Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Suda yaşayan canlılar haqqında
Suda yaşayan canlılar haqqında
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2027
Səs ver:
Delfin- kiçik həcmli balinadır. Təxminən 37 növ delfinin 5 növü çaylarda, qalanları isə dənizlərdə yaşayır. Ən iri delfin kasatkadır, uzunluğu 9,4 metrədək olur. Delfinlərin kürəyi sürüşkən formadadır, sivri burunları , iti dişləri var, cəld üzürlər, balıqları və kalmaları ovlayırlar. Ultrasəsləri tutmaqla asan ov edirlər. Exolokatorları ovun hansı həcmdə olduğunu və hərəkət istiqamətini xəbər verir.

DƏNİZ  DONUZU
O, yumru başlı balaca balinadır. 6 növü var. Dəniz donuzları Atlantik və Sakit okeanların sahil sularında yaşayırlar. Balıqlar və kalmalarla qidalanırlar.

BALİNA  DƏRİNDƏ  YAŞAYIR
Kaşalot balinası dənizin 1000 metr dərinliyinə enir. Nəhəng kalmarın arxasınca daha dərinə girə bilir.

BALİNALAR  QURUYA  ÇIXMIR
Balinalar bütün ömürlərini dənizdə yaşayır. Ancaq nəfəs almaq üçün arabir suyun üzünə çıxaraq hava udurlar.

ƏN BÖYÜK BALİNANIN ADI
Vaxtilə Yerdə yaşamış məməlilərin ən nəhəngi olan balinanın adı –Göy balinadır. Onun uzunluğu 30 metrdən çox, çəkisi minimum 90 tondur. Bəzilərinin çəkisi bundan iki dəfə çox olur. Nəhəng olduğuna baxmayaraq Göy balina acgöz deyil. O, krillə- xərçəngəoxşar xırda varlıqlarla qidalanır.Göy balina gün ərzində 4 milyona qədər belə varlıqları tutur.

GÖY  BALİNANIN  İŞTAHASI
Göy balinanın üst damağında saçaqlı lövhələr asılmışdır. Onlar balina bığları adlanır. Balina xərçəngəoxşar canlıları – planktonları su ilə birlikdə sorur. Sonra dili ilə suyu bığları vasitəsilə kənar edir, su ağzının yanlarından axıb gedir. Ona isə ağzında qalmış plaktonları udmaq qalır.

GÖY BALİNANIN BALASI
Göy balinanın balası 7 metr uzunluğunda doğulur. Heyvanlar aləmində bu ən iri doğulandır. Onun çəkisi təxminən 8 ton – yaşlı fildən çox olur.

QOZBEL BALİNALAR  OXUYUR
Bu balinalar saatlarla yüksək tonlu fitdən tutmuş uğultuyadək səslər çıxarırlar. Qozbel balinanın nə oxuduğunu heç kəs bilmir. Bəlkə də o, öz dişisinə serenada oxuyur, yaxud digər balinalarla danışır.

BALANIN DOĞULMASI
Balinanın balası doğularkən anasının bətnindən suda doğulmasın deyə quyruğu irəlidə gəlir. Başı görünən kimi anası və yaxınlıqda olan dişilər onu suyun üstünə qaldırırlar ki, ilk nəfəsi alsın.

NARVAL NƏDİR?
Narval- delfinlərin dənizdə yaşayan məməlilər ( təkbuynuz ) ailəsidir. Erkəklərdə ancaq sol buynuz inkişaf edib. Üst çənədə 3 m uzunluğadək uzanan buynuz rəqiblə mübarizədə əvəzsiz silahdır.

BALİNANIN SÜRƏTİ
Göy balina adətən 8 km/ sürətlə hərəkət edir. Lakin narahat vaxtı 30 km/ s sürətlə üzə bilir. Bəzi kiçik balinalar, məsələn, balina-pilotlar və delfinlər 50 km/ s sürətlə üzə bilirlər.


Şərhlər:
Baxılıb: 2027
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz