Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycan mənim vətənimdir - İnşa
Azərbaycan mənim vətənimdir - İnşa
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 98101
Səs ver:
Vətən bizim yaşadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır.        

Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi – dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır.         

Əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başa çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsil vətəndaş ola bilməzsən.        

Mənim vətənim Azərbaycandır. Bu əmələkət azərbaycanlıların tarixi vətəni, tarixi yurdudur. Gəlin Azərbaycan xalqının çox əsrlik tarixini vərəqləyək.         

Azərbaycan xalqının tarixi çox qədimdir. Hazırda Respublikamızda yaşı bir neçə min il olan Azığ mağarası, Qobustan, Qəbələ kimi çoxlu tarixi abidə, Naxçıvan, Bərdə, Gəncə kimi qədim şəhərlər vardır. Azərbaycan xalqı bəşər dünyasına Nizami, Nəsimi, Füzuli, Əcəmi kimi dahilər vermişdir. Onları təkcə ölkəmizdə deyil, bütün dünyada tanıyırlar. Xalqın azadlıq, müstəqillik uğrunda mübarizəsi isə tariximizin ən parlaq səhifələrini təşkil edir.         

Əsrlər boyu yağı düşmən doğma yurdumuzun barlı, bəhrəli, torpaqlarına, tükənməyən sərvətlərinə göz dikmiş, igid oğullarımız, qeyrətli qızlarımız tikan olub onların gözünə batmışdır. İgidlərimiz sinəsini Vətənə sipər edərək mənfur düşmənə meydan oxumuş, göz dağı çəkdirmişdir. Çox " mənəm-mənəm” deyən hökmdarlar azərbaycan iştahına düşərək bu torpağa hücum etmiş, lakin axırda qan içməkdən doymayan başlarını bu torpaqda qoymuşlar. Anamız Tomris bir qılınc zərbəsi ilə Keyxosrovun başını kəsəndə dünya heyran qaldı türk qadının hünərinə, igidliyinə. Bəli, bu torpaq özünə layiq igid oğullar, qızlar yetirib. Elə igidlər ki, əsrlər keçsədə, onların adı xalqımızın daş yaddaşında əbədi iz buraxmış, gələcək nəsillərə örnək kimi xatirələr də qalmışdır. Bu gün öz keçmişi ilə Cavanşiri, Tomrisi, Babəki, Koroğlusu, Xətaisi, Cavad xanı, Xiyabanisi ilə və daha neçə-neçə igid oğlu, qızı ilə fəxr edir Azərbaycan.        

Bu torpaq həmişə dara düşəndə özünün igidlərinə arxalanıb. XX əsrin sonları da doğma yurdumuzun baçından acı külək kimi əsdi. İllər boyu bizə sığınaraq əziz tikəmizi yeyən nankör ermənilər rus hərb maşınına arxalanaraq qısqırdılmış itlər kimi Azərbaycanı sınağa çəkdi. Belə bir vaxtda yenə də yurdumuzun igid oğulları onun köməyinə gəldi. Bu savaş Azərbaycana neçə-neçə qəhrəman bəxş etdi və tarix sübut etdi ki, qəhrəman Azərbaycan oğulları həmişə Vətənə sadiqdirlər və onun yolunda canlarını qurban verməyə hazırdırlar.         

Azərbaycan Mənim Vətənimdir və mən bu diyarı ürəyim qədər sevirəm. Mən bu diyarın oğluyam və lazım gələrsə, canımı da, qanımı da, Vətənimə fəda etməyə hazıram.                            

Can qurban etmənin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?
Qoyaram başımı ayaqlarına,
Ey ana torpağım! Ey Azərbaycan!


Şərhlər: 6
Baxılıb: 98101
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fialka
Vətən insanın yaşadığı, dilini danışdığı, havasını, suyunu udduğu məkandır. Və onu heç bir yer əvəz edə bilməz onun verdiyi rahatlığı başqa ölkə verə bilməz..
16 may 2015 17:11
# 6
vipbetul
Ulu Onderimizin bir cumlesini demekle sozumu bitiregeyem,Men Fexr Ediremki Men Azerbaycanliyam
16 may 2015 15:24
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
naz_vefa
Azerbaycan menim vetenim veten tam bawqadi oz elin oban allah hec kime ceten hesreti cekdirmesin men cekmiwem billem

Veten yazacaqdim baqiwlayin
16 may 2015 11:50
# 4
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Miss_Oxatan
Vetenin abi havasinin,qoxusunun yerini hec bir yer vere bilmez.Qoxusunu deyende mence meni qurbetde yawayanlar bawa duwer.Hetta tebiet qoynuna gedende bele,oksigeni ciyerlerine cekende hecne tesir etmir insana,adamin canina yatmir.Ancaq Azerbaycanda o hissler,o qoxu bam-bawqa olur.Bu cox qeribe hissdir,hec kime yawamagi arzu etmirem,veten gozeldir.Men Azerbaycana gedib gelenden sonra turklerde bir soz vare uzunde guller acir,bax ele oluram 1ay.Allah bizleri vetenimize qovuwdursun.Amin.
16 may 2015 08:50
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Vetenim her seyden ezizdir onun her zerresi her qarisi mene dogmadir
16 may 2015 01:54
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Menim balam
Men Azerbaycanda yaşamaq istirem. zehlem gedir rus miletınen, donuza oxşayırlar.
canım vetenim Azerbaycan
16 may 2015 01:37
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz