Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İngilis dili dərsləri (3. dərs)
İngilis dili dərsləri (3. dərs)
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 485
Səs ver:

İndiki davamedici zaman hər hansı bir hadisənin indi baş verdiyini bildirmək üçün istifadə olunur.  

She's eating. -- O yemək yeyir. (O, indi yemək yeyir.)

It's raining. -- Yağış yağır. (Yağış indi yağır.)

They're running. -- Onlar qaçırlar. (Onlar hal-hazırda qaçırlar.)

  

İndiki davamedici zaman am/is/are fel ing şəkilçisi qaydasına əsasən düzəlir.

  

Şəxs əvəzliyi
am/is/are
inkar şəkilçisi
indiki davamedici zaman şəkilçisi
Misallar:

I

am

not

-ing

I'm working.

I'm not working.

he

is

not

-ing

Chris is writing a letter.

Chris isn't writing a letter.

she

is

not

-ing

She's eating.

She is not eating.

it

is

not

-ing

The phone is ringing.

The phone's not ringing.

we

are

not

-ing

We're having dinner.

We aren't having dinner.

you
are
not
-ing

You are listening to me.

You're not listening to me.

they
are
not
-ing

The children are doing their homework.

The children are not doing their homework.

  


Qeyd
: Əgər felin sonu "e" hərfi ilə bitirsə, bu hərf atılır və sonra -ing şəkilçisi əlavə olunur. Məsələn: come -> coming; dance -> dancing. Əgər təkhecalı, qısa feldirsə vəsonu samitlə bitirsə bu samit qoşalaşır və daha sonra -ing şəkilçisi əlavə olunur. Məsələn: run -> running; swim -> swimming. Əgər felin sonu "ie" hərfləri ilə bitirsə onda bu hərflər atılır "y" hərfi əlavə olunur və daha sonra -ing şəkilçisi əlavə olunur. Məsələn lie -> lying.

  

İndiki davam edici zaman üçün spesifik olan bir sıra sözlər mövcuddur:look,  listen,  now,  at the moment,  still,  at present və s.

Look! He is jumping over the river.
Listen! Is baby crying?
They are watching TV now.
Children are playing checkers at the moment.
I`m still cooking a dinner.
He`s working on this project at present.

 

To do feli

İngilis dilində to do feli həm əsas fel kimi, həm də köməkçi fel kimi işlənə bilər. Köməkçi fel kimi o, digər əsas fellərin sual və inkar formasını düzəlmək üçün işlənir. Əsas fel kimi isə əsasən etməkmənasını verir.

 

To do feli köməkçi fel kimi:

 

Do you like tennis? (Sən tenisi xoşlayırsan?) -- Yes I do. (Bəli.)

Did they like the film? (Onlar filmi xoşladılar?) -- Yes, they did. (Bəli.)

don't like to go to school. (Mən məktəbə getməyi xoşlamıram).

 

To do feli əsas fel kimi:

 

What do you do to relax? (Dincəlmək üçün nə edirsən?) -- I listen to music. (Musiqiyə qulaq asıram.)

Don't do that, Tommy. (Tommi, onu eləmə.)

What are the people in the picture doing? (Şəkildəki insanlar nə edirlər?) -- They're dancing.(Onlar rəqs edirlər.)

 

What do you do? ifadəsi əsasən sən hansı peşənin sahibisən deməkdir.

 

What do you do? -- I'm a teacher. (Mən müəlliməm.)

What does your sister do? -- She's a doctor. (O, həkimdir.)

 

Elə ifadələr var ki, orada məhz to do feli işlənir. Burada to do feli başqa mənalar da daşıya bilər. Bu ifadələrə aiddir:

 

do the housework -- ev işlərini etmək

do the gardening -- bağcılıq fəaliyyəti ilə məşğul olmaq

do the washing -- paltar yumaq

do the washing up -- qab-qacaq yumaq

do your homework -- ev tapşırığını etmək

do some exercises -- biraz çalışma etmək

do an exam -- imtahan vermək

do business with -- kiminləsə iş görmək

do your best -- əlindən gələni etmək

 

Misallara baxaq:

 

Did you do the washing up this morning? -- Sən bu səhər qab-qacağı yudun?

Our company does a lot of business with the USA. -- Bizim şirkət ABŞ-la çoxlu iş görür.

The homework exercise is very difficult - just do your best. -- Ev tapşırıqları çox çətindi - sadəcə əlindən gələni et.



Şərhlər:
Baxılıb: 485
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz