Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycan çayları - inşa
Azərbaycan çayları - inşa
Göndərən: Qlamurr
Şərhlər: 7
Baxılıb: 413
Səs ver:
Ta qədim zamanlardan insanlar yaşayış məskənlərini çay kənarlarında salıblar. Çünki çay kənarındakı torpaqlar daha münbit olub. Təsadüfi deyil ki, çaylarla zəngin Azərbaycan da qədim yaşayış məskənlərindən hesab olunur. Quruçay dərəsinin sol yamacında yerləşən Azıx mağarası dünyanın ən qədim insan məskənlərindəndir. Güman edilir ki, Azıx mağarasının sakinləri Füzuli rayonu ərazisindəki Köndələnçayın, yaz vaxtlarında isə Quruçayın suyundan istifadə edirmişlər.

Azərbaycanın çayları haqqında danışarkən, ilk olaraq, Kür və Araza toxunmaq daha doğru olardı. Məhz bu iki çay Azərbaycanın ən böyük çayları hesab olunmaqla yanaşı, həm də torpaqlarımızın suvarılmasında əsas mənbələr rolunu oynayır. Bu çaylar, həmçinin, enerji mənbələridir. Belə ki, Araz və Kür çaylarının üzərində tikilmiş Su Elektrik Stansiyaları Azərbaycanın elektrik enerjisinə olan tələbatını qarşılayır. Xüsusilə, Mingəçevir şəhərində tikilib istifadəyə verilmiş SES-i vurğulamalıyıq.

Kür çayı bundan başqa balıq vətəgələri ilə məşhurdur. Çayın Salyan royunu ərazisindən keçən hissəsində nərə balıqlarının artırılması üçün vətəgələr fəaliyyət göstərir. Araz çayı isə daha çox suvarmada ixtisaslaşdırılıb. Bu çaydan ayrılan Baş Mil, Muğan, Yuxarı Qarabağ kimi suvarma kanalları aran bölgəsinin su ehtiyacını qarşılayır.

Samur çayı isə Abşeron yarımadasını içməli su ilə təmin edir. Bildiyimiz kimi, yarımadada şirin su mənbələrinin sayı çox azdır. Buna görə, Samur çayından Samur-Abşeron kanalının çəkilməsinə ehtiyac duyulub. Bu kanal vasitəsilə gələn su Ceyranbatan su anbarında yığılır. Buradansa Bakı şəhərinə, eləcə də, Sumqayıt və Abşeron yarımadasının digər ərazilərinə ötürülür.

Ümumiyyətlə, bu qədər bol sulu çayları Allahın Azərbaycana bəxş etdiyi bir nemət kimi görməliyik. Dünyanın çox az hissəsində belə əlverişli şirin su mənbələri var. Buna görə, çayları çirklənmədən qorumaq və ondan düzgün istifadə etmək bizim borcumuzdur.


Şərhlər: 7
Baxılıb: 413
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
GEREK CAYLARIMIZI CIRKLENDIRMEYEK KI BIZIM ESAS QIDAMIZ OLAN SU MES ONLARDAN ELDE EDIRIK,HER ZAMAN SUYUMUZ TEMIZ BOL OLSUN
7 aprel 2015 19:09
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Sara035
Sitat: leyla_258
Azerbaycan caylarindan en cox final cayinnan,pasa cayini sevirem.

Metni oxusaydiz hansi caydan sohbet getdiyini anlayar ve werh yazardiniz...

Xebere gore tewekkur
7 aprel 2015 14:56
# 6
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
leyla_258
Azerbaycan caylarindan en cox final cayinnan,pasa cayini sevirem.
7 aprel 2015 14:54
# 5
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
aliceWOnDer
bu mene lazim olacaq tesekkur
7 aprel 2015 14:25
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Bu barədə kifayət qədər məlumatım var, Azərbaycanın coğrafiyası çox zəngindir, istər flora və faunası, istərsədə yeraltı və yerüstü sərvətləri , bir vətəndaş olaraq bunları qorumalıyıq yəni çaylar , göllər , meşələr və s. çirkləndirməməli təmiz saxlamalıyıq ən azından öz sağlamlığımız üçün...mövzu maraqlıdı , inşa kiçik olsada qənaət bəxşdir təşəkkür.
7 aprel 2015 04:15
# 3
Luna-90
Men Kur cayinin qiraginda dogulub orda yasamisam 6 yasima kimi yani Mingecevirde.cox gozel seherdi bakidan secilmir.isiqli temiz insanlarida muasir.
7 aprel 2015 01:55
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
bu movzuda az melumatim var,hemise cografi melumatlar mene cetin gelib
7 aprel 2015 01:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz