Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rus dili (Hərf və səslərin mahiyyət və kəmiyyətcə uyğunluğu)
Rus dili (Hərf və səslərin mahiyyət və kəmiyyətcə uyğunluğu)
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 557
Səs ver:
Rus dilində hərflər və səslər arasında birmənalı olmayan mahiyyət və kəmiyyət uyğunluğu qurulur.
Eyni bir hərf müxtəlif səslər ifadə edir, məsələn, а hərfi [а], [и], [ы] səslərini ifadə edə bilir, bu da saitlərin vurğusuz hecalarda tələffüzünün dəyişikliyindən asılıdır; с hərfi [с], [с’], [з], [з’], [ж], [ш], [щ’] səsləri ifadə edir, bu da müxtəlif xüsusiyyətlərdə samitlərin bənzərliyi ilə bağlıdır.

мал [мал]

часы [ч’ис́ы]

жалеть [жыл’́эт’]

сад [сат]

гость [гос’т’]

сдать [здат’]

сделать [з’д’́элат’]

сжать [жжат’]

расшить [рашш́ыт’]

расщепить [ращ’щ’ип’́ит’]

Və əksinə: eyni səs yazıda müxtəlif hərflərlə göstərilir, məsələn [и] səsi и, а, я, е hərfləri ilə gösrətilə bilər.

мир [м’ир]

часы [ч’ис́ы]

ряды [р’ид́ы]

певун [п’ив́ун]

Əgər söz hərf və səslər arasında yaranan kəmiyyət nisbəti baxımından təhlil olunarsa, aşağıdakı mövcud olan münasibətləri ortaya çıxarmaq olar:

1. Bir hərf bir səs işarə edə bilir:

шов [шоф];

2.Bir hərf 2 səs ifadə edir,  я, ю, е, ё həfləri sözün əvvəlində, sait və ayırıcı işarələrdən sonra

яма [й’́ама]

3.Hərfin  səs mahiyyəti olmaya da bilər:

местный [м’́эсный’] (tələffüz olunmayan səs),

мышь [мыш] (yumşaltıcı işarə qrammatik funksiyada sərtliyinə/yumşaqlığına görə tək  samitdən sonra).

4.1 hərf səs əlaməti ola bilər:

конь [кон’],

банька [б́ан’ка]

5.Bir hərfsəs və digər səsin əlamətlərinə işarə oluna bilər:

мял [м’ал] (burada я hərfi [а] səsini və [м’] samitin yumşaqlığını ifadə edir).

6.2 hərf 1 səs göstərir:

моется [м́оица],

нёсся [н’́ос’а].

Elə görsənə bilər ki, 3 hərf 1 səsi ifadə edə bilir, məsələn: мыться [м́ыца], lakin bu belə deyil. [ц] səsi т və с hərfləri ilə göstərilib, ь yumşaltma işarəsi isə qrammatik funksiyanı yerinə yetirərək, məsdər formanı ifadə edir.


Şərhlər: 9
Baxılıb: 557
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
FISTIK
Bunu bilirdim. Keçmişəm bu dersleri. Rus dilinin qramatikasi cox cetindi ingilis dili ondan asandır.
20 iyun 2015 00:43
# 9
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
vipbetul
rus dili ne qeder asand gorsensede qramachikasi bir o qederde cetindi,oyrenmek isdeyenlere basharilar
18 iyun 2015 16:36
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Elizade_Gunay
Rus dilini oyrenmek isteyireeemmm
18 iyun 2015 15:31
# 7
ALESSANDRA
rus dilini bilmirem teessüfki
oxumağı ve yazmağə bacarıram ama
faydalı xeberdir tşk
18 iyun 2015 10:35
# 6
Don't trust anyone ∆
Tomris Müslümova
sevirəm belə xəbəri rus dilini bilrəm ama təkrara oxumaq faydalıdı
18 iyun 2015 10:08
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Ayten666
Bu xeber eladi..rus dilini yaxsi bilirem,selis danisiram..tsk
18 iyun 2015 09:11
# 4
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Dosta_inam
Rus dili biraz çetindir,bir söz neçe mena kesb edir,az çox bilirem danişmaği,ama qramatika ile yazmaği bacarmiram,bilmediyimi de sağ olsun yoldaşim öyredir,teşekkür.
18 iyun 2015 07:22
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
gulka azeri
rus dilini anamgiil sagolsun 4cu sinifden muellim yanina qoymusdularki dil oyrenek.o vaxt cox adam rusca danisirdi bizde usag idik mamagile deyendeki basa dusmuruk srazi muellim tutdular oyrendik cox sukur.sonra qismete bax Rusiyada yasamali oldum ve anamgile o qeder alqiw ediremki bizi oxudub savad verdikleri ucun,yoxsa hecne basa dusmeseydim burda lap cildirardim.amma yene de oyrendiklerim oldu burda da yasadiqc danisdiqca dil cox geniwdir ne qeder oyrensende azdi.bilmemek eyib deyil oyrenmemek eyibdi
18 iyun 2015 02:05
# 2
BARBI
Rus dili qramatikasini cox zeif bilirem.bu movzu haqda melumatim yoxuydu

Bu movzu haqda melumatim yoxdu. Qramatikam cox zeyifdir
18 iyun 2015 01:36
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz