Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Balaları üçün yuva qazan quşlar
Balaları üçün yuva qazan quşlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1976
Səs ver:
Meqapod quşları Avstraliyada yaşayır və balalarını böyütmək üçün xüsusi yuvalar qurur. Əvvəlcə erkək meqapod böyük bir çuxur qazır, daha sonra bu çuxuru çürüməkdə olan nəm ot və yarpaqlarla doldurur. Bunun da çox əhəmiyyətli bir səbəbi var. Çürüyən bitkilərdə olan bakteriyalar yüksək istilik yaradacaq və yuvanı qızdıracaq. Erkək quş bu istiliyi sabit saxlamaqdan ötrü havanın dəyişməsi üçün deşik açır və dimdiyini bu deşiklərdən içəri soxaraq yuvanın istiliyinə mütəmadi olaraq nəzarət edir. Həmçinin bitki yığınının üzərində əlavə bir də qıfa bənzər dəlik açır. Bu dəlik qış boyunca yağışın içəri sızmasını və bitki yığınının nəmli qalmasını təmin edir.

Yuva hazır olduqdan sonra dişi quş yuvaya gələrək yumurta qoyur. Lakin yayın istisində yuvadakı istilik get-gedə artdığından erkək meqapod quşu yuvasını qumla örtür. Bu şəkildə istiliyin yuvaya daxil olmasının qarşısını alır.
İndi sizə bir sual verək. Bu yazını oxumamışdan əvvəl bitkilərin çürüdükdən sonra istilik verdiyini bilirdinizmi? Əgər bu mövzu ilə bağlı bir kitab oxumasaydınız, bunu bilməməyiniz çox təbii görünərdi və sizin kimi bir çox insan da bunu bilmir. Lakin meqapod quşu bunu çox yaxşı bilir, həm də bu biliyindən balalarının xeyrinə istifadə edir.
Bəs bu quş belə incə hesablamanı və həssas ölçmələri necə aparır? Daha sonra bu ölçmələrdən əldə etdiyi nəticələrə görə necə texniki tədbirlər görə bilir? Nə üçün balaları üçün belə bir zəhmətə qatlaşırlar?
Bütün bunları yerinə yetirə bilməsi üçün quş mühəndis kimi texniki bir biliyə və sağlam bir insan ağlına sahib olmalıdır. Əlbəttə ki, quşun zəkalı və bilikli bir insan kimi davrana biləcək ağlı və beyni yoxdur. Bütün bu ağıl tələb edən işləri meqapod quşuna hər an etdirən, yəni ilham verən və bu quşu istiqamətləndirən bir qüvvə var. Bu qüvvə hər şeyi ən gözəl şəkildə yaradan Allaha aiddir.
Siz burada qeyd olunanları oxuduğunuz zaman dərhal bütün bunları edənlərin əslində canlılar deyil, bütün canlıları yaradan Allah olduğunu dərk edirsiniz. Lakin dərhal anladığınız bu həqiqəti qəbul etməmək üçün inad edən bəzi insanlar da var. Allah belə insanlara Quranda da işarə edib. Allah «Rəd» surəsində bu insanlarla bağlı belə buyurur:
«De ki: «Göylərin və yerin Rəbbi kimdir?» De ki: «Allahdır!» De ki: «Belə olduqda özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən özünüzə dostmu, hamimi edirsiniz?» De ki: «Heç korla görən və ya zülmətlə nur eyni ola bilərmi?! Joxsa müşriklər ona görə Allaha şərik qoşdular ki, bütlər də Allahın yaratdığı kimi yaratdılar və onların nəzərində Allahın yaratdığı oxşadı?!» De ki: «Allah hər şeyin xaliqidir. O, hər şeyə qalib olan tək bir Tanrıdır!» («Rəd» surəsi, 16).


Şərhlər:
Baxılıb: 1976
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz