Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana haqqı - Tanrı haqqı - İnşa
Ana haqqı - Tanrı haqqı - İnşa
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 38418
Səs ver:
Dünyada ana məhəbbəti qədər müqəddəs, ana sevgisi qədər ülvi bir hiss yoxdur. Bəşər  nəsli yarandığı ilk gündən bu munis qayğıya möhtac olmuşdur və indi də olmaqdadır. Ana haqqı-tanrı haqqı, ana qucağ- behişt guşəsidir. Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir musiqi yoxdur. Dünyanın ən gözəl musiqisi ana laylası, ən şirin ətri isə ana nəfəsidir.

Yoxsa da dünyanın ucu-bucağı,
Hər yerdə istidir ana qucağı.           

Ana məhəbbəti ən ülvi bir hiss kimi şihahi xalıq yaradıcılımızdan tutmuş yazılı ədəbiyyatımıza qədər bütün ədəbi nümunələrdə özünün geniş poetik əksini tapmışdır.Sənətkarlarımız anaya olan dərin məhəbbətlərini müxtəlif sənət əsərlərdə çox məharətlə ifdə etmişlər.Təkcə böyük Cəfər Cabbarlının "Ana” şeirini xatırlamaq kifayətdir ki, ana məhəbbətini müqəddəsliyi haqqında tam təsəvvür əldə edəsən.Bu lirik şeir anaya həsr olunmuş ən böyük himn, ən gözəl simfoniyadır.                    

Ana!Ana!… o adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir

Görkəmli şairəmiz Nigar Rəfibəylinin yaradıcılığında qadın qəlbinin təmizliyi, ana məhəbbətinin müqəddəsliyi motivləri çox qüvvətli səslənir.Ana əzəmətini hər şeydən üstün tutan şairə, bu mövzuya aid ürəkləri riqqətə gətirən dərin məzmunlu şeirlər yaradır, anaların simasında bütün qadınlığı, qadın şərəfini, qadın heysiyyətini müdafiəyə qalxır.           

Şairənin ana obrazı onun öz şəxsiyyəti ilə birləşir. Lirik qəhrəmanın dili ilə demək istədiyi fikirlər şairənin özünün ürəyindən qopan xoş niyyətli arzulardır. Şairə özü də bir ana kimi bəşəriyyətin, ana övladlarının müdafiəsinə qalxır, sülhü, əmin-amanlığı müdafiə edir, müharibələrə, insan ölümünə səbəb olan amillərə nifrətlər yağdırır:                 

Sən anasan, mənim də analıq şərəfim var,  
Anaların qəlbində birdir böyük duyğular.
Haray salıb qaldıraq anaları yuxudan,
Dünyada heç bir ana mürgü döyməsin bu an.
Qalxsın bütün anlar sülh, səadət naminə!
Gələcək nəsillərə gözəl həyat naminə!

Ana həyatımızın ən müqəddəs varlığı, ən ülvi canlısıdır.Ana qəlbində idaraka sığmayan bir mərdlik, səbir və dözüm vardır. Bu mərdlik və dözümlülük qarşısında, bu ülvi məhəbbət  qarşısında biz hamımız baş əyir, səcdə qılırıq.           

Ana məhəbbəti bir ümmandır.o, övladının xoşbəxtliyi uğrunda bütün əzablara sinə gərir, hər cür çətinliklərə dözür, od ətrafında fırlanan pərvanə kimi ürəyinin yağını əridir.                 

Ana!Bax bu sözün mənası nədir?
Ana! Oda aşiq bir pərvanədir
Dolanır başına daim övladın,
Ana- müqəddəsdir o təmiz qadın!


Şərhlər: 6
Baxılıb: 38418
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yarpaq33
Ana haqqi odenmez
Sevmeye omur yetmez
Butun dunya menim olsa
Bir dene anam etmez
19 may 2015 17:46
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
Ana muqqedesdir Ana bizim qoruyucu meleyimizdir,Ana bizimcin heyatini ozunu yaddindan cixaran quvvedir,valideyinlerimiz bizim canimizdir,Rebbim bizi valideyinlerimizle imtahan etmesun insallah
19 may 2015 16:04
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Analara qurban olum,onlari var etsin Yaradan her zaman,ananin sevgisi sonsuzdur evlada,analarimizi qoruyaq,ele edek ki,etdiyimiz emellere baxib fexr etsinler,onlari sevmek qorumaq qayğisina qalmaq biz evladlarin borcudur.
19 may 2015 11:16
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Anaların haqqını ömrü boyu çalışsaqda verə bilmərik, ona görədə bu dünyada onların qədrini bilmək lazımdır.
19 may 2015 10:45
# 3
Tomris Müslümova
bu yazi bizim yasadigimiz yerde tablo kimi asilib boyuk bir plokatdan...
19 may 2015 09:47
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Analiq haqqi hec bir seyle evez edile bilmez. Her zaman anamizin deyerini bilek , ona sonsuz hormet edek.
19 may 2015 09:07
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz