Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səadətə gedən yol əmək cəbhəsindən keçir - İnşa
Səadətə gedən yol əmək cəbhəsindən keçir - İnşa
Göndərən: Nazlı_qız
Şərhlər: 5
Baxılıb: 16845
Səs ver:
Əmək insan həyatının, onun sağlamlığının və firavan yaşayışının birinci və əsas şərtidir. Xoşbəxtliyin, bəxt yarlığın açarı zəhmətdən, alın tərindədir. Səadətə, xoş günlərə gedən yol yalnız əmək cəbhəsindən keçir. Əmək insanı ucaldır, onu şöhrətləndirir. Xalqımız arasında əməyə aid çoxlu gözəl atalar sözləri vardır. Bunlardan bəzilərinə diqqət yetirək:

İş insanın cövhəridir.
İşləməyən dişləməz.
Əmək xoşbəxtliyin açarıdır.
Zəhmət olmayan evdən tüstü çıxmaz.
İstəyirsən bol çörək,
Al əlinə bel kürək.

Bəziləri əmək, zəhmət dedikdə, elə fikirləşirlər ki, bu yalnız fiziki işdir, fəhlə və ya kəndli əməyidir. Lakin zehni işlə məşğul olan tədqiqatçılarımızı, elmin yüksək zirvələrini fəth edən alimlərimizi, bədii yaradıcılıq sahəsində çalışan şair və yazıçılarımızı, rəssam və bəstəkarlarımızı və başqalarını da unutmaq olmaz.

Əmək şandır, şərəfdir, şöhrətdir. Yazılı ədəbiyyatımızda əməyə aid çoxlu gözəl nümunələr vardır.

Görkəmli şairimiz Hüseyn Arifin "Fəhlə əli” şeiri qurub-yaratmaq eşqi ilə yaşayan, öz zəhməti ilə xalqın dərin rəğbətini qazanmış fəhlələrə, onların qabarlı əllərinə həsr olunmuşdur. Şair bu əllərin qadir qüvvəsini, gücünü poladla, dəmirlə müqayisə edir, bu əllərin sahibini ucaların ucası sayır və göstərir ki, zəhmətkeş fəhlə əlləri heç vaxt özgə süfrəsinə uzanmamışdır. Şeirdə fəhlə əlləri, bu əllərin halal zəhməti yüksək iftixar hissi ilə tərənnüm edilir:

Ovcunda qaynayıb coşur bu əlin
Zavod da, mədən də, torpaq da, su da,
Qızılgül ətri tək xoşdur bu əlin
Benzin qoxusu da,  neft qoxusu da.

Həyatda ən gözəl şey zəhmətlə, ağıllı insan əli ilə yaranan şeydir. Əmək bizim ən yaxın dostumuzdur. Şairə Mirvarid  Dilbazi özünün " Əməkdir mənim adım” şeirndə yalnız əməklə yüksəldiyini, əməyin ona xoşbəxtlik və səadət gətirdiyini, əməksiz yaşaya bilmədiyini göstərir:
İnci, mirvari deyil,
Əməkdir mənim adım,
Həyatımda bir gün də
Əməksiz yaşamadım
Odur ancaq ən yaxın,
Əziz, doğma sandığım,
Ağır zamanlarımda
Hər vaxt arxalandığım.
Evimin, ailəmin
Odur bəxtiyarlığı.


Şərhlər: 5
Baxılıb: 16845
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
Əmək şandır, şərəfdir, şöhrətdir.
bu sozle tamamile raziyam)
7 avqust 2015 16:50
# 5
Don't trust anyone ∆
Catwoman666
insan əmək sərf etmədən heç nəyə nail ola bilməz, heç nəyi qazana bilməz!

...666...
6 avqust 2015 19:37
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
Insanın oz emeyı ıle zehmetıyle alın terıyle qazanıb aılrsın dolandırması halal loxma boqazlarından kecırmesı. Rahat yata bılmesı butun ezıyyetlere deyer haldı
6 avqust 2015 14:24
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Gul_Konul
Eziyyetle, qazanilan her wey halaldi buna gorede wirindi..
6 avqust 2015 01:40
# 2
BARBI
Her zaman her seyi oz emeyimle qazanmisam. Oz emeyiyle qazanilan her seyin deyeri bilinir.
6 avqust 2015 01:36
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz