Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Coğrafiya dərsləri (Dərs 3)
Coğrafiya dərsləri (Dərs 3)
Göndərən: Narın Yağış
Şərhlər: 4
Baxılıb: 166
Səs ver:
Coğrafiya xəritəsi yer səthinin bütövlükdə və ya onun böyük hissələrinin müstəvi üzərində kiçildilmiş, şərti işarələrlə verilmiş və ümumiləşdirilmiş təsviridir. Xəritənin miqyası kiçildikcə, onun təsvir imkanları azalır. Odur ki, daha vacib obyektlər seçilib göstərilir. Xəritənin miqyasından və məqsədindən asılı olaraq obyektlərin seçilib, sadələşdirilib göstərilməsi kartoqrafik generalizasiya (ümumiləşdirmə) adlanır. Miqyas kiçildikcə ümumiləşdirmə çoxalır. Məsələn, 1:25 000, 1:50 000 və 1:200 000 miqyaslı xəritələrdə sonuncuda generalizasiya daha çoxdur.

Xəritələri miqyasına, məzmununa və əhatə etdiyi əraziyə görə qruplaşdırırlar. Miqyasına görə xəritələr böyük miqyaslı (1:200 000 də daxil olmaqla, 1: 10 000, 1:50 000, 1:100 000 və s.) və ya topoqrafik xəritələr; orta miqyaslı (1:200 000-dəm 1:1 000 000-a qədər) və ya icmal-topoqrafik xəritələr; kiçik miqyaslı (1:10 000 000 və s.) və ya icmal xəritələrinə bölünür.

Xəritələr əhatə etdiyi əraziyə görə dünya və ya yarımkürələr, iri regionlar (materiklər, okeanlar), dövlət və onun hissələrini əks etdirən xəritələrə bölünür.

Məzmununa görə xəritələr ümumcoğrafi (bütün komponentlər eyni səviyyədə əks olunur) və tematik (ancaq müəyyən məzmunda məlumat verən xəritələr – iqlim, torpaq, əhali və s.) xəritələrinə bölünür. Kompleks xəritələrdə isə qarşılıqlı əlaqədə olan komponentlər birgə təsvir olunur.

Kiçikmiqyaslı fiziki xəritələrdə quru səthinin relyefi horizontallar və lay-lay rəngləmə, su sahələri isə izobat (eyni dərinliyə malik nöqtələri birləşdirən xətlər) və lay-lay rəngləmənin köməyi ilə təsvir olunur.

Xəritə təhrifli, lakin riyazi təsvir vasitəsidir. Xəritədə təhriflər Yerin kürəvi səthinin müstəvi səth üzərində dəqiq göstərilə bilməməsindən yaranır.

Xəritədə olan təhrif növləri bunlardır:
1.
Məsafə (uzunluqların) təhrifi. Məsələn, bütün meridianların uzunluqları bərabər olduğu halda, xəritədə bu bərabərlik itir.

2. Bucaq təhrifi. Məsələn, meridianlar ekvatorla düz bucaq altında kəsişdiyi halda, xəritənin bütün yerlərində bu gözlənilmir.

3. Forma təhrifi. Məsələn, Çimali Amerikanın forması müxtəlif proyeksiyalarda tərtib olunmuş xəritələrdə ya dartılmış, ya da sıxılmış şəkildə göstərilir.

4. Sahə təhrifi. Məsələn, Qrenlandiya Avstraliyadan dəfələrlə kiçik olduğu halda, bir çox xəritələrdə onlar eyni böyüklükdə təsvir olunur.

Xəritələrin istifadə məqsədindən asılı olaraq, qlobus səthini müstəvi səthə açmaq üçün müxtəlif həndəsi fiqurlardan istifadə olunur. Sferik səthdən müstəvi səthə keçmə üsulu kartoqrafik proyeksiya adlanır. İstifadə olunan köməkçi həndəsi fiqurlardan asılı olaraq kartoqrafik proyeksiyalar silindrik, konus, azimutal və çoxüzlü proyeksiyalara bölünür. Bu proyeksiyalarda qlobusun həndəsi səthlərə toxunduğu xətt və ya nöqtədə təhrif olmur. Bu xətt və ya nöqtə sıfır təhrifli xətt (nöqtə) adlanır. Onlardan uzaqlaşdırca təhrif artır. Odur ki, xəritənin müxtəlif hissələrində, hesablama apararkən xəritənin kənarında verilmiş miqyasa (bu baş miqyas adlanır) əsaslandıqda dəqiq olmayan nəticələr əldə olunur. Xəritənin müxtəlif hissələrində hesablama apararkən xüsusi miqyas təyin olunur və bunun əsasında ölçmə işləri aparılır. Xüsusi miqyas, verilən ərazidə 10-lik meridian və ya paralelin uzunluğuna əsasən təyin olunur.
Coğrafiya xəritəsi

Topoqrafik xəritələrdə və planda Yer səthinin daha kiçik hissəsi təsvir olunduğu və səth müstəvi kimi qəbul olunduğu üçün təhrif çox cüzi olur və hesablama zamanı praktiki olaraq nəzərə alınmır. Kiçikmiqyaslı xəritədə sıfır təhrifli xətt və ya nöqtədə xüsusi miqyas baş miqyasa bərabərdir.

Təhrif xüsusiyyətlərinə görə kartoqrafik proyeksiyalar bərabərbucaqlı, bərabərsahəli və ixtiyari (sərbəst) proyeksiyalara bölünür.

Qlobusda və xəritədə meridian və paralellərin kəsişməsindən yaranan şəbəkə dərəcə toru (kartoqrafik şəbəkə) adlanır. Dərəcə toru cəhətlərin təyin edilməsində, coğrafi koordinatların hesablanmasında əsas rol oynayır.

Yer səthində istənilən nöqtənin Ekvatora və Başlanğıc (Qrinviç) meridianına nəzərən mövqeyi onun coğrafi koordinatları adlanır. Coğrafi koordinatlar coğrafi enlik və coğrafi uzunluqla ifadə olunur. Coğrafi enlik nöqtənin Ekvatordan dərəcələrlə ifadə olunan məsafəsidir. Ekvator 00-lik, coğrafi qütblər isə 900-lik coğrafi enliyə malikdir. Ekvatordan şimalda şimal enliyi (şm.e.)-şimal yarımkürəsi, cənubda cənub enliyi (c.e.)-cənub yarımkürəsi yerləşir. Məsələn, Bakı 400 şm.e., Sidney 340 c.e.-də yerləşir. Coğrafi uzunluq nöqtənin Başlanğıc meridiandan dərəcələrlə ifadə olunan məsafəsidir. Qrinviç 00, onun tam qarşısında yerləşən meridian isə 1800 coğrafi uzunluğa malikdir. Qrinviç meridianından şərqdə şərq uzunluğu (ş.u.)-şərq yarımkürəsi, qərbdə qərb uzunluğu (q.u.)- qərb yarımkürəsi yerləşir. Məsələn, Bakı 500 ş.u., Vaşinqton 770 q.u.-da yerləşir. Deməli, Bakının coğrafi koordinarları 400 şm.e., 500 ş.u.-dur.


Şərhlər: 4
Baxılıb: 166
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
♥ KaMa ♥
cografiyaya maragim olmuyub 4 alirdim) tskrler xebercun oxuyacam amma bunu 02
23 avqust 2016 10:30
# 4
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
vipbetul
maraqli melumatdir
23 avqust 2016 10:09
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lale.veliyeva19
Ayyyy yenə xəritələr...canlarım mənim
23 avqust 2016 09:14
# 2
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Totu
Təşəkkür məlumata görə
23 avqust 2016 08:31
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz