Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Heç kəs unudulmur, heç nə yaddan çıxmır - İnşa
Heç kəs unudulmur, heç nə yaddan çıxmır - İnşa
Göndərən: Nazlı_qız
Şərhlər: 5
Baxılıb: 2551
Səs ver:
Dünyanın ən qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı, özünün tarixi, maddi-mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə həmişə fəxr etdiyi kimi, onun tarixini yaradan şəxsiyyətlərə, vətənin azadlığı naminə canını fəda edən oğul və qızlarımızla da haqlı olaraq öyünmüşdür. Xalqımızın Vətəni yadelli düşmənlərdən qoruyan, ağıllı tədbirləri ilə xalqına düzgün yol göstərən Varaz oğlu Cavanşirlə, Uzun Həsənlə, Şah İsmayıl Xətai ilə, doğma Vətəni uğrunda da canından keçən, ölümün gözünə dik baxan Babəklə, əfsanəyə çevrilən Koroğlu ilə və daha neçə-neçə igid qəhrəmanları ilə həmişə fəxr etmiş, onları əbədi xatirə kimi qəlbində yaşatmışdır.

Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir.

Ədalət deyənin əzilməz dizi,
Sizdəndir əllərin söhbəti, sözü,
Doğma Azərbaycan unutmaz sizi
Siz torpaq uğrunda ölənlərsiniz…

Son dövlərin Qarabağ savaşı göstərdi ki, Azərbaycan, doğrudan da, qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir.  Xalqımızın igid oğulları, mərd qızları heç vaxt Vətəni darda qoymamış, lazım gələndə doğma od-ocaq, müqəddəs Vətən torpağı uğrunda canlarından da keçmişlər. Mən bu yazımda belə qəhrəmanlardan biri haqqında danışmaq istəyirəm.

Müslümov Valeh Əlirza oğlu Lerik şəhərində anadan olmuşdur. Qarabağ savaşı başlayanda Valehin  23 yaşı var idi. Qəlbi arzularla, həyat eşqi ilə çırpınırdı. Lakin qanı vətənpərvərlik hissi ilə coşan həssas qəlbli Valeh Vətənin dar gününə biganə qala bilməzdi. Vətən eşqi onu Qarabağın harayına çatdırdı. Gənc oğlanın fəhlə kimi vaxtilə qurub-yaradan əlləri erməni yaraqlılarına qan uddurmağa başladı. El arasında deyərlər ki, ilanı güllələmək çətin deyil, çünki nişan alanda o, özü güllə qabağına gəlir. Valeh də erməni belə sehrləmişdi, heç biri onun gülləsindən yayına bilmirdi. Vuruşmalarda Vətən həmişə ən çətin sahələrə tələsər, ən məsul mövqelərdə görünərdi.

Çətin vuruşmaların birində Valeh özü kimi onlarca gəncin həyatını xilas etdi, lakin bu dəfə öz canını qoruya bilmədi. Ürəyi Vətən hərarəti ilə döyünən gənc gözlərini əbədi yumdu. Valeh öz ölümü ilə şəhidlik zirvəsinə ucaldı, ölməzliyə qovuşdu. Belə qəhrəmanlar heç vaxt unundulmur, qədirbilən xalqımızın qəlbinə əbədi yaşayırlar.


Şərhlər: 5
Baxılıb: 2551
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
heqiqetende yasanilmis hec birsey unudulmur hecne yaddan cixmir cixartmaq istediklerimiz bele yadimizdan cixmir pis gunleri unuda bilmirik.Allah hec birimize yaddan cixartmaq istediyimiz gunler yasatmasin daimi xatirlamaq istediyimiz gunler yasatsin.insa ucun tesekkurler.
6 may 2015 18:13
# 5
vipbetul
bu tarix unudulmaz
5 may 2015 15:39
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Elbette hec ne unudulmur ne bizim vehsicesine qetl edilmis xalqimuz ne de bizim qana bulanmis torpaqlarimiz ne deki bizim qan yaddasimiz unudulmur
5 may 2015 10:12
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Veten uğrunda canlarini feda eden Şehidlerimize Allahdan rehmet dilerem,beli onlar unudulmur ve iller keçsede unudulan deyil.
5 may 2015 05:27
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Çoxlarına nümunə ola biləcək Azərbaycanın igid oğulları olub, onlar vətən uğrunda şəhid olsalarda, Mübariz kimi Fərid kimi və adını çəkmədiyim çoxları kimi daima yaddaşlarda qalacaq. Müharibə şəraitində olan bir ölkə kimi bu ölkənin öz torpağını qorumağa hazır olan igidlərə ehtiyacı var, və əsgərlikdən imtina edənlərə bircə şey deyə bilərəm heç biriniz şəhid olan qəhrəmanlardan artıq deyilsiniz !
5 may 2015 01:42
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz