Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Coğrafiya dərsləri (Dərs 12)
Coğrafiya dərsləri (Dərs 12)
Göndərən: Ayten Melek
Şərhlər: 1
Baxılıb: 109
Səs ver:
Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir.

Maraqlısı odur ki, aralarında çox böyük fərq olan ekvator və qütblər kimi fərqli temperatur və təzyiq qurşaqlarına baxmayaraq, bəzi maneə və “nizamlamalar” sayəsində Yer kürəsi çox güclü küləklərə məruz qalmır. Əgər qütblər və ekvator arasında əmələ gələn nəhəng hava axınları bir azdan sadalayacağımız səbəblərlə yumşaldılmasaydı, Yerin səthi davamlı surətdə güclü qasırğaların baş verdiyi ölü planetə çevrilərdi.Əvvəla, Yerdəki hündürlük fərqləri küləkləri zəiflədir. Böyük hündürlük fərqi olan yerlər isti və soyuq cəbhə sistemləri əmələ gətirir. Dağ ətəklərində rast gəlinən bu sistemlər yeni küləklər əmələ gətirir. Beləliklə, ekvator-qütb arasındakı iki mərkəzli sistem hündürlüklər sayəsində çox mərkəzli sistemə çevrilir və küləklər bölünərək zəifləyirlər. Yer qabığının üstündəki sıra dağlar isə nəhəng hava koridorları kimidir. Koridorlar sayəsində hava küləklərlə Yerə bərabər şəkildə yayılır.

Küləklərin zəiflədilməsində Yerin oxunun mailliyinin də böyük rolu var. Əgər Yer kosmosda dik olsaydı, bir başından o biri başına qədər güclü küləklə sovrulan planet olardı. Halbuki planetimizin ekvatoru məlum olduğu kimi hərəkət etmə bucağına görə 23°27´ maillidir. Beləliklə, iki qütb arasındakı bölgələrdə temperatur həmişə eyni olmur, mövsümlərə görə dəyişir. Bu, hava təzyiqinin tarazlanması və küləyin sürətinin də zəifləməsi deməkdir. Ekvatorla hər iki qütb arasındakı temperatur fərqi azaldıqca küləklər mülayim əsir. Temperatur fərqini tarazlamaq üçün planetin ətrafında iki qaz təbəqəsi vardır. Ozon və karbondioksid təbəqələri atmosferin temperaturunu tarazlayır. Ozon təbəqəsi “ehtiyacdan artıq olan” günəş şüalarını udur. Karbondioksid isə əksinə təsir göstərərək qazanılan temperaturu qoruyaraq soyumanın qarşısını alır.

Bütün bu məlumatlar bizə göstərir ki, həyatımız bir-birindən mürəkkəb alt-sistemlərdən ibarət böyük sistem sayəsində davam edir. Bütün yer üzü insanın həyatına imkan yaratmaq üçün yaradılmışdır.


Şərhlər: 1
Baxılıb: 109
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli derslerdir
27 sentyabr 2016 10:33
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz