loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim arzum - İnşa
Mənim arzum - İnşa
Göndərən: Nazlı_qız
Şərhlər: 10
Baxılıb: 13649
Səs ver:
İnsan həyatı boyu arzularla yaşayır. Arzudan arzu doğur. Bir arzu həyata keçdimi, ikinci bir arzu yaranır, sonra yenisi, sonra daha yenisi və həyat da bu arzularla davam edir.

Mənim də qəlbimdə arzularım çoxdur. Ən böyük arzum isə həkim olmaq, insanların can sağlığının keşiyində durmaqdır. Həkimlik çox gözəl sənətdir. Həkimlər, demək olar ki, bütün şüurlu həyatlarını insanların sağlamlığının qorunmasına sərf edirlər. Bundan yaxşı, bundan nəcib nə iş ola bilər?

Doğrudur, sənətlər, peşələr  arasında fərq qoymaq, "bu yaxşıdır”, "bu pisdir” – deyə onları bir-birinə qarşı qoymaq düzgün olmaz. Çünki, atalar demişkən: "Sənətin pisi olmaz, sənətkarın pisi olar”. Hər kəsə öz sevdiyi sənət yaxşıdır. Lakin mən lap uşaqlıqdan həkimlik sənətini sevirəm. Deyirlər ki, hələ lap bağça yaşımda olanda ata-anamdan ad günümə həkimlər geyinən ağ xalatdan almağı xahiş etmiş və gələcəkdə həkim olacağımı söyləmişəm.

Mənim həkimlik sənətinə vurğunluğum heç də səbəbsiz deyil. Bir neçə ilk bundan əvvəl anam bərk xəstələnmişdi. Vəziyyəti çox ağır idi. Evimizə hər gün axın-axın adam gəlirdi. Ağ xalatlı nurani bir qadın da hər gün anam baş çəkir, onun boğazını, bədənini yoxlayırdı. Bu, həkim idi. Anamın həkimi. Hər dəfə onu görəndə istəyirdim yaxınlaşım, ona yalvarım, xahiş edim ki, anamı mənə qaytarsın, onu tez sağaltsın. Axı anamsız mən yaşaya bilməzdim. Həkim də çox gözəl insan idi. Məni sözsüz başa düşürdü. Hər dəfə onu yola salanda başımı sığallayır, deyirdi ki, narahat olam, ana tezliklə ayağa qalxacaq.

Doğrudan da, az vaxtdan sonra anam sağalıb ayağa durdu. Həmin gündən mənim həkimlərə rəğbətim daha da artdı və həkim olmaq arzum gücləndi.

Bu gün mən hələ adi şagirdəm. Mən də öz arzuma çatmaq üçün dərslərimi yaxşı oxuyur, müəllimlərimin verdiyi bütün tapşırıqları yerinə yetirəyə çalışıram. Mən bilirəmki, xəstələrin sevimlisi olmaq, onlara şəfa vermək üçün yaxşı oxumaq, tibb elminə yiyələnmək lazımdır. Müstəqil Azərbaycanımda hamının təhsil hüququ vardır və ali təhsil almaq üçün çalışmaq, oxumaq, biliklərə yiyələnmək lazımdır. Mən heç bir çətinlikdən qorxmuram və arzuma çatmaq üçün bütün əziyyətlərə can-başla qəbul etməyə hazıram.

Arzuyla doludur qəlbim hər zaman,
Qoy onsuz keçməsin ömrüm bircə an.
Deyin, ondan şirin həyatda nə var?
Gəncliyi yaşadan, qanadlandıran
Arzulardır…Arzulardır..Arzulardır!

Şərhlər: 10
Baxılıb: 13649
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Sitat: Catwoman666
Arzular sonsuzdur... Mənim arzum bütün arzularımın gerçək olmasıdır.

...666...
25 avqust 2016 14:58
# 10
Счастье это у тебя есть ребенок от любимого.и ты знаешь что у вас будет все хорошо urek
vipbetul
Insallah hekim olarsiz sizde insanlara xesdelere sefa vere bilersiz Allahin izniyle
23 iyul 2015 16:41
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
Arzular sonsuzdur... Mənim arzum bütün arzularımın gerçək olmasıdır.

...666...
23 iyul 2015 15:04
# 8
Viking
xeyalperest
Menim indiki arzum uniye qebul olmaqdi
23 iyul 2015 12:40
# 7
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Miss_Angel
ALLAH arzuna cadirsin ltfen amin
23 iyul 2015 10:33
# 6
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
VIP
Allah ürəyimizdə nə yaxşı arzular var hec kimə zərər verməyəcək arzularımıza catdırsın
23 iyul 2015 10:29
# 5
Başımın üstündə Allah,yanımda ailəm olsun.
BARBI
Allah her kesin arzularina catdirsin. En boyuk arzum xosbext ve saglam olmaqdir.

Arzu tutarken hec vaxt gerceklesmeyecek olani istemirem. En azinnan realliga daha yaxin olani dileyirem
23 iyul 2015 08:34
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Arzudan arzu dogar, bir arzun qebul olar heyata kecer, diger bir seyi arzu edir insan, Allah her kesi arzusuna catdirsin, Amin Insaallah.
23 iyul 2015 05:16
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
SENI SENSIZ SEVDIM
Allah her kesi arzusuna catdirsin,icinde de meni ..AMIN.....seiri lap cox beyendim
23 iyul 2015 01:38
# 2
"Varliqim bezilerine darliq edir, bu da mene lezzet edir"
WiRiN BaLaM
Arzudan arzu doğur düzdü insanı arzuyla yaşayır həyatı boyu...Allah arzularımızı qəlbimizdə qoymasın xeyirli arzularımızı.
23 iyul 2015 01:32
# 1
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz