Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyatda kimdən nümunə götürmək istərdim - İnşa
Həyatda kimdən nümunə götürmək istərdim - İnşa
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 1326
Səs ver:
İnsan üçün ən yaxşı tərbiyə vasitələrindən biri şəxsi  nümunədir. Gördüyümüz, münasibətdə olduğumuz yaxşı adamlar, gözəl nümunəyə çevrilir, tərbiyə məktəbi olurlar. Biz belə insanlara oxşamağa çalışmaqla özümüzü tərbiyə edir, mənəvi yüksəlişə can atırıq.

Mənim həyatada ən sevimli şəxslərim öz müəllimlərimdir. Mən öz müəllimlərimi çox sevir və onlardan nümunə götürürəm. Bu həm də mənim müəllim sənətinə olan məhəbbətimdən irəli gəlir. Mən müəllimlik sənətindən şərəfli heç nə qəbul edə bilmirəm. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, "Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, ən bilikli, zəkalı, tərbiyəli vətənpərvər vətəndaşlar yetirir.” Bəli, bu, doğurdan da, belədir. Müəllim ömrü bir çırağa bənzər. Sönənə qədər bilik dolu hərarətini şagirdinin duyğularına, idrakına hopdurur. Müəllim ömrü bir Aya bənzər. O, şagirdin mənəvi dünyasındakı qaranlıqları öz işığı ilə əridir nə nurlandırır.

Dirilik suyudur hər kəlmən, inan,
Səadət tapıbdır onu eşidən kəs.
Yaxşı müəllimdən yaxşı dərs alan
Həyatda heç vədə büdrəyə bilməz.

Görkəmli şairimiz Cavad Cavadlının müəllim haqqında dediyi bu kəlmələr mənim ürəyimdən xəbər verir və bir şeyə inanıram ki, həqiqətən, yaxşı müəllimin pis şagirdi ola bilməz. Çünki yaxşı müəllim ən pis şagirdi belə öz təsiri altına alıb tərbiyə etməyə, onu əsl insana çevirməyə qadirdir. Mənim də müəllimlərim belə şəxslərdir. Onlar pərvanə tək başımıza dolanır, bizdən ötrü özlərini oda vurmaqdan çəkinmirlər. Onlar bizə öz doğma balaları kimi yanaşır, ağrımızı öz ağrıları, sevincimizi öz sevincləri kimi qəbul edirlər. Heç yadımdan çıxmaz. Ədəbiyyat müəllimimiz məni keçmiş dərsi danışmaq üçün lövhəyə çağırdı. Böyük şövqlə dərsi danışmağa başladım. Dərsi danışdıqca müəllimə fikir verirdim. Onun üzündə elə bir məmnunluq duyğusu, elə bir nur var idi ki, ona baxan şəxs onun həmin anda ən xoşbəxt insan olduğunu fikirləşərdi. Mənim dərsi yaxşı danışmağım müəllimi göyün yeddinci qatına qaldırmışdı. Belə müəllimi sevməmək, onu nümunə kimi qəbul etməmək mümkündürmü? Əsla yox .

Mən bu gün adi bir şagirdəm. Qəlbim  arzularla doludur. Gələcəkdə yazıçı ola bilsəm, öz şah əsərimi müəllimlərim haqqında yazacağam, heykəltəraş ola bilsəm, müəllimlərimin bütün daxili və xarici gözəlliklərini əks etdirməyə qadir olan bir müəllim heykəli yaradacağam, bir rəssam ola bilsəm, elə bir gözəl müəllim portreti çəkəcəyəm ki, baxan kimi hamı onun öz ülvi əməlləri ilə məlakələrdən yüksəkdə durduğunu görə bisin.

Qara saçlarına düşən ağ dənin
Hamısı zəhmətdən gəlibdir başa
Hara baxıramsa, müəllim, sənin,
Arzunu günəşlə görürəm qoşa.


Şərhlər:
Baxılıb: 1326
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz