Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Coğrafiya dərsləri (Dərs 24)
Coğrafiya dərsləri (Dərs 24)
Göndərən: Ayten Melek
Şərhlər: 1
Baxılıb: 55
Səs ver:
Azərbaycan haqqında Rusiya tədqiqatçıları və səyyahlarının da bir sıra qiymətli məlumatları vardır. Tver taciri A.Nikitin Cənubi Qafqazdan keçib Hindistana gedərkən Azərbaycanda olmuş, Dərbənd, Şamaxı və Xəzər dənizi haqqındazəngin məlumatlar toplamışdır. Bunun nəticəsində XVI əsrdə Rusiya Şirvana diplomatik nümayəndələr göndərmişdir. Afanasi Nikitin Azərbaycanla bağlı verdiyi məlumatlardan aydın görünürdü ki, XV- XVI əsrlərdə Azərbaycan Hindistanı və Yaxın Şərqi Rusiya ilə birləşdirən Volqa-Xəzər su yolundan ticarət məqsədilə geniş istifadə edən ölkə olmuşdur. Şamaxı tacirləri bir tərəfdən Rusiya, o biritərəfdən Hindistan, Yaxın Şərq daxil olmaqla böyük bir ərazidə ticarətlə məşğul olurdular.
Rusiya imperatoru I Pyotr qonşu dövlətlərlə, xüsusilə Şərq ölkələri ilə daha çox maraqlanmışdır. Onun tapşırığı ilə Rusiya elmlərAkademiyası Yaxın Şərq ölkələrini, İran və Türkiyəni öyrənməyə başlamış, Xəzərsahili torpaqların tədqiqi sahəsində ilk addımlarartmışdır. Rus səyyahı və tədqiqatçısı İ.Q.Gerberq 1928-ci ildə Xəzər sahilindən başlayaraq Şərqi Azərbaycanı, Kürün mənsəbini, Dərbənd ətrafını coğrafi baxımdan tədqiq etmişdir. Xüsusi proqramla aparılan tədqiqatlarda bu yerlərin inzibati-idarəmünasibətləri və təsərrüfat həyatı öyrənilmişdir.

Rusiya coğrafiyaçısı F.İ.Saymanov 1723-35-ci illərdə Xəzər sahillərinə elmi ekspedisiya təşkil etmişdir. Ekspedisiya iştirakçıları bir neçədəfə Azərbaycan sahillərinə çıxmış, buranın təbiətini və sərvətlərini əsaslı şəkildə öyrənməyə başlamışlar. Onlar Azərbaycanın zəngintəbii sərvətləri, o cümlədən neft yataqları olması haqqındakı məlumatları Rusiya EA-na göndərmişlər. Bu dövrdə yaşayan görkəmli coğrafiyaçı Vaxuşti Baqratiyoni Gürcüstan coğrafiyasına həsr etdiyi əsərdə qonşu dövlətlər, o cümlədən Azərbaycan haqqında da söhbət açmışdır. XVIII əsrin axırlarında Rusiya EA-nın Qafqaz ekspedisiyası Xəzər sahillərini tədqiq etməklə Azərbaycan haqqında yeni məlumatlar toplamağa başlamışdır. 1770-ci illərdə P.Y.Lerexin ekspedisiyasına dair Rusiya EA-nın nəşr etdirdiyi yazılarda Azərbaycan haqqındamüxtəsər məlumatlara rast gəlinir. Rusiya EA-nın həqiqi üzvü S.Q.Qmelin (1745-1774) Xəzər sahillərinin təbii xüsusiyyətlərini, fauna və florasını öyrənmişdir. OnunRusiyada EA-sı tərəfindən nəşr edilən «Təbiətin hökmünün tədqiqatı üçün Rusiyaya səyahət» əsəri Azərbaycan təbiətinə həsrolunmuşdur.
Azərbaycanın neft sərvətləri haqqında ilk məlumatlara 1739-cu ildə nəşr edilən «Vedomosti» Jurnalında rast gəlinir. XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiyaya ilhaq edilməsi ilə əlaqədar olaraq onun təbii ehtiyatları iqtisadiyyatı və tarixi dahaintensiv və məqsədyönlü şəkildə öyrənilməyə başlanmışdır. Şimali Azərbaycanın Rusiya bazarına daxil olması bu işi daha dasürətləndirmiş Azərbaycanın tədqiqi işinə bir çox tanınmış mütəxəssislər cəlb olunmuşdur. 1836-cı ildə Sankt-Peterburqda Cənubi Qafqazın statistikasına, etnoqrafiyasına və maliyyəsinə aid toplular nəşr edilmişdir. Bu toplularınIII cildi Şirvan, Talış, Qarabağ, Şəki, IV cildi Bakı, Quba, Dərbənd əyalətlərinə həsr edilmişdir. Əyalətlərin təsviri xüsusi proqramamüvafiq olaraq ardıcıl və aydın verilmişdir.
Artıq XIX əsrin ortalarında Azərbaycanın, eləcə də bütün Qafqazın öyrənilməsi sahəsində aparılan işlər Tiflisdə mərkəzləşdirilmişdi.1851-ci ildə burada yaradılmış Rusiya Coğrafiya Cəmiyyəti Qafqazın, o cümlədən Azərbaycanın öyrənilməsində də çox böyüknailiyyətlər əldə etmişdir. Cəmiyyətin rəhbərliyi ilə aparılan tədqiqatların nəticələri «Qafqaz haqqında xəbərlər», «Rusiyada coğrafiyacəmiyyətinin Qafqaz şöbəsinin xəbərləri», «Qafqaz təqvimi» və s. toplularda nəşr edilmişdir. Toplularda Azərbaycanın təbiətinə, əhalisinə, təsərrüfatına, etnoqrafiyasına vəmədəniyyətinə həsr edilmiş xeyli məqalə var. Cəmiyyətin Qafqaz şöbəsində rus alimləri N.V.Xanıkov, Ş.İ.Xorzikov, Q.A.Abix,V.V.Dokuçayev, K.A.Satumvin, İ.V.Mayevski və b. fəaliyyət göstərmişlər.
Cəmiyyətdə çalışan Azərbaycan ziyalıları yerli təbiətin, etnoqrafiyanın, əhalinin və şəhərlərin ilk tədqiqatçıları olmuş və məqalələrinihəmin cəmiyyətin mətbuat orqanlarında nəşr etdirməklə, Azərbaycan coğrafiyasını zənginləşdirmişlər. Məşhur Azərbaycan filosofu və dramaturqu M.F.Axundov bu cəmiyyətin fəal üzvü idi. Azərbaycanın ilk coğrafi toponimikası onun adı iləbağlıdır. M.S.Şahtaxtlı (1846-1881), Ə.İ.Şahtaxtinski (1853-1913), İ.N.Qutqaşınlı (1806-1869) və b. Azərbaycan ziyalıları coğrafiya cəmiyyətinə yaxından kömək etmişlər.
Azərbaycan coğrafiyasının inkişaf tarixi-2
Məmmədağa Şahtaxtinski 1900-cü ildən Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinin həqiqi üzvü olmuşdur. O, Parisdə,İstanbulda, Leypsiqdə, Avropanın və Rusiyanın başqa şəhərlərində Azərbaycanı təbliğ etmiş, «Moskovski vedomosti», «Kaspi», «Tiflis» qəzetlərində, coğrafiya cəmiyyətinin məcmuələrində Azərbaycan haqqında məqalələr dərc etdirmişdir. İsa Şahtaxtinski Peterburq Əkinçilik İnstitutunu bitirmiş, Paris və Londonda siyasi iqtisad kursları keçmiş, Sürix Politexnik İnstitutunda bir sıra görkəmli mühazirəçiləri dinləmişdir. Hələ tələbə ikən iqtisadiyyat, təbiət və cəmiyyət məsələlərinə aid əsər yazmış, meşəninəhəmiyyəti mövzusunda dissertasiya müdafiə etmişdir. Sonralar o, Qafqazın və Azərbaycanın coğrafiyası, əhalisi, inzibati bölgüsü vədövlət idarələri mövzusunda da əsərlər yazmışdır.
İsmayıl bəy Qutqaşınlı bir sıra əsərlərində xalqımızın adət və ənənələrini, doğma vətəninin təbii gözəlliyini real təsvir etmişdir. Onun 1851-ci ildə qələmə aldığı «Səfərnamə» əsərində xeyli qiymətli coğrafi məlumatlar var. Bu əsərdə azərbaycanlılar yaşayan mahallar, şəhər və kəndlərin təbiəti, əhalinin təsərrüfat vərdişləri coğrafi cəhətdən təsvir edilmişdir. Əsərin məzmunundan bilinir ki, müəllif genişcoğrafi dünyagörüşünə malik olmuşdur.
XIX əsr milli yazıçılarımızın əsərlərində də Azərbaycan coğrafiyasına aid bir sıra qiymətli məlumatlara rast gəlinir. Onların bəziləri coğrafi əsərlər də yazmışlar. XIX əsrdə yazıb yaratmış Abbasqulu ağa Bakıxanov (1793-1847) Azərbaycan ictimai fikir tarixində xüsusi mövqeyə malik şair, alim vədövlət xadimi olmaqla yanaşı, Azərbaycan tarixi və coğrafiyasının ən mükəmməl tədqiqatçılarından idi. O, Azərbaycanı oba-oba, el-el gəzmiş və Rusiyanın bəzi rayonlarına (Don sahillərinə, Ukrayna, Polşa və Baltikyanı ölkələrə) səyahət etmiş, bir sıra əsərlər yazmışdır.Bunların içərisində böyük coğrafi əhəmiyyətə malik «Kəşvül-Qəraib» («Qəraib dənizinin kəşfi) və b. Azərbaycanda yazılan ilk ümumi coğrafiya əsəri idi. O, «Gülüstani-İrəm» əsərində olduğu kimi «Kəşvül-Qəraib»də də ayrı-ayrı ölkələrin (burada Amerikanın kəşfinə daha çox yer verilmişdir) təbii şəraitindən, əhalisindən, təsərrüfat həyatından söhbət açmışdır. A.Bakıxanovun kosmologiyaya aid əsərində ümumi coğrafi məsələlər, Yer kürəsi və onun xüsusiyyətləri şərh edilmişdir. Onun «Gülüstani İrəm» əsərində Azərbaycan coğrafiyasına aid bir sıra elmi cəhətdən əhəmiyyətli fikirlər, müşahidələr toplanmışdır. Kitab Azərbaycan tarixinə aid olsa da, oradaAzərbaycan və Dağıstanın qısa coğrafi təsvirinə də müəyyən yer verilmişdir. XIX əsrin II yarısında Rusiyada kapitalizmin sürətli inkişafı ilə əlaqədar olaraq ictimai ərazi-əmək bölgüsü güclənmişdir. Ölkənin bir sıra rayonlarında, xüsusilə Rusiyanın cənubunda, Cənubi Qafqazda və Uralda iri miqyaslı təbii ehtiyatlar mənimsənilməyə başlanmışdır.Volqaboyu və Şimali Qafqazda kənd təsərrüfatı üçün yararlı, geniş torpaqlar istifadəyə verilir, ölkənin mərkəzində, şimali-qərbində,Donbasda, Dneprboyunda və Bakıda iri sənaye mərkəzləri yaranırdı. Azərbaycan tədriclə Rusiyanın mühüm sənaye rayonlarından birinə çevrilirdi.
Azərbaycanın mövcud potensial imkanlarından daha artıq istifadə etmək üçün onun təbii və iqtisadi xüsusiyyətlərini dərindən öyrənməktələb olunurdu. Buna görə də Azərbaycanı öyrənmək işinə Rusiyanın K.İ.Arsenyev, N.Kulikov, P.P.Semyonov-Tyan-Şanski,D.İ.Mendeleyev, V.V. Dokuçayev və bu kimi görkəmli alimləri cəlb olunur, müxtəlif coğrafi tədqiqatlar aparılırdı.
Bu dövrdə Azərbaycan təbiətinə aid D.Alişanın, Q.Rodenin, S.Semyonovun, A.Petuxovun, İ.Muşketovun, A.Krasnovun, V.Dokuçayevin, N.F.Fiqurovskinin və b. əsərləri nəşr edilmişdir. L.Pisaryev, N.İ.Şavrov, P.Petroviç, M.N.Avdeyev, U.L.Seqal və b. isə Azərbaycanın iqtisadiyyatına aid qiymətli tədqiqatlar aparmışlar. Onların bəziləri Azərbaycan kənd təsərrüfatının coğrafi problemlərini, xüsusilə Kür-Araz ovalığı və Abşeron yarımadasında kənd təsərrüfatının inkişaf problemlərini öyrənmişlər. Butədqiqatların nəticəsində Zaqafqaziyanın (Cənubi Qafqazın) iqtisadiyyatına aid yeddi cildlik külliyyat nəşr edilmişdir. İ.L.Seqal tərəfindən «Qafqaz xəbərləri» toplusunda Azərbaycanda pambıqçılığın və ipəkçiliyin inkişafına dair məqalələr nəşr edilmişdir. XIX əsrin axırlarında Azərbaycanın ərazisinin öyrənilməsi işində Qori seminariyasının müəllimləri və müdavimlərinin də xidmətləriəvəzsizdir. Qori seminariyasını qurtarıb Azərbaycan qəzalarında çalışan müəllimlər Rusiya Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin fəalÜzvləri idi. Onlar P.S.Semyonov-Tyan-Şanskinin redaktorluğu ilə hazırlanmış vahid proqram əsasında çalışdıqları qəzanı və qonşu rayonları tədqiq etməyə başlamışdılar. Bu tədqiqatların nəticələri Qafqaz maarif dairəsinin nəşr etdirdiyi «Qafqazın yerləri və tayfalarının təsvirinə aid materiallar» toplusunda çap edilmişdir.

Bu məqalələrdə qəzaların, yaxud dairələrin ümumi iqtisadi, təbii şəraiti və sərvətləri, əhalisi, onun təsərrüfat həyatı, məşğuliyyəti və s.öz əksini tapmışdır. Həmin toplunun 27-ci cildində M.Q.Əfəndiyev Göyçay qəzasının Lahıc nahiyəsi haqqında məlumat vermişdir. Nahiyəçox dəqiq öyrənilmiş, ən xırda məsələlər belə nəzərdən qaçmamışdır. Bu məqalə Lahıc haqqında tarixi-coğrafi məlumatlar verilmiş, onun fiziki-coğrafi şəraiti, əhalisinin məşğuliyyəti, təsərrüfat həyatı, su təchizatı, əkinçilik və heyvandarlığın vəziyyəti işıqlandırılmışdır.Bu məlumatların əksəriyyəti o dövrün ən yeni statistik göstəricilərinə əsaslanmışdır. 1880-1902-ci illərdə bu topluda Ağdamın, Qarabağın coğrafiyasına aid B.İ.İbrahimbəylinin, Yelizavetpol quberniyası barədəY.M.Şahnəzərovun, Naxçıvan qəzasının Nehrəm nahiyəsi haqqında K.İsmayılovun, Şəki qəzasının Qəbələ nahiyəsinə dair R.Əfəndiyevinməqalələri çap edilmişdir. Bu məqalələrin hamısı elmi ardıcıllığa, bəzən isə dərin təhlilə əsaslanırdı. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda coğrafi fikirlərin yayılmasında Peterburq Universitetinin yetirməsi, mütəfəkkir,təbiətşünas və jurnalist H.B.Zərdabinin xüsusi rolu olmuşdur. H.B.Zərdabinin yerli «Kaspi»,«Bakinskiye izvestiya» qəzetlərində tez-tez Azərbaycanın təsərrüfatına, onun iqtisadiyyatına aid maraqlı məqalələr dərc olunurdu. Buməqalələrin bəzilərində Azərbaycanda sənaye və kənd təsərrüfatı sahələrinin, o cümlədən ipəkçiliyin, balıqçılığın inkişafına onlarındüzgün yerləşdirilməsinə dair bir sıra ağıllı məsləhət və təkliflər irəli sürülmüşdür.
1875-ci ildə H.B.Zərdabinin azərbaycan dilində nəşr etdirdiyi «Əkinçi» qəzetinin səhifələrində kənd təsərrüfatı sahələrinin yerləşdirilməsi və inkişafı problemlərinə daha geniş yer verilirdi. Onun 1912-ci ildə Azərbaycan dilində yazdığı «Torpaq, su və hava» adlı əsərində torpaqların şoranlığına və münbitliyinə görəmüəyyənləşdirilməsi, onlardan səmərəli istifadə, kənd təsərrüfatında su və iqlim ehtiyatlarından düzgün istifadə qaydaları haqqındadəyərli məsləhətlər verilmişdir. Müəllif bütövlükdə təbiətşünaslıq və coğrafiyanın əhəmiyyətindən yazmış, bu elmlərin nailiyyətlərindənistifadə yollarını da göstərmişdir.
1898-ci ildə «Novoe obozrenie» məcmuəsində İ.Əlibəyovun Cənubi Qafqazda, xüsusilə Azərbaycanda nəqliyyatın və iqtisadi əlaqələrinmüasir vəziyyəti, onların yaxşılaşdırılmasına dair bir sıra məqalələri dərc olunmuşdur. Həmin məcmuədə R.İsmayılov və İ.Əlibəyov Azərbaycan sənayesinin o zamanki vəziyyətinə aid çox qiymətli fikirlər söyləmişlər. Əsrin əvvəllərində V.Dokuçayevin Azərbaycanda apardığı ekspedisiyanın elmi cəhətdən böyük əhəmiyyəti olmuşdur. Bu ekspedisiyanıniştirakçıları rus alimləri N.Androsov, F.Levinson-Lesinq, S.Zaxarov və b. Azərbaycan təbiətinin müxtəlif cəhətlərini tədqiq etməyəbaşlamışdılar. D.İ.Mendeleyev üç dəfə Bakıya gəlmiş, Azərbaycan neft sənayesinin yerləşdirilməsi və inkişaf perspektivlərilə məşğul olmuşdur. 1886-cı ildə «Neftyanoye delo» məcmuəsində onun Azərbaycan haqqında bir sıra məqalələri nəşr edilmişdir. Rus geoloqu N.İ.Qubkin hələ gənc yaşlarında Azərbaycan neft təsərrüfatının inkişafına kömək edən geniş geoloji tədqiqatları ilə yanaşı, bir sıra Əhəmiyyətli coğrafi ideyalar da irəli sürmüşdür. Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, 1917-ci ilin axırlarınadək elmi axtarışlar epizodik xarakter daşıyır, çox zaman təsadüfi hal alırdı. Coğrafiya mütəxəssisləri olmadığından coğrafi tədqiqatların əksəriyyəti başqa elm xadimləri tərəfindən aparılırdı.


Şərhlər: 1
Baxılıb: 55
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cox gozel melumatlardir
8 noyabr 2016 22:08
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz