Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qütb ayılarının mükəmməl xüsusiyyətləri
Qütb ayılarının mükəmməl xüsusiyyətləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 562
Səs ver:
Qütb ayıları qar fırtınalarının 120-140 km sürətə çatdığı, ilboyu qarla və buzlarla örtülmüş bir yerdə çətin şəraitdə yaşayırlar.
Qütb ayıları 800 kq ağırlığında olub, boyları 2,5 metrə çatır.

Dəri və tüklərindəki xüsusiyyətlər

Qütb ayıları buzlarla örtülmüş yerdə yaşadıqları üçün onları soyuqdan qoruyan ağ və qalın kürkləri var. 5 sm qalınlığındakı kürkün ağ görünən tükləri, əslində, şəffafdır. Temperatur itkisinin qarşısını alan fiberoptik xüsusiyyətlərə malik olan bu tüklərin içi boş və şəffaf şar kimidir. Bu şarlar günəş şüalarının istiliyini altdakı qara rəngli tükə qədər birbaşa ayının dərisinə ötürür və ayının qızınmasını asanlaşdırır. Bundan başqa, qütb ayılarının dərisinin altındakı 10 sm-lik yağ təbəqəsi istiliyin qorunmasını təmin edir. Bu minvalla, ayının kürkü və dərisi onu soyuq xarici mühitdən qoruyur. Həmçinin, bu kürk üzmək üçün də əlverişlidir. Suyun içində tüklər bir-birinə yapışır və qütb ayısı su keçirməyən yumşaq dalış paltarı geyinmiş olur. Beləliklə, ayılar buzlu sularda saatda 10-11 kmsürətlə2000 kmuzağa üzə bilirlər.  

Qütb ayısının dərisində və tüklərində yaratdığı incəliklər sayəsində onlar 37 dərəcəlik bədən temperaturunu suyun içində də uzun müddət qoruya bilirlər. Hətta bu canlıların bədəninin həddindən artıq isindiyi zamanlar belə olur. Bu səbəbdən, çox vaxt qütb ayıları yüksələn bədən temperaturlarını azaltmaq üçün bədənlərini buza sürtürlər.

Bədən temperaturunu qorumaq üçün yaradılmış başqa incəlik
Qütb ayılarında kiçik qulaqlar və kiçik quyruqlar yaratmışdır. Qulaq və quyruqları kiçik olduğu üçün onların səthindəki damarlar vasitəsilə istilik itirmə ehtimalı da minimuma enir.

Buzda sürətlə qaçmağı və üzməyi təmin edən xüsusiyyətlər

Qütb ayıları bütün təchizatları ilə buzlaqlarla örtülmüş soyuq mühitdə yaşamaq üçün yaradılmışlar. Çünki geniş, düz və tüklü pəncələrə sahibdirlər. Bundan əlavə, ayaq barmaqlarının arasındakı oyuqlar sayəsində buzun səthində vakuum yaradır. Sürüşkən olmayan  pəncələri ilə buzün üzərində sürətlə qaça bilirlər. Barmaqlarının  quruluşu isə suyun içində rahat üzməsini və daha uzaq məsafələri qət etməsini təmin edir.

Enerji sərfini azaldan xüsusiyyət – qış yuxusu
Qütb ayıları enerji sərfini azaltmaq üçün qış yuxusundan da istifadə edirlər. Xüsusilə ana olmağa hazırlaşan qütb ayısı qış yuxusuna getdiyi dövrdə enerji sərf etməmək və balalarını daha yaxşı bəsləmək üçün maddələr mübadiləsinin sürətini azaldır. 7 ay maddələr mübadiləsindəki yağı zülala çevirərək balaların bəslənməsini təmin edir. 7 ay ərzində özü heç nə yemir. Ürək döyüntüsünü dəqiqədə 70-dən 8-ə qədər endirə bilir. Bu dövrdə yemək yemədiyi üçün təbii ehtiyacları da olmur. Beləliklə, ana ayı balaların doğulacağı dövrdə çox enerji sərf etmir.

Balaları üşüməkdən qoruyan yuvalardakı xüsusiyyətlər
Arktikanın soyuq iqlimində yaşayan dişi qütb ayıları hamilədirlərsə və ya balaları varsa, özlərinə qarın altında yuva düzəldirlər. Başqa vaxtlarda onlar yuvada yaşamırlar.

Bu evlərin, əsasən, birdən çox otağı olur və qütb ayıları bu otaqları professional şəkildə hazırlayırlar. Otaqlardakı isti havanın girişdən çölə çıxmasının qarşısı alınır.

Ana ayı yuvanın tavanını 75 sm –2 mqalınlığında tikir. Tavanın qalınlığı qoruyucu funksiyanı yerinə yetirir. Yəni yuvadakı istiliyi qoruyur. Yuvadakı temperatur da bunun sayəsində sabit olur. Norveç Oslo Universitetinin tədqiqatçısı Paul Watts bu yuvalardan birinin tavanına bir cihaz yerləşdirərək temperaturu ölçmüş və çox maraqlı bir vəziyyətlə qarşılaşmışdır: çöldəki temperatur -30 dərəcəyə qədər düşərkən, yuvanın içindəki temperatur 2, ya da 3 dərəcədən aşağı düşməmişdir. Bu möcüzəvi yuva isə bütün heyvanlarda olduğu kimi, şübhəsiz, uca Rəbbimizin qütb ayılarına ilhamının nəticəsində ortaya çıxır.

Görmə və qoxu hiss etmə duyğularındakı detallar
Qütb ayılarının gözlərində göz qapağı filtri var. Bu filtr sayəsində qütb ayıları bir cüt "günəş eynəyi”nə sahib olur və gözlərindəki bu quruluş onları qar korluğundan  qoruyur.

Qütb ayısı ucsuz-bucaqsız buz səhrasında ovlamaq üçün uzun məsafələri qət etməlidir. Bu zaman güvəndiyi bir hissi var: qoxu. Qütb ayısının burnu olduqca həssasdır. Onlar, əsasən, suitilərlə qidalanırlar. Suitilər isə buz və qar təbəqələrinin altında yaşayırlar. Amma bu, qütb ayılarının onları tapmasına mane olmur. Çünki qütb ayılarının qoxu hiss etmə duyğuları elə kəskindir ki,1.5 mqalınlığındakı qar təbəqəsinin altındakı və ya30 kmuzaqda olan suitinin qoxusunu hiss edə bilirlər. Şübhəsiz, uca Allah hər canlını olduğu kimi, qütb ayısını da ehtiyacları istiqamətində ən mükəmməl şəkildə yaratmışdır.


Şərhlər:
Baxılıb: 562
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz