Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dənizlərin sanitarları
Dənizlərin sanitarları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 648
Səs ver:
Böyük bir balığın ağzına girən kiçik balıq gördüyünüz zaman ağlınıza hər şeydən əvvəl nə gəlir? Bu vaxt böyük balığın kiçik balığı bir həmlədə yeyəcəyini fikirləşir və kiçik balığın ona nə üçün bu qədər yaxınlaşdığı haqqında düşünürsünüz. Böyük balığın kiçik balığın onun ətrafında hərəkət etməsinə icazə verməsi və ona heç toxunmaması, ağzında və qəlsəmələrində üzməsinə reaksiya verməməsi isə vərdiş etmədiyimiz bir görüntüdür.
Lakin okeanda belə görüntülərə çox tez-tez rast gəlmək olar. Böyük balıqların yanında yalnız kiçik balıqlar üzmür. Bəzi hallarda krevetləri də böyük balıqların ağzının kənarında görmək mümkündür. Bunlar böyük balıqları təmizləmək vəzifəsini daşıyan krevet və balıqlardır.

Bir neçə təmizləyici krevet növü var. Məsələn, şəkildə gördüyünüz krevet bunlardan biridir. Krevetin qırmızı və ağ zolaqları dəniz fənəri kimi hərəkət edərək təmizlənməyə ehtiyacı olan balığın kreveti tapmasına kömək edir. İki uzun ağ antennası olan krevet balığın üzərinə yerləşər-yerləşməz balıq səbrlə dərisinin və ya yarasının üzərindəki parazitlərdən xilas olmasını gözləyir. Sanitar rolunu oynayan krevet zərərverici parazitləri təmizləmək üçün hətta balığın ağzına da girə bilir. Beləliklə, özü də qidasını əldə etmiş olur. Krevet balığın tamamilə təmizlənməsinə əmin olana qədər vəzifəsini yerinə yetirir. İşini qurtardığı zaman isə böyük balıq ona çox yaxşı bir nahar yeməyi ola biləcək krevetə heç bir zərər vermir. Krevet də balığın ona zərər verməsindən çəkinməyərək hərəkət edir. Arxa səhifədə olan şəkildə də göründüyü kimi, bu iki canlı öz aralarında çox gözəl əlaqə yaradır.
Əsasən ağıl və zəka sahibi olan insanlara xas olan «bir-birini anlamaq», «bir-birinə əmin olmaq» kimi anlayışlar əlbəttə ki, bu canlıların haqqında düşünülə bilməz. Lakin hər şey üzərində nəzarət və hakimiyyəti özündə saxlayan Allah bu canlılara belə davranmağı və bir-birinə güvənib kömək etməyi öyrətmişdir. Bunun sayəsində onlar həyatlarını rahatlıqla davam etdirirlər.

Böyük bir balığın ağzına girən kiçik balıq gördüyünüz zaman ağlınıza hər şeydən əvvəl nə gəlir? Bu vaxt böyük balığın kiçik balığı bir həmlədə yeyəcəyini fikirləşir və kiçik balığın ona nə üçün bu qədər yaxınlaşdığı haqqında düşünürsünüz. Böyük balığın kiçik balığın onun ətrafında hərəkət etməsinə icazə verməsi və ona heç toxunmaması, ağzında və qəlsəmələrində üzməsinə reaksiya verməməsi isə vərdiş etmədiyimiz bir görüntüdür. Lakin okeanda belə görüntülərə çox tez-tez rast gəlmək olar. Böyük balıqların yanında yalnız kiçik balıqlar üzmür. Bəzi hallarda krevetləri də böyük balıqların ağzının kənarında görmək mümkündür. Bunlar böyük balıqları təmizləmək vəzifəsini daşıyan krevet və balıqlardır.
Bir neçə təmizləyici krevet növü var. Məsələn, şəkildə gördüyünüz krevet bunlardan biridir. Krevetin qırmızı və ağ zolaqları dəniz fənəri kimi hərəkət edərək təmizlənməyə ehtiyacı olan balığın kreveti tapmasına kömək edir. İki uzun ağ antennası olan krevet balığın üzərinə yerləşər-yerləşməz balıq səbrlə dərisinin və ya yarasının üzərindəki parazitlərdən xilas olmasını gözləyir. Sanitar rolunu oynayan krevet zərərverici parazitləri təmizləmək üçün hətta balığın ağzına da girə bilir. Beləliklə, özü də qidasını əldə etmiş olur. Krevet balığın tamamilə təmizlənməsinə əmin olana qədər vəzifəsini yerinə yetirir. İşini qurtardığı zaman isə böyük balıq ona çox yaxşı bir nahar yeməyi ola biləcək krevetə heç bir zərər vermir. Krevet də balığın ona zərər verməsindən çəkinməyərək hərəkət edir. Arxa səhifədə olan şəkildə də göründüyü kimi, bu iki canlı öz aralarında çox gözəl əlaqə yaradır.
Əsasən ağıl və zəka sahibi olan insanlara xas olan «bir-birini anlamaq», «bir-birinə əmin olmaq» kimi anlayışlar əlbəttə ki, bu canlıların haqqında düşünülə bilməz. Lakin hər şey üzərində nəzarət və hakimiyyəti özündə saxlayan Allah bu canlılara belə davranmağı və bir-birinə güvənib kömək etməyi öyrətmişdir. Bunun sayəsində onlar həyatlarını rahatlıqla davam etdirirlər.


Şərhlər:
Baxılıb: 648
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz