Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Peşə seçimi - inşa
Peşə seçimi - inşa
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 485
Səs ver:
Hər bir insan cəmiyyətdə yer tutmaq üçün, özünü təstiqləmək üçün və nəhayət qazanc əldə etmək üçün müəyyən bir peşə seçməlidir. Peşə seçmək isə çox məsuliyyətli işdir. Çünki  insanın bütün həyatı 16-17 yaşlarinda  verdiyi bu qərardan  asılıdır. İnsanların çoxu peşə seçəndə cox vaxt ancaq qazanc barədə fikirləşirlər. Seçdikləri peşələrin onların xarekterlərinə uyğun olub-olmadığını, məsuliyyətini,çətinliyini anlamırlar. Çoxları elə işlərdən yapışmaq istəyilər ki,bu işlər qısa vaxtda  onlara pul,şöhrət gətirsin.Lakin sonrasını fikirləşmirlər.

Hər hansı bir peşəni seçməzdən əvvəl hər bir insan birinci növbədə nə istədiyini bilməlidir.Bu vaxt başqa bir insanla bəns etmək olmaz.Çünki hər kəsin  xasiyyəti,temperamenti,savadı və bacarığı fərdidir.İnsan bu keyfiyyətlərin kəsişdiyi bir peşəni seçiməlidir.Ən əsası insan sevdiyi bir işlə məşğul olmalıdır.Sevdiyi işlə məşğul olub,həm də qazanc əldə edən insanlar həmişə xoşbəxt yaşayarlar.Bu yolda valideynlərin rolu böyükdür.Hər bir insanı ən yaxşı tanıyan onun valideynidir.Ola bilər ki,müəyyən yaşda insan nə istədiyinə qərar verə bilməsin, bir neçə peşənin arasında götür-qoy etsin.Valideynlər ona kömək edib düzgün yol göstərməlidir.

Peşə seçiminə gəldikdə isə onu demək olar ki, peşələrin hər biri maraqlı və lazımlıdır.Əsas odur ki,seçdiyin sənəti sevəsən və onun sirrlərini dərindən biləsən.Bir sənəti yarımçıq öyrənsən,cəmiyyətdə öz yerini heç vaxt tapmayacaqsan.Dahi filosof N.Gəncəvinin misraları bu fikri tamamlayır:

Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

Bir sözlə peşə seçərkən yaxşı fikirləşmək lazımdır.Hansısa sənət sahibi olmamışdan əvvəl bu sənətlə siz insanlara nə qədər xeyir verəcəyiniz barədə fikirləşməlisiniz.Əgər yaxşı həkim,müəllim,hakim və.s olmasanız,bununla nə qədər insanlara zərər edəcəyinizi bilirsinizmi?   İnanın ki,peşənin adı,şöhrəti o qədər də vacib deyil.

Ona görə də orta məktəbdə oxuyarkən bütün elmləri sevmək və öyrənmək lazımdır.Çünki insanın bilmədiyi bir elm ona həmişə maraqsız olur.Elmləri dərindən öyrəndikdə gələcəkdə peşə seçmək daha asan olur.


Şərhlər:
Baxılıb: 485
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz