Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanın ən uzun qanadlı quşu Albatros
Dünyanın ən uzun qanadlı quşu Albatros
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1503
Səs ver:
Albatroslar çox böyük - 3,5 metrə yaxın - qanadları olan dəniz quşlarıdır. Həyatlarının 92 faizini açıq dənizlərdə keçirir və quru sahəsinə demək olar ki, enmirlər. Bu quş növünün ən əsas xüsusiyyəti onun dayanmadan uzun müddət uça bilməsidir. Bu çətin işi isə albatros xüsusi uçuş tərzi sayəsində bacarır.Albatrosun uçması üçün qanadlarını küləyə qarşı tam açaraq havada dayanması kifayətdir. Bu şəkildə qanad çalmadan saatlarla uça bilir. Quş bunu qanadlarını mümkün qədər geniş açaraq yerinə yetirir və bu halda quşun qanadlarının uzunluğu 3,5 metrə çatır. Bu, quşlar arasında ən böyük qanad uzunluğudur.

Albatros yuxarı qalxan hava axınlarından və küləkdən istifadə edərək bunların istiqamətində uçur. Küləyin içində ziqzaqvari şəkildə xətlər cızaraq və axından-axına keçərək hərəkət edir. Albatros bu şəkildə heç bir qanad çalmadan saatlarla su üzərində uça bilir. Bəs albatroslar nəyin sayəsində bu çətin işi bacarır? Bu quşun belə xüsusiyyətə malik olmasının səbəbi nədir?
Xüsusən də 3,5 metrlik bu nəhəng qanadları sabit şəkildə açıq saxlamaq üçün çox böyük güc tələb olunur. Albatrosların nə qədər çətin bir işi yerinə yetirdiyini anlamaq üçün albatrosu bir insanla müqayisə edək. Bir insan qollarını hətta az müddət də olsa havada saxlamağa çalışanda çətinlik çəkir. Bir qədər sonra əzələləri ağrımağa başlayır və qollarını aşağı salmağa məcbur olur. Halbuki albatroslar qanadlarını saatlarla havada açıq saxlaya bilirlər.
Albatrosların qanad sümüklərində qanadlarını açıq vəziyyətdə saxlamağa imkan verən müəyyən kilid sistemi var. Məhz bu kilid sistemi sayəsində onlar əzələ gücündən istifadə etmir. Bu da uçuşu xeyli asanlaşdırır. Bu xüsusi sistem sayəsində günlərlə, həftələrlə, hətta aylarla ən az enerji itirərək heç dayanmadan uçurlar.
Bir an bunu düşünmək albatroslardakı bü xüsusiyyətlərin təsadüfən yaranmadığını anlamaq üçün kifayətdir. Dənizlərin üzərində uzun müddət uçaraq yaşayan bu quşların üzərində Allahın şəfqət və rəhmətini görürük. Albatrosların həyatını təmin edən bütün xüsusiyyətləri onlara verən Allahdır. Hər şeyə qadir olan Rəbbimiz başqa canlılar kimi bu canlıları da qoruyur və ehtiyacını tam ödəyir. Bir ayədə Allah quşların xüsusiyyətlərinə belə nəzər yetirir:
«Məgər müşriklər yerlə-göy arasında ram olunmuş quşları görmürlər?! Onları yalnız Allah saxlayır. Həqiqətən bunda möminlər üçün ibrətlər vardır!» («Nəhl» surəsi, 79).


Şərhlər:
Baxılıb: 1503
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz