Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Coğrafiya dərsləri (Dərs 17)
Coğrafiya dərsləri (Dərs 17)
Göndərən: Ayten Melek
Şərhlər: 2
Baxılıb: 99
Səs ver:
XV əsrin sonunda Amerika kəşf olunmaqla dünya xəritəsində öz əksini tapır. Bu mərhələ Amerikanın kəşf olunmasının X.Kolumbun adı ilə bağlanması, tədris müəssisələrində ona üstünlük verərək gənclərə aşılanması düzgündürmü? Hər halda Amerikanın 985-ci ildə normann dənizçisi Byarnı tərəfindən kəşf olunması haqqında dəqiqləşdirilmiş məlumatlar var. Byarnı 985-ci ildə Qrenlandiyaya üzərkən duman və qüvvətli küləklərin təsirindən götürdüyü istiqamətdən kənara çıxaraq ilk dəfə Nyufaundlend sahillərinə çatır. O, Amerikanın kəşfində hətta Leyf Eriksonu 18 il qabaqlamışdır. Bu dövr Amerikanın əslinldə kimlər tərəfindən aşkar olunmasının mübahisəli dövrüdür. Əslində həllini tapmamış bu məsələ hələ də qaranlıq qalmaqdadır. Amerikanın skandinaviyalılar, ispanlar, portuqallar, irlandlar, italyanlar, yaponlar tərəfindən aşkar olunması haqqında müxtəlif versiyalar vardır. Yaponlar Ekvador sahillərində qədim yapon keramikasının tapılmasına əsaslanaraq materikin kəşfində iddialıdırlar. Əgər deyilənlər doğru olsa belə, bu kəşflər kiçik əraziləri əhatə etdiyindən və dəqiqləşdirilməmiş məlumatlar olduğundan coğrafiya tarixində materikin kəşf olunması X.Kolumbun adı ilə bağlanılır.

Bu gün Xristofor Kolumbun "Qərbi Hindistan" kimi Amerika qitəsini kəşf etməsi coğrafiya tarixində aşağıdakı kimi səciyyələndirilməkdədir.

Qərbi Avropada XV əsrin ikinci yarısında feodalizm quruluşu dağılmaqda idi. Ticarətin inkişafı iri şəhərlərin meydana gəlməsi və yeni sənaye sahələrinin yaranması ilə nəticələnirdi. Artıq pul əmtəələrin mübadiləsində vasitə rolu oynayırdı. Qızıl pula olan təlabat, yeni bazar və sərvətlər əldə etmək meyli getdikcə güclənirdi. Bu meyl xüsusilə sonralar İngiltərə tacının mirvarisi sayılan Hindistana yönəlmişdir. Gəmiçiliyin inkişafı bu ölkələrə dəniz yolunun qərb və şərq istiqamətdə kəşf olunmasını getdikcə yaxınlaşdırırdı. Şəhər burjuaziyası, kilsənin və kral marağının üst-üstə düşməsi bu məsələnin həllini daha da sürətləndirirdi. 1492-ci ildə vahid ispan dövlətinin yaranması boş qalmış xəzinəni Hindistan və Çin hesabına doldurulmasına şərait yaratmışlar. Lakin Hindistana dəniz yolunun açılmasında İspaniyaya rəqib olan Portuqaliya daim onu qabaqlamağa çalışan əsas rəqibə çevrilmişdir.

Yeni sərvət və müstəmləkələr ələ keçirmək hərisliyi, portuqalları qabaqlamaq arzusu, din xadimlərinin müqavimətinə baxmayaraq Xristofor Kolumba qərb istiqamətdə üzməkdə Hindistana dəniz yolunun kəşfi üçün ispan kralı tərəfindən icazə verildi (Müasir hind dilində Bhartavarşi bharatların ölkəsi deməkdir).

Xristofor Kolumb (1451-1506) 1451-ci ilin payızında Genuyada toxucu ailəsində anadan olmuş italyan mənşəli məşhur dənizçi olmuşdur. Onun hər-hansı bir məktəbi bitirməsi barəsində dəqiq məlumat olmasa da, italyan, ispan, portuqal və latın dillərində oxuyub-yaza bilməsi şübhə doğurmur. 1474-1475-ci illərdə Egey dənizinə təşkil olunan ekspedisiyada iştirak etmiş Kolumb 1476-cı ildə ticarət evinin darğası kimi Lissabona göndərilməklə 9 ay orada yaşayır. XV əsrdə bir sıra alimlərin yerin kürə formasında olması fikrinə tərəfdar olan Kolumb qərb istiqamətdə üzməklə Çin və Hindistana getmək fikrinə düşür. Kolumb qeyd olunan ölkələrə getmək üçün qərb istiqamətini ən qısa yol hesab edirdi. İtalyan astronom və coğrafiyaçısı Paolo Toskanellinin yeni tərtib etdiyi dünyanın xəritəsində də belə idi. Onun tərtib etdiyi xəritəyə görə qərb istiqamətdə Hindistana yol şərqə nisbətən iki dəfə qısadır. Lakin fransız mənşəli amerikalı "antikolumbçu" Vino Toskanelli ilə Kolumb arasındakı münasibətlərin olmasını Kolumbun qardaşının uydurması hesab edir. Vinoya görə bunu 30 aprel 1492-ci ildə kral Ferdinand və İzabellanın Kolumbla aralarında bağlanan müqavilə də təsdiq edir. Bu müqavilədə Hindistanın adı çəkilmir.

1476-cı ildə İtaliyadan Portuqaliyaya köçən Xristofor Kolumb Çin və Hindistana qərb istiqamətdə üzmə planını (layihəsini) II İvana təklif edir. Kralın nəqliyyat təlimatlarının tərtibi üçün təşkil olunmuş elmi şuraya təqdim etdiyi layihə 1484-cü ildə rədd olunur. Rədd cavabı alan Kolumb elə həmin ildə kiçik qardaşı Bartolome Kolumbun köməyi ilə İspaniyaya köçür və layihəni ispan kralına təqdim edir. Layihənin təqdim olunmasında hersoq Medinaselinin mühüm rolu olmuşdur. Medinaseli hətta ekspedisiyanın xərclərini öz boynuna götürür. Lakin kraliça İzabellanın din və saray adamlarından ibarət komissiyaya müzakirəyə verdiyi layihə yenidən rədd edilir.

Din xadimlərinin güclü müqavimətinə baxmayaraq Portuqaliyanın İspaniyanı qabaqlayacağından qorxaraq Kral 17 aprel 1492-ci ildə layihənin təsdiq olunmasına yazılı surətdə razılıq verir.

Xristofor Kolumb ekspedisiyanı uğurla başa çatdırmaq üçün aşağıdakı şəkildə tələblər qarşıya qoyur: əgər o, Asiya qitəsində yeni torpaqlar kəşf edərsə, həmin torpaqlar üzrə Vitsekral (Ispan kralının müavini) təyin olunmalı, ticarətdən əldə olunmuş gəlirin 25%-i onun hesabına keçirilməli, admiral rütbəsi verilməli, verilmiş ad və rütbə irsi olaraq uşaqlarına keçməlidir. Gəlir iki dəfə azaldılmaq şərti ilə 30 aprel 1492-ci il tarixində Kolumbun vərəsəlik hüququ təsdiq edildi.
Birinci ekspedisiya (1492-1493)

Birinci ekspedisiya (1492-1493) 03.08.1492-ci il tarixində Palos limanından başlayır . "Santa-Mariya", "Pinta" və "Nina" gəmilərində əksəriyyəti cinayətkarlardan ibarət 90 nəfər heyət Hindistan adını məxfi saxlamaqla Atlantik okeanına çıxır. Dənizçilərin keçdikləri yola görə həyəcanlanmaması üçün sutkada 60-lıq (360 km) getdikləri halda Kolumb bu məsafənin öz gündəliyində düzgün yazmaqla 48-lik kimi hesablamışdır. Sentyabrın 16-da okeanda gəmilər ot topalarına rast gəlirlər. Yosunlardan ibarət bu ot topaları sonradan o qədər çoxalır ki, hətta gəmilərin sərbəst hərəkətinə mane olurlar. Nəticədə cərəyanların yaratdığı sahilsiz, hazırda Sarqas adlanan dəniz kəşf olundu.

Dənizçilərin geri dönmə təkidinə baxmayaraq, nəhayət, 12.10.1492-ci il tarixində, gecə saat 2-də "Pinta" gəmisinin dənizçisi Rodriqo Triana sahəcə böyük bir ada görür. Kolumb düzənlikdən ibarət bu adaya düşərək İspaniya bayrağını sancır. Bu ada hindlilərin Quanaxani, Kolumbun isə San-Salvador (Müqəddəs Xilaskar) adlandırdığı Baham adalarından biri idi.

Hindlilərin hündür, yaraşıqlı, dərilərinin gümüşü rəngdə olmaları haqda məlumat verməklə Kolumb onların avropalılardan inkişaf baxımından çox geri qalmalarına işarə etməklə belə yazır: "Mənə elə gəlir ki, bu adamlar kasıbdırlar. Onlar çılpaq gəzirdilər. Gördüyüm adamların hamısı hələ cavan idilər. Onlar nə silah gəzdirir, nə də dəmirdən silah tanıyırlar. Mən onlara qılınc göstərəndə onun tiyəsindən tutdular və tanımadıqlarından barmaqlarını kəsdilər. Onlarda heç bir dəmir şey yox idi."

İlk dəfə olaraq avropalılar yerli əhalinin daha çox qiymətləndirdiyi tütünün nə olduğunu burada öyrənirlər. Qızıl tapmaq hərisliyi ilə davam edən ekspedisiya Kuba adasının kəşfinə səbəb olur. Bəzi məlumatlara görə kəşf olunmuş ada Çipanqo (Yapon) adası olduğu güman edilir. Haitidə özünün Espanyolla adlandırdığı (Ispan adası) adanın sahilində ehtiyatsızlıqdan "Santa-Mariya" gəmisi lilə oturur. Gəminin 39 nəfərdən ibarət heyəti qızıl axtarmaq məqsədilə könüllü olaraq adada qalmağa razılıq verir. Bu avropalıların Amerika qitəsində məskunlaşmasının başlanğıcı sayılır.

Xristofor Kolumbun "Qərbi Hindistan"-ı kəşf etməsi portuqalları ciddi narahat etməyə başladı. Çünki Kolumbun layihəsini bəyənməməklə "Hindistan"-ı ispanlara bəxşiş etmişdilər. İki dövlət arasındakı mübahisə 04.05.1493-cü il tarixində "Papa meridianı"-nın çəkilməsi ilə nəticələndi. Xətt Yaşıl Burun adalarının qərbindən keçməklə İspaniyaya qərb, Portuqaliyaya isə şərq istiqamətdə kəşflər aparmaq hüququ verdi.


İkinci ekspedisiya (1493-1496)
Hindistan kimi qələmə verilən Amerika qitəsinə Xristafor Kolumbun ikinci ekspedisiyası 25.09.1493-cü il tarixində Kadis limanından başlayır. Müxtəlif mənbələrə görə 1500-2500 nəfərdən ibarət olan heyət arxadan əsən şimal-şərq passat küləklərinin təsiri altda 20 gün ərzində Atlantik okeanını üzüb keçərək Mori Qalant adasında sahilə çıxırlar. Noyabrın 4-də Qvadelupa adasını kəşf etdilər. Toxunan örtüklərin gözəlliyinə görə İspaniyadan heç də geri qalmayan bu ada digərlərindən inkişaf səviyyəsinə görə fərqlənirdi. Daha sonra Haiti adalarına üzərək sonradan Saabo dağlarında qızıl axtaranların mərkəzinə çevrilən İzabella şəhərinin əsasını qoydular. Uzun müddət qızıl axtarmaqdan nəticə əldə edə bilməyən Kolumb gələcəkdə ekspedisiyanın xərcini ödəyəcəyi barədə krala göndərdiyi məktub artıq avropalıların Amerikada müstəmləkəçilik siyasətinin başlanğıcından xəbər verirdi. Bu dövrdən soyğunçuluq və quldurluq Amerikada macəra axtaranların məqsədinə çevrilməyə başladı.

01.05.1493-cü ildə "Hindistanın materik torpağına keçmək üçün" qərbə doğru hərəkət etməklə Kubanın cənub-şərq sahillərini tədqiq edilir. 1494-cü il iyun ayının 12-də Kolumb bütün ekspedisiya heyətinə bu quru sahənin materikin bir hissəsi olması haqqında and içdirərək gələcək təhlükəsizliyini təmin edir. Həmin ərəfədə Kolumbun qardaşı Bartolomey Espanyolanın cənubunda Santo-Dominiqo şəhərinin əsasını qoydu.

Ekspedisiyanın göndərdiyi az miqdarda qızıl, mis, qul kimi hindlilər kralı təmin etmədiyindən, həmçinin, ekspedisiya xərcləri ödənilmədiyindən Kral-Kolumb müqaviləsi pozulur. Kolumb təcili olaraq 17 gəmidən 5-ni saxlamaqla (500 nəfər), 12-si ilə geri qayıdır. O, Haiti adalarındakı Espanyolanın mərkəzində bibliya çarı Salomonun qızıl çıxartdığı Ofir ölkəsini tapdığını söyləməklə yenidən müqavilənin şərtlərini bərpa etməyə nail olur. Beləliklə, Xristofor Kolumb növbəti ekspedisiyanı təşkil etməyə hazırlaşır.

Üçüncü ekspedisiya (1498-1500)
Üçüncü ekspedisiya çox çətinliklə olsa da, Kolumb 1498-ci il may ayının 30-da 6 kiçik gəmidə 300 nəfər heyətlə Qvadalkvivir çayının mənsəbindən "Qərbi Hindistan"-a yola düşür. İyulun 31-də Trinidad adasını kəşf edərək cənuba üzməklə Orinoko çayının deltasına yaxınlaşır.

Kolumb yeni torpaqlar kəşf etdiyi ərəfədə 1498-ci ildə portuqallar artıq Hindistana Afrikanın cənubundan dəniz yolu açmışdılar. Bu hadisə İspaniya kralı tərəfindən Kolumbun, qardaşları Bartolome və Diaqonun həbs olunmasına səbəb olur. Lakin az sonra yeni torpaqların kəşfində maraqlı olan maliyyəçilərin təkidi ilə üçü də azad olunurlar.

Dördüncü ekspedisiya (1502-1504)
Kolumbun üçüncü ekspedisiyasından sonra İspaniyadan Antil adalarına kütləvi axın başlanır. 1502-ci ilin aprelində Kolumb yenidən səyahətə çıxmağa nail olur. O, Karib dənizini keçməklə Mərkəzi Amerikada boğaz axtarmaqla daha qərbə üzmək cəhdi göstərir. Bu dövrdə yeni torpaqların kəşfi ilə yanaşı yerli əhalinin ispanlar tərəfindən kütləvi qırğını başlamışdır. İspanların baş keşişi həmvətənlərinin "Qərbi Hindistan"-da törətdikləri vəşhilikləri belə xatırlayır: "Xristianlar kəndlərə gedərək heç kimi sağ qoymur, hətta öz aralarında hindliləri bir zərbə ilə iki yerə bölə bilmələri, yaxud boyunlarını vura bilmələrinə dair mərcləşirdilər. Onlar hər kəsi məhv edirdilər. Hər 13 nəfərdən biri tonqalda yandırılır, bəzilərinin isə bədəninə saman sarıyıb yandırırdılar. Onlar hər bir xristianın öldürülməsində hindlilərin əli olarsa, əvəzində 100 nəfər öldürülməsi haqqında aralarında razılığa gəlmişdilər." Bu idi avropalıların "Qərbi Hindistan"-a gətirdikləri Avropa mədəniyyəti.

Espanyolanın kəşfindən cəmi 20 il sonra adada 15 min yerli əhali sayılan hindi qalmışdır. Bundan 30 il sonra isə adanın əhalisi son nəfərinə kimi məhv edildi. Bir qədər sonra materiklərin əsas hissəsinin kəşf olunması avropalılar tərəfindən hindilərin bütövlükdə yer üzündən silinməsi təhlükəsinə gətirib çıxartdı.

Xristofor Kolumb həqiqi Hindistanı kəşf edə bilmədi. Lakin əvəzində İspaniyaya yeni torpaqlar, yeni sərvətlər mənbəyi bəxş etdi.

İstədiyinə nail ola bilməyən Kolumb ruh düşkünlüyü ilə geri qayıdaraq İspaniya əyalətlərindən birində yaşamalı olur. Kral bütün müqavilələri qüvvədən saldığına görə müflisləşir və 1506-cı ildə vəfat edir. Xristofor Kolumb ömrünün sonuna qədər Asiya qitəsinə çatdığına əmin olmuşdur.

Amerikanın kəşfi xristofor Kolumbun adı ilə bağlı olsa da, 1440-cı ildə tərtib olunmuş xəritənin aşkar edilməsi qədim vikinqlərdən olan Leyf Eriksonun 500 il əvvəl burada olması haqda məlumatın əldə olunmasına səbəb olur. O, Qrenlandiyanın sahillərindən üzməklə Vinland (Üzümlüklər ölkəsi), Nyufaundland yarımadasını kəşf etmişdir (1003-cü ildə). Amerika konqresi bununla əlaqədar olaraq hər il 9 oktyabr Yeni Dünyanı kəşf edən Leyf Erikson gününü bayram günü kimi qanuniləşdirmişdir.


Şərhlər: 2
Baxılıb: 99
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Məlumata görə təşəkkür
15 oktyabr 2016 14:59
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
maraqli lazimli melumatlar oldu
15 oktyabr 2016 11:54
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz