Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Heyvanlar aləminin müxtəlifliyi
Heyvanlar aləminin müxtəlifliyi
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 1448
Səs ver:
Heyvanlar aləmi çox müxtəlif və zəngindir. Alimlərin son hesablamalarına görə Yer planetində yaşayan heyvan növlərinin sayı 2 milyondan artıqdır. Heyvan növlərini əmələ gətirən fərdlər istər böyük-kiçikliyinə, istərsə də kütlə etibarı ilə çox müxtəlifdir. Məsələn, məməli heyvanlardan olan göy balinanın kütləsi 150 ton, kiçik qonurdişin kütləsi isə 3 qramdır. Həmçinin balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar, qurdlar, cücülər və digər heyvanlar arasında nəhənglər və cırtdanlar vardır.

Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, akulanı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir. Ona görə də heyvanın xarici quruluşuna gorə onun hansı mühitdə yaşamasını, necə hərəkət etməsini və qidasını necə tapmasını müəyyən etmək mümkündür.

Heyvanlar aləmindən bəhs edən elm zoologiya adlanır. Yunanca zoon – heyvan, loqos – elm, təlim deməkdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların quruluşunu və həyat fəaliyyətini, yaşadıqları mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Heyvanları quruluşunun sadə və mürəkkəbliyinə, mənşəyinə görə müxtəlif sistematik qruplara ayırmışlar. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır. Hər tip isə bir və ya bir neçə sinfə bölünür. Bu qayda üzrə siniflər dəstələrə, dəstələr fəsilələrə, fəsilələr cinslərə, cinslər də növlərə ayrılır. Məsələn, məməlilər sinfinin yırtıcılır dəstəsinə itlər, pişiklər və ayılar fəsilələri daxildir. Heyvanların təbii təsnifatı ilə heyvanların sistematikası məşğul olur. Bu elm heyvanlar aləminin təkamülünü əks etdirir. Heyvanların morfologiya və fiziologiyasını sadədən mürəkkəbə doğru (ibtidaidən aliyə doğru) öyrəndikcə, təbiətdə gedən təkamül prosesinin reallığını dərk etmək olar. Zoologiya heyvanlar aləminin qorunmasının və onlardan səmərəli istifadə edilməsinin elmi əsasını təşkil edir.


Şərhlər: 13
Baxılıb: 1448
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Yusif Ulker
heyvanlari cox sevirem en coxda dovsanlari
19 mart 2015 19:31
# 13
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Aysel Tatli
HEYVANLARI XOWLAMIRAM
18 yanvar 2015 23:42
# 12
ismayilova ulker
Maraqlıdı mən heyvanları sevirəm ona görədə maraqla oxudum təşəkkür edirəm)
18 yanvar 2015 23:25
# 11
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
leyla_258
HEYVANLARI GEC SEVMIREM,BIR TEK DOVSANI SEVIREM...
17 yanvar 2015 17:12
# 10
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
adsiz-a
heyvanlari sevirem
17 yanvar 2015 12:41
# 9
aziz a
Soyuq havalrada heyvanlara cox yazigim gelir
17 yanvar 2015 11:54
# 8
Qelbim doludu !!!!
KRALİCEM
Heyvanlar alemine dozumum yoxdu
17 yanvar 2015 11:36
# 7
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
BARBI
Heyvanlarsiz bir gunumuz olmasin onlar heyatimizin ayrilmaz hissesidir gelin onlari qoruyaq
17 yanvar 2015 11:28
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
xeyalperest
Canli da heyvansever oldugmu hec deye bilmerem.ama bele ders baximindan zoologiyani cox sevirem
17 yanvar 2015 10:21
# 5
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Fialka
Hər bir canlını yaradan allah onları həmin şəraitə uygunlaşdırıb,məndə heyvanları sevirəm , zoloogiya haqqında da məlumatım var.
17 yanvar 2015 09:34
# 4
talis balasi
Maraqliydi twk
17 yanvar 2015 09:21
# 3
Miss_Oxatan
Men maraqla oxudumm.cox sevdiyim fenn olub zoologiya.umumiyyetle bialogiya fenlerini cox sevirdim,hemiwe 5 almiwam.o derece de hevesim vardi.hetta hami ele hesab edirdiki bioloq ya da zooloq olaram ama menim hec aglimin ucundan da kecmezxi.sadece cooooox sevirdim cox maraqli fennimiydi menim.sagol xebere gore.
17 yanvar 2015 07:49
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
emis
heyvanlar 24
17 yanvar 2015 07:07
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz