Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təbiətin gözəlliyini qoruyaq - İnşa
Təbiətin gözəlliyini qoruyaq - İnşa
Göndərən: Nazlı_qız
Şərhlər: 4
Baxılıb: 40146
Səs ver:
Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır.

Bizim yaşadığımız dünya çox gözəldir. O həm də əsrarəngiz və maraqlıdır. Biz zəngin və füsunkar bitkilər aləmin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlılar əhatəsindəyik. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasıdır. Dünyamızın sabahı və gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın bu tarazlığın pozulması dünyanı fəlakətə sürüklüyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü – onun florasını və canlılar aləmini – onun faunasını qorumalıyıq.

Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır.

Təbiətin ayrılmaz hissələrindən biri meşələrdir. Almanlar meşələrə çox mənalı və müasir səslənən bir ad veriblər: "Yaşıl ciyər”. Yaşıllıq insana çörək lazımdır. Həm də çörəksiz yalnız insan məhv olduğu halda, yaşıllıqsız, meşələrsiz təkcə insanlar deyil, başqa canlılar da yaşaya bilməz. Meşələr bizim sərvətimiz, var-dövlətimizdir. Meşələr bizim məişətimizin bir hissəsidir. Yaşıllıq əhatəsində insanı işıqlı fikirlər öz ağuşuna alır, xoş əhval-ruhiyyə, qurub-yaratmaq eşqi güclənir. Məlum həqiqətdir ki, meşələri – Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək, bəşər də yoxdur.

Təəssüflə qeyd etməliyik ki, son zamanlar təbii qazın azlığı, tikinti və kənd təsərrüfatı işləri, eləcə də baxımsızlıq meşələri çox sıxışdırır. Yaşıllığa, meşələrə qarşı ölçüsüz-biçisiz hücum insana qarşı yönəlmiş ən ağır müharibədir. İnsan ağlı, insan zəkası bu "müharibəni” dəf etməyə qadirdir və biz təbiətin nizamını pozan, onun qədrini bilməyən, korlayan adamlara qarşı mübarizə aparmalı, təbiətimizi və onun gözəlliyini mühafizə etməliyik.

Son illərdə respublikamızda təbiətin qorunması və mühafizəsi məsələsinə çox böyük diqqət yetirilir. Hətta şairlərimiz də öz şerləri ilə bu gözəl təşəbbüsə qoşulmuşlar. Mən də öz inşamı lirika ustası, böyük şairimiz Hüseyn Arifin aşağıdakı misraları ilə yekunlaşdırmaq istəyirəm:

Hər vaxt təbiəti gətirək yada,
O, bizi duyğusuz, ruhsuz sanmasın.
Yollar uzansa da, yollar artsa da,
Meşələr pozulub yaralanmasın.


Şərhlər: 4
Baxılıb: 40146
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
tebietin gozelliyini her zaman qorumaliyiq
17 iyul 2015 19:40
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
tebiete ekalagiyaya diqqet edib onu temiz saxlamaliyiq onu ne qeder temiz saxlasaq bir o qeder o bize qayqisini gorseder Oksigeni temiz verer,
16 iyul 2015 22:29
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Tebiete en boyuk ziyan agaclarin kesilmesi yawiliqin yox edilmesidi
16 iyul 2015 07:29
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
her zaman etraf muhiti qoruyaq cirklendirmeyek lazimsiz mehsullari atmayaq ki etraf muhiti muhafize ede bilek
16 iyul 2015 02:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz