Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Heyvanlar haqqında 27 maraqlı fakt
Heyvanlar haqqında 27 maraqlı fakt
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2313
Səs ver:
Sizə elə gəlir ki heyvanlar aləmi insan aləmindən sadədir? Bu maraqlı faktları oxuyub stereotipin yanlış olduğunu görəcəksiniz!
 
1. Bir kiloqram bal hazırlamaq üçün arı an azı 2 milyon çiçəkdən şirə çəkməlidir.
2. Göyərçinlər nəzərdə tutduqları yerə gedib çıxmaq üçün minlərlə kilometr qət edirlər.
3. Avropalılar birinci dəfə zürafəni görəndə, onu "dəvəpard” adlandırmışdılar. Onlar belə güman etmişdilər ki o, dəvə ilə leopardın hibrididir.
4. Yer üzündə ev itlərinin təxminən 400 cinsi mövcuddur.
5. Bədəninə nisbətdə ən böyük beyni olan heyvan qarışqadır.
6. Yerdə yaşayan canlı orqanizmlərin 70 faizi bakteriyalardır.
7. Tokio zooparkı hər il 2 aylıq tətilə çıxır ki, heyvanlar tamaşaçıların əlindən dincələ bilsinlər.
8. Dəvənin belindəki hörgücə baxmayaraq onun onurğası tamamilə düzdür.
9. Köstəbək bir gecədə 76 metr uzunluğunda tunel qaza bilir.
10. Qədim misirlilər babuinləri onlara süfrə arxasında qulluq etmək üçün əhliləşdirirdilər.
11. Dəvəquşunun yumurtasını bişirmək üçün onu ən azı 40 dəqiqə qaynatmaq lazımdır.
12. Çəyirtkənin qanı ağ, xərçəngin qanı isə mavi rəngdədir.
13. Son 4000 ildə bir dənə də olsun yeni heyvan növü əhilləşdirilməyib.
14. Şimpanze yer üzündə özünü güzgüdə tanıya bilən yeganə heyvandır.
15. Fillər və insanlar yeganə məməlilərdir ki başı üstə dayana bilirlər.
16. Timsahlar daş parçaları udurlar ki, suyun dərinliyinə enə bilsinlər.
17. Pələnglərin nəinki tükləri, hətta dərisi belə zolaqlıdır.
18. Zürafələr bütün heyvanlarla müqayisədə ən böyük ürəyə və ən yüksək qan təzyiqinə malikdirlər.
19. Balinanın ürəyi dəqiqədə cəmi 9 dəfə döyünür.
20. Pinqvin yeganə quşdur ki, üzməyi bacarır, amma uça bilmir. O həm də yeganə quşdur ki, dik gəzir.
21. Zebr əslində ağ olub qara zolaqlara malikdir, əksinə deyil.
22. Yer üzündə təxminən 500 zoopark mövcuddur.
23. Tırtılın bədənindəki əzələlərin sayı insan bədənində olan əzələlərin sayından çoxdur.
24. Qədim Misirdə əkin sahələrinin əsas ziyanvericisi nə tırtıllar, nə də çəyirtkələr idi. Burada əsas ziyanverici begemot sayılırdı.
25. Köpək balığı öz ovuna hücum edərkən gözlərini yumur ki, çapalayan şikar təsadüfən onu zədələməsin.
26. İlbizin sürəti saniyədə 1,5 millimetrdir.
27. Begemot fildən sonra dünyanın ən ağır məməlisidir. Çəkisi bəzən 4 tona çatır.


Şərhlər:
Baxılıb: 2313
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz