Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəhidlər haqqında - inşa
Şəhidlər haqqında - inşa
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 16581
Səs ver:
Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar.

Allahın insanlara göndərdiyi müqəddəs "Qurani-Kərim”də buyurulur: "Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz”. Şəhidlik ölümlərin ən şərəflisidir. Qanlı 20 Yanvar gecəsində qeyrət köynəklərini qana hopduran, canlarını Vətənə fəda edən igid oğul və qızlarımız doğma Azərbaycanımızın müstəqilliyinə öz qanları ilə imza ataraq, müqəddəs Şəhidlik Zirvəsini fəth etdilər. Şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıq, həyəcan içində yaşayar.
Bu yazını "Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar” başlığı altında yazmaqla nisgilli anamıza, dərdli bacımıza, çatıqqaşlı atamıza "ağlama”, - deyirəm; çünki şəhidlər öz qanları bahasına zəncirləri qıra-qıra, zülmətləri yara-yara işıqlı sabaha, xoşbəxt gələcəyə yol açaraq, ulu Allahın müqəddəslərinə çevrilib, öz ölümləri ilə ölməzlik qazanmış, cənnətin qapılarını üzlərinə açmış, əbədiyyətə qovuşmuş bəndələrdir. 1990-cı ilin yanvar gecəsi dağılmaq ərəfəsində olan SSRİ-nin "xilaskar ordusu”, "sülh ordusu” ağır texnika ilə silahlanaraq öz müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqa divan tutmaq və Bakını susdurmaq üçün vəhşiliklər törətdi.
Azərbaycanın paytaxtı Bakı şəhəri dəhşətli anlar yaşadı. Evlər gülləbaran edilir, küçələr dağılır, bağlar viranəyə dönür, məsum körpələri atəş səsləri diksindirir, igidlər şəhid olur, yaralılar çətinliklə xəstəxanalara daşınırdı. Xalqımız matəmə bürünmüşdü. Ancaq səbirli xalqımız dar ayaqda özünü itirmədi, bütünlüklə ayağa qalxdı. Günahsız şəhidlərin dəfn gününə milyon yarım adam yığıldı. Qeyrətli Azərbaycan xalqı "sülh ordusu” qoşunlarından qorxmadan şəhidlərin tabutlarını çiyinlərinə alaraq, Dağüstü parka doğru axışdılar. Əlləri xalqın qanına batmış qoşunun əsgərləri izdihamın qarşısında aciz kimi görünür, xalqın əyilməzliyinə mat qalmışdılar.
Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək agrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Şəhidlər paytaxtımızın "Dağüstü park” kimi tanınan ünvanını özləri boyda möhtəşəm, əzəmətli, müqəddəs məzara - Şəhidlər xiyabanına çevirdilər.
Bu gün Azərbaycanda yaşayan öz vətəninə, xalqına bağlı olan hər kəs unutmamalıdır ki, işgal edilmiş Qarabağ torpaqlarımız - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları düşmən tapdağı altındadır. Müstəqil Azərbaycanımızın torpaqlarına göz dikən düşmənlər bilməlidirlər ki, xalqımızın igid övladları, qüdrətli milli ordumuz xalqla birlikdə ayağa qalxıb, öz torpaqlarını azad edəcək, müqəddəs şəhidlərin ruhları qarşısında öz vicdan borclarını verməklə millətin yaşamaq hüququ olduğunu sübut edən zəfər marşını çalacaqlar. O günə çox qalmayıb…


Şərhlər: 5
Baxılıb: 16581
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Sehidler muqeddesdir ve neyese gore her zaman kasib ailelerden olur sehidler..........neden acaba......
ele duz deyib QaraQan: 1ciler sehid 2ciler qehreman olurlar. yeni 1ci sirada duranlar olur ve sehid olur arxa siradakilar da qehreman...
30 may 2015 21:39
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
Sehidler olmez Veten bolunmez,bizim verdiyimiz sehidler hesabina torpaqlarimiz qalib onlarin siper olmus bedenleri qanlari canlari ruhlaridirki bizim torpaqlarimiz qorunur

Sehidler olmez Veten bolunmez,bizim verdiyimiz sehidler hesabina torpaqlarimiz qalib onlarin siper olmus bedenleri qanlari canlari ruhlaridirki bizim torpaqlarimiz qorunur

Sehidler olmez Veten bolunmez,bizim verdiyimiz sehidler hesabina torpaqlarimiz qalib onlarin siper olmus bedenleri qanlari canlari ruhlaridirki bizim torpaqlarimiz qorunur
30 may 2015 16:42
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Sehidlerin xatiresini her zaman eziz ve uca tutmaliyiq. Allah olenlerimize rehmet elesin
30 may 2015 09:40
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yasemin
ALLAH şəhidlərimizə rəhmət etsin! Onlar unudulmazdırlar!

Inşa üçündə təşəkkürlər
30 may 2015 02:16
# 2
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Fialka
Şəhidlər dünyasını dəyişsə də neçəki, xalq yaşıyır onlarda yaşayacaq xatirəmizdə və heç vaxt unudulmayacaqlar . Allah rəhmət eləsin vətən uğrunda canlarından keçib şəhid olanlara amin.
30 may 2015 01:35
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz