Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kəpənəklər: pərvazlanan gözəllər
Kəpənəklər: pərvazlanan gözəllər
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 7194
Səs ver:
Planetimizdə  təqribən 200 min kəpənək növü yaşayır.  Bu inanılmaz məxluqlar pərvazlanan gözəllərə eybəcər tırtıllardan çevrilir. Təbiətdə böyük məsafələri qət edən köçəri kəpənəklər və qanadsız  kəpənəklər mövcuddur.
 
Bu ürkək məxluqlar qaçıb düşmənlərdən gizlənmək üçün daha nələrə əl atmır.  Bəziləri yarpaq, bəziləri ağac qabığı kimi maskalanır, digərləri özlərini qorxunc həşəratlara bənzədir. Məsələn, şüşəqanadı asanlıqla eşşəkarısı ilə səhv salmaq olar. Onun şəffaf qanadlarında pulcuq yoxdur, zolaqlı sarı qarnı isə eşşəkarısının məşhur libasına bənzəyir.
 
Bəzi kəpənəklər təkcə həşəratları deyil, quşları da qorxutmağı bacarır. Məsələn,  apollon kəpənəyinin qanadlarının bəzəyi ilan gözlərinə oxşayır. Bu gözləri görən quşların belə qidaya yaxınlaşmaq həvəsi itir.
 
Əlbəttə, kəpənəklərin başlıca bəzəyi onların qanadlarıdır. Amma sən demə,  qanadsız kəpənəklər də varmış! Onların əksəriyyəti  qidalanmır, yalnız  tırtılın topladığı  ehtiyat hesabına yaşayır. Orgyia antiqua kəpənəyinin heç olmazsa qanad rudimenti (orqanizmdə öz funksiyasını itirmiş orqanın qalığı) olduğu halda,  onun çöldə məskunlaşan həmcinsinin - Orgyia dubia bundan da məhrumdur. O, kəpənəyə çevriləndən sonra heç baramadan çıxmır. Xanənişin kəpənək "sevgililərini” elə oradaca qonaq qəbul edir və  yumurta qoyur.  Həmin yumurtalardan çoxlu sayda yeni  qanadsız kəpənək çıxır.
 
Lakin heç də bütün qanadsız kəpənəklər evdə oturmağı sevmir. Əlbəttə, qanadsız uçmaq olmur, lakin suya baş vurmaq mümkündür. Qızıl kəpənək elə belə də edir. O, suyun altında yumurta qoyur, çünki sürfələrinin qidalanması üçün su bitkilərinin - rdesta və ya elodeyanın  yarpaqları lazımdır.
 
Necə düşünürsən, kəpənəklər daha çox nəyi sevir? Çiçək nektarını? Elədir ki var. Lakin  heç də hamısı çiçək nektarı ilə dolanmır. Kəpənəklərin bəzi növlərinin qalın və qısa xortumcuğu var. Belə xortumcuqla nektar  əldə etmək mümkün deyil.  Odur ki, ya ağacın şirəsi, ya da yetişmiş meyvə şirəsi ilə qidalanır.
 
Kəpənəklərin  daha bir nadir növü  kaliptradır. Kaliptra  Asiyanın tropik bölgələrində   məskunlaşır. Bunlar "vampir” kəpənəklərdir. Gecələr  kəl, kərgədan və ya fillərin qanını içir.  Bu uçuşan  "vampirlər” təkcə yara və ya sıyrıntılar  üzərinə oturmur, həm də  iti xortumlarını dəriyə sancır.  Doğrudur, "vampir” kəpənəklərə çox nadir hallarda təsadüf olunur.
 
Payız gələndə bəzi kəpənək növləri cənuba uçmaq üçün dəstə şəklində toplaşır.  Vanessa cardui  belə kəpənəklərdəndir.  Onlar Avropa ölkələrindən  İrana, Hindistana istiqamət götürür, bəziləri isə  Afrika ölkələrinə uçur.  Onların orada qoyduğu yumurtalardan yeni nəsil törəyir. Gələn bahar Avropaya da elə həmin nəsil qayıdır.
 
Admiral adlanan kəpənək tək səyahət etməyi sevir. Hərçənd dağları təhlükəsiz aşmaq üçün həmcinsləri ilə birləşir.
 
Kəpənəklərin  görmə qabiliyyəti insanlardan fərqlənir.  Onların gözlərinin quruluşu mürəkkəbdir.  Hər biri  6 min xırda  hissəcikdən və linzadan  ibarətdir.  Bəzi kəpənəklər  qanadları ilə eşidir,  eşitməyə cavab verən damar orada yerləşir. Onlar  xortumcuq ilə deyil, qabaq pəncələri ilə dad bilir.        
 


Şərhlər:
Baxılıb: 7194
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz