Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycan müstəqil respublikadır - İnşa
Azərbaycan müstəqil respublikadır - İnşa
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 656
Səs ver:

Vətən! Bu kəlmə təmiz ürəklər  qədər safdır, pakdır, müqəddəsdir. Bu deyim sevənlərin gözləri tək şəffafdır, təmizdir, aydan arı, sudan durudur. Bu söz ana südü kimi şirindir. Ana qucağı qədər əziz, ana nəfəsi tək doğmadır. 

 

Vətən! Bu söz ilk dəfə kimin dilindən çıxıb, kimin dodaqlarından qopub?! Doğulub boya-başa  çatdığımız torpaq, doğma yurd, doğma od-ocaq yri barədə deyilən "vətən” kəlməsinin müqəddəsliyini zaman-zaman özümüz hiss etmişik, özümüz duymuşuq. Müqəddəs bir varlığa-anaya olan məhəbbətimizi ona da şamil etmişik. Ona da ana demişik: Ana Vətən! Azərbaycan! Odlar yurdu! Odlar Ölkəsi! Ürəyi alovlu, sinəsi günəşli doğma vətənim! Bütün qəlbimlə sevdiyim diyarım mənim!

 

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən

Anam, doğma vətənimsən.

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

 

Azərbaycan! İgidlər, mübarizlər, qorxmazlar, atəş ürəklilər vətəni. Tarixlərdə izi qalan. Sözü qalan " qoca Şərqin qapısı”, Nizamilər, Nəsimilər, Füzulilər, Vurğunlar, Sabirlər, Üzeyirlər yetirən ana torpaq. Sən nə qədər müqəddəssən, munissən, ülvisən, doğmasan.       

 

1918-ci ilin bir yaz günündə Azərbycan torpağında istiqlal günəşi prladı – 28 May günəşi.Həmin gün Azərbaycanımızın dövlət müstəqilliyi elan olundu. Müstəqil dövlətimizin hökumətini qurmaq Fətəli xan Xoyskiyə tapşırıldı. 1918-ci ilin iyununda Azərbaycan hökuməti Tiflisdən Gəncəyə, sentybrın 15-də isə Bakıya köçdü. Təəssüf ki, Azərbaycan üzərində müstəqillik günəşinin parlaması yalnız 23 ay çəkdi. Rusiya imperiyasının Bakı neftinə olan marağı Azərbaycanın işğal edrək " qırmızı imperiya”ya ilhaq olunmasına səbəb oldu.       

 

Yetmiş il imperiya əsarətində qaldıq. Böyük qardaş dediyimiz Rusiya sərvətlərimizə sahib, canımıza qənim çıxdı.   

 

Əzildik, lakin nə şükürlər olsun ki, üzülmədik. Yetmiş ildən sonra , nəhayət ki, yenidən istiqlala qovuşaraq üçrəngli bayrağı başımız üzərinə qaldırdıq.     

 

Bu istiqlal və azadlıq bizə heç də ucuz ba gəlmədi. 20 Yanvar… Qarabağ… Xocalı… Nə qədər gözəl və qeyrətli oğlanlarımızı, erkək tinətli qızlarımızı itirdik. Nə qədər vətən övladı azadlığımızın şəhidi oldu, ölümü ilə ölümsüzlük qazandı. Doğma diyarımızın beşdən bir hissəsini Rusiyanın üzərimizə qısqırdığı erməni tapdağına verdik, bir milyon soydaşımız doğma yurdundan qovulub didərgin salındı.        

 

Əzilmişik, lakin sınmamışıq. Çox tezliklə Türk oğlu hayqıraraq ayğa qalxacaq, mənfur düşməndən tökülən günahsız qanların intiqamını alacaqdır. Biz həmin günlərin sorağı ilə bütün  əzablara qatlaşır, həmin anların qələbə yaşamı ilə, xalqımızın müzəffər gücünə arxayın bir ümidlə nəfəs alırıq.      

 

İnanırıq ki, Azərbaycan xalqının başı üzərindəki azadlıq günəşi daha parlaq işıq saçaşaq. gələcək nəsillərə ərməğan olacaqdır.



Şərhlər:
Baxılıb: 656
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz