Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Coğrafiya dərsləri (Dərs 1)
Coğrafiya dərsləri (Dərs 1)
Göndərən: Narın Yağış
Şərhlər: 12
Baxılıb: 505
Səs ver:
Coğrafiya elmi ən qədim elmlərdən biridir. “Coğrafiya” termininin yunancadan tərcüməsi “Yeri təsvir edirəm” deməkdir (geo – Yer, qrafo – çəkmək, təsvir etmək). Hazırda bu elm iki əsas hissədən ibarətdir: fiziki coğrafiya, iqtisadi və sosial coğrafiya.

Bir elm kimi fiziki coğrafiya Yer səthinin təbiətini və orada baş verən hadisələri öyrənir. İqtisadi və sosial coğrafiya isə əhali və onun təsərrüfat fəaliyyətini öyrənir. Coğrafiya bir sıra elm sahələri ilə qarşılıqlı əlaqəyə malikdir. Lakin o daha çox geologiya, riyaziyyat, fizika, kimya, biologiya, iqtisadiyyat elmləri ilə bağlıdır.

Fizifi coğrafiya geomorfologiya, iqlimşünaslıq, hidrologiya, torpaq coğrafiyası, biocoğrafiya, landşaftşünaslıq, geoekologiya və s. sahələri özündə birləşdirir. Fiziki coğrafiyanın ən sıx əlaqədə olduğu elm sahələri geologiya, geofizika, geokimya, biologiya və s.-dir. Fiziki coğrafiya təbii şəraiti və təbii ehtiyatları tədqiq etməklə onların insan həyatında rolunu, insanların təbiətə təsirini öyrənir.

Coğrafiya elminin yaranması və inkişafı uzun sürən tarixi prosesdir. Qədim dövrdə coğrafiya təsviri xarakter daşımışdır. Səyyahları, dənizçiləri, tacirləri ilk coğrafiyaşünaslar saymaq olar. Bu elm quldarlıq dövründə Şərqdə yaransa da, Şərqin tənəzzülündən sonra onun mərkəsi Yunanıstana və Misirə keçmişdir. Qədim dövrün çoğrafiyası haqda məlumatlar Herodot, Aristotel, Eratosfen, Strabon, Ptolomey və başqalarının əsərlərində ümumiləşdirilmişdir.

Coğrafiya elminin formalaşmasında Eratosfenin (b.e.ə II-I əsrlər) xidməti böyükdür. Coğrafiya terminini ilk dəfə işlədən Eratosfen, həm də Yer kürəsinin bizə məlum olan ilk xəritəsinin, ilk coğrafiya kitabının müəllifi olub, Yer çevrəsinin ölçülərini ilk hesablayan alimdir. Strabon (b.e.ə I- eramızın I əsrləri) böyük həcmli “Coğrafiya” kitabının müəllifidir. (17 cilddən ibarətdir, XI kitabda Qafqaz və Azərbaycan haqqında məlumat verilir). Ptolomey (I-II əsrlər) öz xəritəsində ilk dəfə meridian və paralellər cızmış, Yerin kürə formasında olmasını nəzərə almışdır.

O, Qafqaz Albaniyası (qədim Azərbaycan) haqda geniş məlumat verib. Eratosfen və Ptolomeyin xəritəsində təqribən eyni ərazilər (Şimali Afrika, Avropa, Ön Asiya) təsvir olunsa da, nisbətən mükəmməl olan Ptolomeyin xəritəsindən XV əsrə qədər istifadə olunmuşdur. Güman olunur ki, ilk qlobusu b.e.ə III əsrdə yaşamış yunanıstanlı Krates Mallosski tərtib etmişdir.

Orta əsrlər dövründə alim və səyyahlar, tacirlər coğrafi məlumatların əldə edilməsində mühüm rol oynamışdılar. Biruni (973-1048) Şərqdə ilk qlobusu tərtib etmiş, Yerin ölçülərini daha dəqiqliklə vermişdir. N.Tusi (1201-1274) Yeri iqlimlərə bölmüş, XIII əsrdə məşhur olan 256 şəhərin koordinat cədvəlini tərtib etmişdir.

Kapitalizmin inkişafı dövründə bazarlrın genişləndirilməsi, yeni xammal mənbələrinin və ticarət yollarının axtarılması coğrafiya elminin inkişafı üçün əlverişli şərait yaratdı. XV-XVIII əsrlərdə Böyük Coğrafi kəşflər nəticəsində əksər materiklərin sahil xətləri müəyyən edilmiş, Yer kürəsinin çox hisəsi öyrənilmişdir. X.Kolumb və onun meəllimi Toskanelliyə N.Tusinin tərtib etdiyi koordinat cədvəli, Yerin kürə formasında olması haqda fərziyyələr məlum idi. Odur ki, Kolumb 1492-ci ildə Hindistan dəniz yolu ilə çatmaq məqsədilə qərbə doğru səyahətə çıxdı. İki ay üzdükdən sonra yeni torpaqlar gördü və buranı Vest-Hind, yerli əhalini isə hindu adlandırdı. Bu torpaqları Kolumb kəşf etsə də, Ameriqo de Vespuççi həmin əraziləri 1498-ci ildə tədqiq edərək, buranın yeni materik olduğunu sübut etdiyi üçün, onu Amerika adlandırmışlar. Vaski da Qama 1498-ci ildə Afrikanın cənubundan keçərək Avropadan Hindistana dəniz yolu olduğunu kəşf etdi. F.Magellan 1519-cu ildə qərb istiqamətində səyahətə çıxdı, ekspedisiya üzvlərinin bir hissəsi 1522-ci ildə şərqdən öz vətənlərinə qayıtdı. Bu ilk dünya səyahəti coğrafiya elminə iki böyük töhfə verdi: 1) Yerin kürə formasında olması əyani şəkildi sübut edildi. 2) Dünya okeanının vahidliyi sübut edildi.

XVII əsrdə hollandlar (V.Yanson, A.Tasman) Avstraliyanı kəşf etdilər. XVIII əsrdə ingilis səyyahı C.Kuk dünya səyahətinə çıxmış, bu zaman bir sıra əraziləri kəşf və tədqiq etmişdir. O, həmçinin ilk dəfə Avstraliyanın müstəqil materik olduğunu sübut etmişdir. 1819-1821-ci illərdə rus dənizçiləri F.Bellinshauzen və M.Lazarev antarktidanı kəşf etdilər.

Şimal coğrafi qütbə ilk dəfə 1909-cu ildə Robert Piri, cənub qütbə isə 1911-ci ilin dekabrında Rual Amundsen, 1912-ci ilin yanvarında isə Robert Skott çatmışlar. H.Z.Şirvani (1780-1838) 40 il ərzində Şimali Afrika, Cənub-Qərbi, Cənubi, Mərkəzi və Cənub-Şərqi Asiyanı öyrənmişdir.

Müasir dövrdə fiziki coğrafiya elminin qarşısında duran əsas məsələlər yeni metod və cihazlardan istifadə etməklə Yerin daxili quruluşunu, atmosferi, Dünya okeanını, kosmosu, geoekoloji vəziyyəti dəqiq etmək, insan və təbiət arasında qarşılıqlı təsirlə bağlı problemləri öyrənmək və proqnoz verməkdir.

Beləliklə, Yer haqqında coğrafi bilik və təsəvvürlərin inkişafını 4 mərhələyə ayırmaq olar:

1)
Qədim dövr (ibtidai təsəvvürlə dövrü – V əsrə qədər) – təbiətdə hər şey miflərlə əlaqələndirilir, yerin müstəvi olduğu düşünülür.

2)Orta əsrlər dövrü (V-XIV əsrlər) – kiçik yelkənli gəmilərlə səyahətə çıxılır. Yerin daha böyük olduğu qəbul edilir.

3)Böyük Coğrafi kəşflər dövrü (XV-XVIII əsrlər) – demək olar ki, Yerin bütün hissələri kəşf edilir.

4)Müasir dövr – müasir texnikanın köməyi ilə Yer kürəsində baş verən bütün proseslər dərindən öyrənilir.


Şərhlər: 12
Baxılıb: 505
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
qonaqa
mən bu fenni cox sevirdim teseekkurler
17 sentyabr 2016 21:46
# 12
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
lale.veliyeva19
Ayyy siz mənim bu həyatda ənnnnnnnnnnnn çox sevdiyim fənni yazıbsız 128
20 avqust 2016 08:53
# 11
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

BELLA16
men bu sayti sevirem neye gore cunki oxumayan insanlara ve ya oxuyanlara bilmediklerimizi oyredir heqiqeten meselen menim anam bele seyler bilmir yeni oxumayib ev qadinizdir amma bele xeberler sayesinde oyrenir saq olsunlar saytin qurucular ve xeberi yayin edenler 09 128 20 cak
19 avqust 2016 01:49
# 10
vipbetul
butun elmler maraqlidir
16 avqust 2016 20:41
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fira Deniz
cografiya dersinde en cox xerite maraqli idi.
16 avqust 2016 15:38
# 8
.Bir də görürsən ki, "həyatda eləmərəm" dediyin şeyin, baş rolundasan
Totu
Tesekkurlər.
16 avqust 2016 13:00
# 7
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
___Jasmin___
bilirəm burda yazılanları sevdiyim fənndi
16 avqust 2016 12:46
# 6
Buyudum artik anne 14 bahar kaldi geride...
Bahar Nesirova
Çox sağolun 2 ci qrupa hazirlaşiram heleki ders vesaitim yoxdu burdan tekrar edecem
16 avqust 2016 12:35
# 5
son bahar
sevirem bu feni mekteb illerine qayitdim
16 avqust 2016 11:29
# 4
...
S.Heydarova
Sevmədiyim dərs
16 avqust 2016 11:08
# 3
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
MODABAZ
Men cografya fennıne nıfret edırem yalnız xerıte maraqlı dıı
16 avqust 2016 11:05
# 2
Heyata daim gulmek lazimdii
ülü16
Çox təşəkkürlər Narın xanım 123.2-ci qrupa hazırlaşanlar rahat oxuyub təkrar ed ə bilərlər
16 avqust 2016 05:36
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz