətdə evdə yox evdə quş və balıq saxlamaq olar
11 fevral 2015 15:53
# 7
leyla_258
biz qabaqcan pisik saxlayirdiq,sonra ise pisiyimiz oldu.....
maraqli melumatlardi,tewekkurler.
11 fevral 2015 15:13
# 6
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
ayan97
Evde saxlamiram...)))
11 fevral 2015 15:09
# 5
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
BARBI
Mende it saxlayiram onu gorende xosbext oluram uzum gulur onun ucun yasayiram
11 fevral 2015 09:44
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
canr
Yox men saxliya bilmirem.Etim urpenir,diksinirem
11 fevral 2015 09:26
# 3
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
lili)
menlik deyil ev heyvani hec sevmirem evde baldizimgilde pisik var men gedende cole atir usaqlar iyrenirem oz evimde tek baliq ola biler odaki akvariumda olur deye
11 fevral 2015 08:17
# 2
xeyalperest
Men saxlaya bilmerem evde heyvan hele hele pişikk it vapşe tewekkur
11 fevral 2015 07:11
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz