Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Coğrafiya dərsləri (Dərs 25)
Coğrafiya dərsləri (Dərs 25)
Göndərən: Ayten Melek
Şərhlər: 2
Baxılıb: 76
Səs ver:
Avropa ölkələrindən fərqli olaraq ərəb ölkələrində, Yaxın Şərqin və Orta Asiyanın digər ölkələrində antik Yunan və Roma coğrafiyasının irsi hifz edilib saxlanılır, onun ən yaxşı nümunələri ərəb dilinə tərcümə edilirdi. Ərəb coğrafiyaçıları Eratosfenin, Aristotelin, Strabonun, Ptolemeyin və b. əsərlərindən istifadə edirdilər. Bu zaman Şərqin feodal ölkələrində elm nisbətən daha çox inkişaf etmişdi. Çinlilər, ərəblər, farslar və Orta Asiya xalqları bir çox dünya əhəmiyyətli diyarşünaslıq əsərləri yaratdılar, riyazi coğrafiya və xəritələr tərtibi işi xeyli inkişaf etdirilirdi.

Ərəbistan yarımadasında yaşayan ərəblər b.e. VII əsrindən başlayaraq islam dinini, ərəb dili və mədəniyyətini və biliklərini böyük ərazilərdə sürətlə yaymağa girişirlər. Ərəblər Şimali Afrikanı, bütövlükdə Kiçik Asiyanı, Qafqazı, İranı və Orta Asiyanı istila etdilər. Və beləliklə onlar Aralıq dənizini Hindistan və Çinlə birləşdirən bütün boğazları, körfəzləri, bərələri və Böyük İpək yolunun qərb hissəsini ələ keçirirlər. Bunun sayəsində ərəblər Çinlə, Avropa və Cənubi-Qərbi Asiya arasında aparılan ticarət şərikçisinə çevrilirlər.

Hind qozu ağacının gövdəsi və qabığından hazırlanmış yastıdibli və yelkənli yüngül ərəb qayıqları sahil dəniz və körfəzlərdə şütüyürdülər. Ərəb tacirləri şimalda Rusiya, cənubi-şərqdə Malaya və hətta Mikroneziya adalarına qədər gedib çıxmışlar. Mozambik sahillərinə qədər gələn ərəblər artıq musson küləklərindən məharətlə istifadə edərək Hindistan sahillərinə qədər gedən dəniz yolunda bələdçilik edir və qızğın ticarətlə məşğul olurdular. Ərəblərin İran körfəzindən Bağdada və yaxud Qırmızı dənizlə Süveyş bərzəxi və Aralıq dənizinə göndərdiyi əsas Asiya ticarət malları – bahalı parçalar, fil dişi sümüyü, qiymətli daş-qaş, mirvari, qızıl, müxtəlif ədviyyat və qara qullar idi. Onlar həmçinin şimalın xəz-dərisi və cənubun ədviyyatının qarşılıqlı alış-verişinə eyni dərəcədə maraqlı idilər.

Avropalıları ən çox Hindistandan gətirilən müxtəlif ədviyyatlar maraqlandırırdı. Belə ki, Avropada payızın son aylarında otlaq mövsümü başa çatdıqdan sonra mal-qaranın kütləvi kəsilməsi və ətinin qışa hazırlanması əməliyyatı aparılırdı. Duzlanmış ətin keyfiyyətini saxlamaq üçün ədviyyatdan geniş istifadə olunurdu. Və ona görə də Avropa bazarlarında ədviyyat qızıla bərabər tutulurdu. Tropik bitki ədviyyatlar o zamanlar yalnız cənubi və cənub-şərqi Asiyada yetişdirilirdi. Ticarətdə birinci yeri Asiyanın tropik bölgələrində yayılmış istiot ədviyyatı tuturdu. Onun əkinləri ən çox Malabar (Qərbi Hindistanda) sahillərində yayılmışdır, oradan həmdə zəncəfil və hil ədviyyatları göndərilirdi. İndoneziya mixək, muskat qozu, Şri-Lanka darçın yola salırdı. Və özü də Hindistanın Avropa ilə olan ticarətini ərəblər inhisara götürmüşdülər.

Qədimdən sivilizasiya mərkəzləri olan geniş ərazilərin ərəblərin nəzarəti altına keçməsi ərəb coğrafiyasının formalaşmasına güclü təkan vermişdir. Ərəblərin riyazi coğrafiya, xəritələşdirmə, diyarşünaslıq məlumatlarının yüksək səviyyədə olması göstərirdi ki, onlarda coğrafi təfəkkür xristian dünyası ilə müqayisədə daha dərin olmuşdur.

Ərəb xilafəti ölkələrində VIII-IX əsrlər mədəniyyətin və elmin görünməmiş çiçəklənməsi dövrü olmuşdur. Xilafətin paytaxtı və ən böyük mədəniyyət mərkəzi olan Bağdada çoxlu var-dövlətlə yanaşı həm də müxtəlif

xalqların qiymətli kitab və əlyazmaları toplanırdı. Bağdadda elmin və mədəniyyətin mərkəzi olan Müdriklər evi

yaradılır, buraya çoxlu xarici ədəbiyyat toplanır və görkəmli alimlər dəvət olunurlar və həmçinin rəsədxanalar tikilir. O dövrün böyük Orta Asiya alimi Əl-Xarəzmi Müdriklər evinə dəvət olunmuşdur. Onun əsərlərində ərəb coğrafiyasında ilk dəfə olaraq astronomiya və coğrafiyanın qovşağında inkişaf edən riyazi-coğrafiyanın əsası qoyulmuşdur. Bütün coğrafiya və astronomiya əsərlərində qısa nəzəri icmaldan sonra mütləq riyazi məlumatlar və cədvəllər verilməli idi. Belə cədvəllərdə yeni kəşf olunmuş ölkələrin, şəhərlərin və digər coğrafi obyektlərin koordinatları haqqında məlumatlar verilirdi.

Ərəb coğrafiya ədəbiyyatı çox zəngin və mövzuca geniş idi. Bu kitablarda tacirlərin, zəvvarların müfəssəl marşrutların və görməli yerlərin təsvirləri verilirdi. Onuncu əsrin birinci yarısında yaşamış Əl-Balxın "Yerin qurşaqları" adlı fundamental əsəri bir çox digər kəşflərin başlanğıcını qoymuşdur.

Ərəb coğrafları təkcə naməlum torpaqları kəşf etmək və onların geniş təsvirini verməklə məhdudlaşmırdılar. Doğma ölkələrinin təsvirinin verilməsini ən mühüm vəzifə hesab edirdilər. Yəmən şairi və alimi Əl-Həmadəninin (X əsr)

"Ərəbistanın təsviri" əsəri belələrindəndir. O, qəsəbələr, bazar və məscidlər, möhkəmləndirilmiş qalalar və gözətçi qüllələri, həmçinin su nohurları, kənd təsərrüfatı bitkiləri, müxtəlif heyvan növləri haqqında geniş məlumat vermişdir.

Səkkizinci əsrdən başlayaraq Ərəbistanda xəritələr tərtib olunur. Ərəblərin tərtib etdiyi xəritələr, atlaslar özünün dəqiqliyi və zəngin məlumatlılığı ilə Ptolemey xəritələrindən daha mükəmməl görünürdü. Bağdadın Müdriklər evində o zamanlar məlum olan yaşayış məntəqələrinin koordinatları əsasında hazırlanmış dünyanın xəritəsi ("Mamukovanın xəritəsi") özünün böyük dəqiqliyi ilə fərqlənirdi. Xüsusilə, Əl-İdrisinin tərtib etdiyi xəritə və atlasların yüksək səviyyəsini qeyd etmək lazımdır. İdrisi çəkisi 91 kq. olan böyük gümüş nimçənin içərisində dünyanın xəritəsini düzəltmişdir. Məzmununa görə Ptolemeyin coğrafiyası ilə müqayisədə İdrisinin xəritəsi irəliyə doğru bir addım idi. Orijinalda şimal aşağıda, cənub isə yuxarıda verilmişdir. Xəritədə dərəcə toru verilməyib.

Məşhur xəritə tərtibçisi Əl-Balx ilk izahatlı atlas düzəltmişdir. Şərqi Avropa haqqında ilk dürüst məlumatları ərəb müəllifləri vermişlər. Əslən isfahanlı olan fars mənşəli İbn Rusta ( X əsrin əvvəlləri) tərtib etdiyi "Nəfis daş-qaşlar kitabında" Volqa bulqarları, xəzərlilər, ruslar və digər slavyan xalqları yaşadıqları ərazilərin təbii şəraiti, təsərrüfatı, ticarət əlaqələri, xüsusilə qiymətli xəz-dərilərlə aparılan alver və s. haqqında məlumatlar verir.

Əhməd ibn Fədlan ( X əsrdə) ərəb xilafəti nümayəndəliyi tərkibində müsəlman Volqa-Kama Bulqariyası ərazisində olması haqqında qiymətli məlumatlar toplanmışdır. Nümayəndəlik 921-ci ildə Bağdaddan yola çıxaraq İran yaylasından, Orta Asiyadan, Üstyurd yaylasından keçərək bu ölkəyə gəlir, onun paytaxtı Bulqar şəhərində olur. Çap etdirdiyi "Qeydlər" kitabında o, Volqaboyu, Zavoljye və Orta Asiyanın xalqlarının orta əsr tarixinə, Xəzərsahili ovalığı kəsib keçən çayların dəqiq adlarına dair məlumatlar vermişdir.

Bağdadlı Əl-Məsudi (956) bir sıra ölkələri (Suriya, Mərkəzi Asiya, Şərqi Avropa, Şərqi Afrika, Madaqaskar, Misir, Çin) gəzmiş və öz səyahətləri ilə bağlı «Zamanın xəbərləri» adlı əsərini qələmə almışdır. Kitablarında o, getdiyi ölkələrin təbiəti, tarixi və etnoqrafiyası haqqında geniş məlumat vermişdir.


Şərhlər: 2
Baxılıb: 76
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Məlumata görə təşəkkür
12 noyabr 2016 09:47
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
maraqli melumatdir
12 noyabr 2016 09:15
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz