Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəhrəmanlar ölmürlər - İnşa
Qəhrəmanlar ölmürlər  - İnşa
Göndərən: Nazlı_qız
Şərhlər: 7
Baxılıb: 29111
Səs ver:
İnsan üçün həyatda ən gözəl və ən doğma şəxs onu dünyaya gətirən anadır. Ana müqəddəsdir və məhz müqəddəsliyinə görə Vətəni də anamız kimi sevir, ona "Ana Vətən!” deyirik. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar.

Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar! Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar həmişə yaşamışdır və daim yaşayacaqdır. Son dövrlərin narahat dünyası, zorla cəlb etdiyimiz Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan igidlər diyarı, qəhrəmanlar ölkəsidir. Bu torpaq halal torpaqdır. Kimlərinsə əlindən alınmayıb, kimlərdənsə zəbt olunmayıb. Halal bir torpağın övladları qəhrəman olmaya bilməz. Bu torpağın övladını torpaq özü götürməz.

Mən bu yazımda Azərbaycan qəhrəmanlarından biri haqqında – Quliyev Mətləb Kamran oğlu barədə söhbət açmaq istəyirəm.

Beyləqanda müəllim ailəsində anadan olmuş Mətləbi tale sanki vətən keşikçisi kimi həm çətin, həm də çətin olduğu qədər şərəfli bir xidmətə hazırlamışdı. Orta məktəbi bitirdikdən sonra təhsilini C. Naxçıvanski adına hərbi internet məktəbində  davam etdirib onu əla qiymətlərlə başa vuran Mətləb bütün varlığı ilə hərbi sahəyə can atırdı. Təzəlikcə leytenant rütbəsi də almışdı. Onu qamətinə çox yaraşan hərbçi geyimində qapıdan girən görəndə evdəkilərin sevinci, qüruru sinələrinə sığmırdı.  

Xain ermənilər Qarabağ savaşına əl atanda heç kim Mətləbin qarşısına ala bilmədi. Mətləbin bu sözləri hamını susdurdu: ” Torpaq o zaman vətən olur ki, onu qoruyasan, uğrunda qan tökəsən… kişi kimi…”

Milli Ordu hissələrində baş leytenant Mətləb Quliyevin başçılıq etdiyi vzvod Ağdam cəbhəsində ön cərgələrdə vuruşurdu. Sayca üstün olan, həm də  ətrafdakı hakim yüksəkliklərə mövqe tutmuş ermənilər dəfələrlə hücuma keçsələr də, sərrast pulemyot atəşi ilə geri oturdular. Mətləb Döyüşü məharətlə idarə edir, ən çətin dəqiqələrdə özünü bu və ya digər mövqelərə çatdırırdı. Taqımın mövqeyi önündə yüzlərlə düşmən meyiti yerə sərilmişdi.  

Vuruşmanın ən qızğın çağında taqımın pulemyotçusu həlak oldu. Atəşin zəiflədiyini erməni quldurları qələbə çalacaqlarını yəqin edib yenidən irəli cumdular. Səngərlərə yaxınlaşmışdılar ki, bayaqdan susan pulemyot yenidən dilləndi. Erməni sıraları bir anda pərən-pərən düşdü, ölənləri yerdəcə buraxıb qaçmağa üz qoydular.

Mətləb pulemyotun hər darağını boşaltdıqca, güllələr hədəfi yaxaladıqca elə bil  Koroğlu nərəsi çəkir, qolu ilə gözlərini göynədən tərini silib yenidən tətiyi basırdı. O, bu döyüşdə şəxsən 30-dan artıq düşməni məhv etdi. Çətin döyüş bizim hissələrin qələbəsi ilə başa çatdı. Lakin bu qələbə üçün  Mətləb öz canını qurban verdi, ölümü ilə ölümsüzlüyə qovuşdu. Belə qəhrəmanlar heç vaxt ölmürlər. Onlar qədirbilən xalqımızın qəlbində əbədi yaşayır, gələcək nəslə örnək kimi həmişə xatırlanır.
 


Şərhlər: 7
Baxılıb: 29111
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Qehremanlarimizin hemise ruhlari yasayacaqdir! offff bu sablon cumleler menlik deyilee. Allah qehremanlarimizin ruhlarini sad elesin. bu qeder
12 iyul 2015 05:19
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
beli qehremanlar igid doyushculer sehidler olmurler yaddan cixmirlar onlari yasayan insanlar daima onlarin shucaetlerini qehremanliqlarini danisaraq onlari nesillere oturerek yaddasdarda saxlayirlar unutdurmurlar
11 iyul 2015 16:29
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Allah her bizine rehmet elesin..
11 iyul 2015 13:40
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nur k-off
Qehremanlar cismen öle bilərlər amma ruhen bizim qəlbimizdədirlər Allah hamısına rehmet etsin
11 iyul 2015 12:15
# 4
SVETA
BARBI
Qehremanlarimizi hec vaxt unutmuruq . Onlar ebedidir olmezdir. Hemise qelblerimizde yasayir.
11 iyul 2015 07:03
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Allah bütün qehremanlarımıza,şehidlerimize rehmet etsin,Veten sağ olsun.
11 iyul 2015 05:51
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Nergız33
Allah rehmet elesin
11 iyul 2015 03:22
# 1
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz