loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünənimiz, bu günümüz, sabahımız - İnşa
Dünənimiz, bu günümüz, sabahımız - İnşa
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 2237
Səs ver:
Birbaşa bu günümüzdən başlamaq istəyirəm. Dünənimizi heç birimiz unutmamışıq və bu günümüzdən fəxrlə keçib sabahlar addımlayırıq. Bu günümüzün fəxarət dünyası, örnək ocağı, güvənc yeri isə müstəqilliyimiz, istiqlalımız, azadlığımızdır.

 

Artıq neçə ildir ki, vətənimiz Azərbaycan müstəqildir, azad, suveren bir dövlətdir. Amma bu sözü dilə gətirmək üçün qərinələr, əsrlər lazım gəlib bizə. Babəklərin qolu kəsilib, Nəsimilərin dərisi soyulub, sürgünlər, qətllər, həbslər tüğyan edib, ağzından od püskürən, gözlərindən qan daman imperiyaların caynaqlarının əsiri olub Azərbaycan. Yağılar tərəfindən yağmalanıb, məkrli niyyətlərin ünvanı olub, süfrələrə təam kimi gətirilib Azərbaycan.

 

Dünyanın siyasi xəritəsində yeni adlar yarananda, yeni sərhədlər cızılanda və xalqların istiqlal savaşı alovlananda da Azərbaycanımız xain əllərin, həris jandarmaların plasdarmına çevrildi.Qədim bir ərazini , qədim bir xalqı cəng meydanında tarixi sınağa çəkdilər, torpaqlarını azadlıq uğrunda mübarizəyə qalxanların qanı ilə suvardılar.

 

Biz uzun illər " Gülüstan” poemasının təsirindən kövrəlmiş , azadlıq təşnəsi tək için-için qovrulmuşuq. Biz onu zərrə-zərrə, qram-qram yox, bütöv bir xalqın tarixi haqqı kimi istəyirdik. Bir gün azad yaşamağın qırx il kölə kimi sürünməkdən üstün olduğunu anlasaq da, imperiya buxovlarından qurtula bilmirdik. Azadlıq deyən dilləri kəsməyə daim hazır olan imperiya heç cür yağlı tikədən əl çəkmək istəmirdi.

Tikan olub gözlərə batırdıq.Varımız, varlığımız əzirdi, didirdi qra donlu, üzdə dost, daxildə düşmən olan qonşularımızı. Təkəbbürü dağ boyda olan, vücudu isə qara quruşa dəyməyənlərin sınaq laboratoriyası oldu vətənimiz. Bizi çətin sınaqlara çəkdilər.Əvvəlcə Azərbycanın sinəsində raz boyda şırım açaraq iki böldülər onu. Ürəkləri soyumadı. Zaman-zaman torpaqlarımızdan hədiyyə verildi mənfur qonşularımıza. Sonra isə Qarabağ yarası vuruldu bizə. Ürəyimizə işlədi bu yara, qəlbimizi dağladı.Amma…

Biz sınmadıq, sına bilməzdik. Əyilmədik, əyilə bilməzdik. Müstəqil həyat şərəfinə bu dünynın qara daşının göyərəcəyinə əminlik hissi ilə başımızı dik tutduq, tankların tırtılların altından, bizə tuşlanan güllələrin gilizlərindən zorla çıxartdıq Azadlığımızı, İstiqlalımızı, Müstəqilliyimizi. Sinəmizi sipər etdik yağı gülləsinə, düşmən mərmisinə. Qanımız töküldü. Lakin ucaltdıq üçrəngli bayrğımızı, yaşatdıq babalarımızdan yadigar qalan azadlıq himnini. Millətimizin xətti imzalar içərisində göründü.

Müstəqillik bizim bu günümüzdür. Sabahımızdır. Biz bir həqiqətə inanırıq ki, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!                   

Azərbaycan!
Mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
"Azərbaycan!” deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Şərhlər:
Baxılıb: 2237
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz