Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Coğrafiya dərsləri (Dərs 13)
Coğrafiya dərsləri (Dərs 13)
Göndərən: Ayten Melek
Şərhlər: 1
Baxılıb: 110
Səs ver:
Tektonik proseslərin təsirindən Yer səthinin ani anda titrəməsi zəlzələ adlanır. Zəlzələləri seysmologiya elmi öyrənir. Zəlzələlər dağıdıcı təsirinə görə 12 ballıq (Rixter sistemi) şkala ilə qiymətləndirilir.
1-4 bal-zəif və mülayim; Dağıntı və təlafat olmur.
5-7 bal-güclü; Binalarda çatlar yaranır, köhnə və qəza vəziyyətində olan binalar qismən dağılır, bəzi insanlar zədələnir.
8-10 bal-dağıdıcı; Binalar qismən və ya tamamilə dağılır, kommunikasiya xətləri və yollar zədələnir, böyük insan tələfatı olur.
11-12 bal-fəlakətli; Bütün tikintilər tamamilə dağılır. Yerin relyefi böyük dəyişikliyə məruz qalır, kütləvi insan tələfatı olur.
Zəlzələlərin gücü və yeri seysmoqraf cihazı ilə müəyyən olunur. Yerin daxilində zəlzələ baş verən yer zəlzələ ocağı və ya hiposentr (10-700 km dərinlikdə), hiposentrin Yer səthində olan proyeksiyası zəlzələ mərkəzi və ya episentr adlanır. Ən güclü təkanlar və dağıntılar episentrdə olur. Seysmoloji stansiyalarda seysmik xəritələr tərtib olunur. Eyni gücə malik təkanların olduğu məntəqələri birləşdirən xətlər izoseystlər adlanır. Geosinklinal qurşaqlar fəal seysmik zonalar hesab olunur. Əsas seysmik qurşaqlar Sakit okeanın Avrasiya və Amerika sahilləri və Alp-Himalay qurşağıdır.

Vulkanlar, isti bulaqlar və qeyzerlər

Üst mantiyada olan ərimiş maddələrin (maqmanın) yer səthinə çıxması prosesi maqmatizm, əmələ gələn kəsik konus formasında olan dağlara isə vulkan deyilir. Maqmanın Yer səthinə çıxdığı kanal vulkan boğazı, püskürmə zamanı yaranan çökəklik krater, diametrləri 1,5-2 km-dən çox olan kraterlər kaldera, ətrafa yayılan odlu maye isə lava adlanır. Eroziya və denudasiya prosesləri vulkanik dağı aşındırır, lakin vulkan boğazında qalıb soyuyaraq bərkimiş lava nekk adlanan qayalı relyef əmələ gətirir.

Vulkanlar sönmüş və fəaliyyətdə olan (püskürmə tarixi mənbələrdə və insanların hafizəsində qalan) növlərə bölünür. Fəaliyyətdə olan vulkanların sayına görə İndoneziya dünyada birinci yeri tutur.

Ən məşhur vulkanlar: Etna, Vezuvi, Hekla (Avropa), Klyuçi Sopkası, Fudziyama, Krakatau (Asiya), Klimancaro, Kamerun (Afrika), Orisabo, Taxumulko, Reynir, Ruis, San-Pedro, Kotopaxi (Amerika), Mauna-Loa, Mauna-Kea (Okeaniya), Erebus (Antarktida).
Qafqaz dağlarındakı Elbrus və Kazbek, Qarabağ vulkanik yaylasındakl Qızıl boğaz və Böyük İşıqlı sönmüş vulkanlardır.
Vulkanlar litosfer tavalarının sərhədlərində (Sakit okean "odlu qövsü", Alp-Himalay orogen qurşağının qərbi, Orta okean silsilələri) geniş yayılıb. Vulkan lavası sıyıq olduqda qalxanvari relyef forması yaranır (Havay tipli vulkanlar). Lava qatı olduqda əsl konus yaranır (stratovulkan).
Maqmatizm prosesi ilə bağlı olmayan palçıq püskürmələri palçıq vulkanları (psevdovulkan) adlanır. Onlara neftli-qazlı ərazilərdə rast gəlinir (Qobustan-Abşeron, Xəzərin şelfi, Cənub-Şərqu Şirvan, Saxalin, Yeni Zelandiya və s.). Palçıq vulkanlarının yaranma dərinliyi 4-6 km-dir. Vulkan borusunun ətrafında toplanan kəsəkli palçıq brekçiya (salza) adlanır. Dünyada olan palçıq vulkanlarının yarısı (250-dən artıq) Azərbaycanda yerləşir. Onlardan ən hündürü Torağaydır (400 m).

Vulkan və zəlzələlərin çox olduğu yerlərdə isti bulaqlar və qeyzerlər fəaliyyət göstərir. Təzyiqlə yer səthinə fəvvarə vuran isti bulaqlar qeyzer adlanır. Qeyzerlərin səthdə əmələ gətirdiyi çökəkliyə qrifon, onun ətrafında toplanan süxurlara isə qeyzerit deyilir. Qeyzerlər İslandiya, İtaliya, Kamçatka, Yeni Zelandiya, ABŞ və s.-də geniş yayılıb.

Azərbaycanın termal sularından ən məşhuru Kəlbəcər rayonu ərazisində yerləşən İstisudur.
Tərkibində müxtəlif duzlar və qazlar olan sular isə mineral sular adlanır.


Şərhlər: 1
Baxılıb: 110
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli yazidir coqrafitamizi bilmek ozumuz ucun yararlidir
2 oktyabr 2016 23:25
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz