Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tırtıldan kəpənəyə
Tırtıldan kəpənəyə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 455
Səs ver:
Belə bir sual ortaya çıxır. Görəsən sizin 450-500 sayda yumurtanız olsa və bunları bayırda bütün təhlükələrə mühafizə etmək lazım gəlsə nə edər bilərdiniz? Onların külək kimi təbii şəraitin təsiri ilə açılıb dağılmalarının və korlanmamasının qarşısını ala bilən bir tədbir görməyiniz şübhəsiz ki, ən ağıllı olandır. Dünyada bir dəfəyə ən çox yumurta qoyan canlılardan biri olan ipəkqurdu (450-500), yumurtalarını qorumaq üçün çox ağıllı üsuldan istifadə edir: Yumurtaları ifraz etdikləri yapışqan maddə ilə (iplə) bir-birinə bağlayaraq ətrafa dağılmalarına mane olur.Yumurtadan çıxan tırtıllar ilk iş olaraq özlərinə münasib budaq tapır və daha sonra da eyni iplə oraya bağlanırlar. Sonra inkişaf etmələri üçün ifraz etdikləri bu iplə özlərinə qoza hörməyə başlayırlar. Həyata gözlərini yeni açmış bir tırtılın bu işi etməsi istirahət etmədən 3-4 gün davam edir. Bu müddətdə tırtıl min dəfə fırlanaraq təqribən 900-1500 metr uzunluğunda bir ip çıxarır.

Bu proses bitdikdən dərhal sonra heç istirahət etmədən yeni bir işə və gözəl kəpənək olmaq üçün dəyişiklik keçirməyə başlayır.Nə ana ipəkqurdunun balasını qorumaq üçün gördüyü tədbir, nə də hər şeydən xəbərsiz, hələ heç bir bilgiyə sahib olmayan kiçik bir tırtılın göstərdiyi davranışlar təkamül ilə izah edilə bilən hadisələr deyil. Hər şeydən əvvəl ananın yumurtaları yapışdırmaq üçün istifadə etdiyi ipi hazırlaması möcüzəvidir. Yumurtadan yeni çıxan bir tırtılın özü üçün lazım olan mühiti tanıyıb ona uyğun qoza hörməsi, sonra da dəyişilməsi və dəyişikliyi problemsiz olaraq həyata keçirməsi insanın ağlına gəlməyən bir şeydir. Bu vəziyyətdə hər tırtılın dünyaya nə etməsi lazım olduğunu bilirmiş kimi gəldiyini rahatlıqla söyləyə bilərik ki, bu da bütün bunların hələ dünyaya gəlmədən öncə "öyrədilmiş" olduğu mənasına gəlir.
Tırtıl
Heç yaradan yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?! (Nəhl surəsi, 17)

Bunu bir misalla açıqlayaq. Əgər yeni doğulmuş bir uşağın doğulmasından bir neçə saat sonra ayağa qalxdığını, sonra da özünə bir yataq düzəltmək üçün ləvazimat (yorğan, yastıq, döşək və s.) topladığını və bunları düzgün bir şəkildə birləşdirərək yataq düzəldib içində yatdığını görsəniz nə düşünərsiniz? Ən məntiqli nəticə, bu uşağın belə bir işi etməsi üçün hələ ana bətnində qeyri-adi yolla "tərbiyələnmiş" olduğunu düşünməkdir. Tırtılın vəziyyəti ilə bu misaldakı uşağın vəziyyəti eynidir.Bu da bizi yenə eyni nəticəyə gətirir: Bu canlılar özlərini yaradan Allahın müəyyən etdiyi şəkildə doğulur, davranır və yaşayırlar. Quranda Allahın bal arısına vəhy etdiyini və ona bal hazırlamağı əmr etdiyini xəbər verərək, əslində canlılar dünyasındakı böyük sirrin bir nümunəsini bildirmişdir. (Nəhl surəsi, 68-69). Bu sirr, bütün canlıların Allahın iradəsinə boyun əyərək Onun təyin etdiyi qədəri izlədikləri sirridir. Arı bu səbəbdən bal hazırlayır, ipəkqurdu da bu səbəbdən ipək hazırlayır.


Şərhlər:
Baxılıb: 455
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz