Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İşıq saçan canlıların xüsusiyyətlərini bilirsinizmi?
İşıq saçan canlıların xüsusiyyətlərini bilirsinizmi?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 928
Səs ver:
Gecələr ağacların üzərində hərəkət edən işıqları heç görmüsünüzmü? Bəzən bir ağacı az qala örtəcək qədər çox olan bu işıqlar işıldaquşlardır. İşıldaquşlar işıq saçan canlıların ən əsaslarıdır. Gecənin qaranlığında ağacları işıqlandıran işıldaquşlar alimlərin üzərində ən çox tədqiqat apardığı canlılardan biridir. Bunun səbəbini bir az sonra müfəssəl şəkildə izah edəcəyik. Lakin əsasən bu canlıların necə işıq saçmasından bəhs edək.

İşıldaquşlar bədənlərinin içində yaşıl-sarı işıqlar istehsal edirlər. İşıq işıldaquşlar üçün bir rabitə, xəbərləşmə vasitəsidir. Onlar saçdıqları işıqlarla ya bir-birinə cütləşmə mesajı verir, ya da düşmənlərinə qarşı müdafiə olunmağın vacibliyini bildirirlər. Düşmənləri işıldaquşların dadının pis olduğunu işıqlardan bilir və onları yeməkdən imtina edirlər.
Bu böcəklərin ən əsas xüsusiyyətləri isə işıqdan daha çox səmərə əldə etməsi və demək olar ki, enerji itirməməsidir. İşıldaquşlar bu xüsusiyyətlərinə görə illərlə alimlər üçün araşdırma mövzusu olub. Lakin bütün araşdırma və çalışmalara baxmayaraq insanlar hələ də işıldaquşların saçdığı kimi səmərəli bir işıq kəşf edə bilməyiblər.
Bir canlının işıq saça bilməsi, eyni zamanda da bu işığın onlara heç bir təsir etməməsi heyrətamiz məsələdir. Bunun səbəbini belə izah edə bilərik. Yanan lampaların işıqla birlikdə istilik də verdiyini sizlər də hiss etmisiniz. Məsələn, bir elektrik lampasına əl vursanız, əlinizin yandığını hiss edəcəksiniz. Bu halda ağlınıza işıldaquşların bu istilikdən niyə ziyan görməməsi kimi bir sual gələ bilər. Təəccblü olan da elə budur. İşıq saçan canlılar özlərinin saçdığı işıqdan heç bir ziyan görmürlər. Çünki canlıların saçdığı işıq bizim işıqlandırmaq üçün istifadə etdiyimiz işıqdan tamamilə fərqlidir. Bu işığa soyuq işıq deyilir və bu cür işıq istehsalı zamanı ətrafa istilik verilmir. Buna görə də belə hasil olan işıq çox səmərəlidir. Alimlər bu işıq növünü təqlid etmək üçün illərdir ki, çalışır.
İşıldaquşlarla yanaşı dənizdə yaşayan müxtəlif canlılar, böcəklər və başqa bir çox canlı növü də saçdıqları işığı özləri hasil edirlər. Hər bir işığın hasil olma forması, istifadə sahələri, müddəti və hasil edilən işığın cinsi kimi xüsusiyyətləri çox fərqlidir. Və bunların hər biri möcüzədir.
Bu canlılara işıq hasil edə biləcək sistemi verən, bu sistemlərin daimi olmasını təmin edən isə əlbəttə ki, canlıların özləri deyil. Təsadüflər nəticəsində işıq əmələ gətirən bir sistemin canlının bədənində meydana gəlməsi mümkün deyil. Bundan əlavə, özündən işıq verən canlıya heç bir zərərin dəyməməsi kimi mükəmməl bir quruluşun ortaya çıxması da mümkün deyil. İşıq saçan bütün canlılar Allahın yüksək səviyyədə yaratmasının dəlillərindəndir. Allah sonsuz elm, ağıl və qüdrətinin dəlillərini bizə yaratdığı canlılar vasitəsilə göstərir. Eyni zamanda bütün bunlar Rəbbimizin diləməsindən savayı insanların nə qədər çalışsa da təbiətdəki qüsursuz mexanizmləri yaratmağa güclərinin yetməyəcəyini xatırladır.


Şərhlər:
Baxılıb: 928
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz