Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Kitabi-Dədə Qorqud” dastanı xalqımızın söz abidəsidir - İnşa
“Kitabi-Dədə Qorqud” dastanı xalqımızın söz abidəsidir - İnşa
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 38178
Səs ver:
"Kitabi-Dədə Qorqud” dastanı xalqımızın söz abidəsidir”
Təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran ulu sənət nümayəndələrindən biri və həm də birincisi "Kitabi - Dədə Qorqud” eposudur. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır, "Oğuznamə”dir.

Elm aləminə "Kitabi - Dədə Qorqud” eposunun iki əlyazması məlumdur. Bu əlyazmaların biri və daha mükəmməli Almaniyanın Drezden muzeyində saxlanılır. Bu əlyazma giriş və on iki boydan ibarətdir. Əsərin ikinci əlyazması Vatikan muzeyindədir. Vatikan əlyazması girişdən və yalnız altı boydan ibarətdir.

"Kitabi-Dədə Qorqud” bahadırlıq və qəhrəmanlıq dastanıdır. Buradakı boylar orta əsrlərin ilkin çağlarının  həyatı ilə səsləşir. Əhvalatlar el ağsaqqalı, el ozanı Dədə-Qorqudun dilindən söylənilir. Əsərdə oğuzların hərbi yürüşləri, inam və görüşləri, barış və savaşları, adət və ənənələri, köçəri və oturaq həyatı bədii şəkildə öz əksini tapmışdır.

Oğuz elinin başçısı Qamğan oğlu Bayındır xandır. Onun əsərdə yalnız adı çəkilir, onunla bağlı heç bir əhvalat söylənilmir. Oğuz elinin baş qəhrəmanı Ulaş oğlu Qazan Xan və onun ətrafında olan bahadırlardır. El-obanı yağılardan, azğın kafirlərdən qorumaq, doğma yurdun şərəfini qorumaq onların üzərinə düşür. Düşmənləri diz çökdürən oğuzlarda daxili ziddiyyətlərdə mövcuddur və onların faciəsi də bu daxili ədavət və ziddiyyətlərdən törəyir. Öz dayısının başını kəsən Salur Qazan bununla xəyanətlə öldürülmüş Bamsı Beyrəyin qanını alsa da, hər halda oğuzun oğuza əl qaldırması faciədir, arzuolunmaz hadisədir.

"Kitabi - Dədə Qorqud”un hər bir boyunda bir oğuz igidinin qəhrəmanlığından danışılır. Hadisələr yay-qış qarı-buzu əriməyən Qazlıq dağında, alınmaz Əlincə qalasında, Şərurda, Dərbənddə, Gəncədə, Bərdədə, Dərəşamda, Qaraçquda, Aladağda, Ağcaqalada, Göyçədə, Bayatda baş verir və bütün bunlar onu sübut edir ki. "Kitabi - Dədə Qorqud” məhz Azərbaycan xalqının sənət abidəsi, söz abidəsidir. Əsərdəki bir çox yer-yurd adları bizim günümüzdə də həmin adlarla tanınmaqdadır.

Oğuzlar üçün yurd, Vətən sevgisi, torpaq hər şeydən yüksək və əzizdir. Onlar hər an doğma el-oba uğrunda canlarından keçməyə hazırdılar. Oğuz öz qonşularına qarşı da mərddirlər. Onlar başqasının torpağına hücum etmir, sərhədlərini pozmurlar. Lakin düşmən xəyanət edib qəfil hücum etdikdə oğuz igidləri hamılıqla Vətənin müdafiəsinə qalxır, düşməni tarmar edirlər. Dar gündə Vətən sevgisi oğuzlara öz aralarındakı incikliyi də unutdurur, onları birləşdirir.

Oğuzlarda qadına, anaya yüksək ehtiram və məhəbbət vardır. Burada ana haqqı tanrı haqqına bərabər tutulur. "Salur Qazanın evinin yağmalanması boyu”nda Qazan xan düşmənlə qarşılaşarkən hər şeydən keçir, lakin anasından keçmir. Oğuzun qadınları, qızları da ismətli, namuslu el qızlarıdır.
 
Oğuzlar çətinə düşəndə tanrıya sığınır, onu köməyə çağrırlar. Tanrı da hər dəfə oğuzların köməyi olur, onları çətinliklərdən çıxarır.
 
"Kitabi-Dədə Qorqud” oğuzların dastana çevrilmiş tarixidir. Dastanda hər sözün, ifadənin, adın dərin mənası var və bunların hamısının arxasında soykökümüz olan oğuzların keçmiş tarixi durur.


Şərhlər: 9
Baxılıb: 38178
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
mende bilirem oxumusam kitabi dede qorqud dastani haqqinda maraqlidi. mene birinci atam danismisdi sora men ozum oxudum. burdada biraz xatirlamis oldum tesekkurler
17 aprel 2015 13:48
# 9
ruzgargulum
Kitabi Dədə Qorqud dastanı Azərbaycan şifahi xalq ədəbiyyatının incilərindən biridir. Dastan bir müqəddimə 18 boydan ibarətdir.İnşa tam olmasada ama maraqlı yaxşı oldu bu inşalar məktəbə hazırlaşanlara yaxşı köməklik olur biliyləri artır təşəkkürlər.
16 aprel 2015 19:14
# 8
Elə bir əli tutun ki, heç vaxt sizi buraxmağa ürəyi gəlməsin ♥

Sən mənə öyrətdin səbəbsiz gülməyi,Mən sənə öyrətdim dəli kimi sevməyi.. ♥
Nur k-off
3-cü quruplar bunu ezber bilir
16 aprel 2015 10:00
# 7
SVETA
aliceWOnDer
Edebiyyatı sevmirəm ona gorədə 3-cu qurupa belə vermədim ))) yenədə muellim bu haqda cox deyib bu haqda cox oxumuşuq
16 aprel 2015 09:56
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Edebiyat dersine nifret etsemde bu movzuya xususi maragim olub .
16 aprel 2015 09:52
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nezka
Kitabi dədə qorqudda oğuzların başına nə gəlirsə içkidən və yuxudan gəlib
16 aprel 2015 09:48
# 4
İçimi görsən mənə aptek alarsan.
Miss_Oxatan
Men Kitabi Dedeqorqud haqqinda ezber bilirem.Uwaq vaxt mektebde bu ders kecirilende mene ele maraqli gelirdi ki,her kelmesini hekk etmiwem yaddawima.hetta haqqinda inwa yazmiwdim rayon birincisi olmuwdum.Yalniz Azerbaycan turklerinin yox butun turk dunyasinin soy ve kokleri eks olunub dastanda.bir daha tekrarlamiw oldum,maraqla oxudum,tewekkur edirem muellife.bele xeberler tez-tez olsa yaxwi olar.
16 aprel 2015 03:33
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
Kiitabi Dede Qorqud dastani ile boyguyen nesliy,onlardan azda olsa ibret gotrulse naqil kimi oxunubda unudulmasa bizden sonraki nesillere catdirib soy kokumuzu catdira bilerik
16 aprel 2015 01:49
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Kitabi Dədə Qorqud dastanı Azərbaycan şifahi xalq ədəbiyyatının incilərindən biridir. Dastan bir müqəddimə 18 boydan ibarətdir. Dastan haqqında qeyd olunan inşa geniş olmasada əsas olan bəzi məlumatlar qeyd olunub, təşəkkürlər.
16 aprel 2015 01:40
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz