Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dilimizdəki bəzi sözlərin izahlı lüğəti
Dilimizdəki bəzi sözlərin izahlı lüğəti
Göndərən: Fialka
Şərhlər: 12
Baxılıb: 652
Səs ver:
SOYUQ – borca görə qaz xətti kəsilmiş kasıb evi.
QARANLIQ – borca görə işığı kəsilmiş kasıb evi.
AC – neft ölkələrində milyonerlərın rahat həyatına mane olmamaq üçün sakitcə yaşayan statistik müsəlman insan.
UCUZ – yeyilməsi qəti qadağan olunan malların mağaza qiyməti.
BAHA – kasıbların qovulduğu mağazalardakı malların üstündəki yarlıq.
BİHUŞ – teleseryal izləyən valideyin.
SƏHƏR – ayılıb özünü öz vətənində görməyin dözülməz məşəqqəti.
AXŞAM - əsəb, siqaret və araq qoxusunun boş ciblərdə evə daşınması.
YALTAQ – öz vəzifəsində qalmaq istəyən bülbül.
TOY – axmaq kasıbın harınlarla ayaqlaşmaq instinkti.
YAS – meyit ətrafında ət yemək mərasimi.
XƏSTƏ – milyarder olmaq istəyən milyoner.
MİTİNQ – polisin döydüyü əliyalın insanlara qarşı gülləkeçirməz jilet geyməsi.
QADIN – ərindən 3 metr hündürlüyə tullanmağı tələb edən triner.
KİŞİ – çarəsizlikdən kişmişi gülən erkək.
KABAB – vəhşi millətin mədəsinin sevimlin əmioğlusu.
SİQARET – xərçəng ağanın qapısında fəhləlik eləyən yonca və günəbaxan şaxının müştərək tüstüsü.
METRO – gənclərin mobil telefon sərgisi.
AVTOBUS – sükanı buraxıb qəpik sayan sürücünün gəmi kapitanlığı.
QADIN SƏADƏTİ – mənzili və iş yeri olan idbara ərə getmək.
KİŞİ SƏADƏTİ – vətəndən qaçaraq xristian ölkələrinin birində xristian xanımla yaşaya-yaşaya pul qazanıb milli ailəsinə göndərmək.
GÜLMƏLİ ADAM – öz haqqını tələb eləyənlərə gülərək evdə oturan hüquqsuz ailə başçısı.
AĞLAMALI ADAM – öz haqqını tələb eləyənlərə gülərək evdə oturub televizora baxan hüquqsuz ailə başçısı.
RESTORAN OFİSANTI – səliqəli vampir.
QIZ QALASI - ən romantik intiharın start yeri.
AZADLIQ – tikanlı məftillə çəpərlənmiş qəzet, radio və meydan.
 
Müəllif: Murad Köhnəqala


Şərhlər: 12
Baxılıb: 652
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fialka
Hər bir sözün izzahında acı həqiqət dayanır müəllifə və redaktə edənə təşəkkürlər
25 fevral 2015 18:21
# 12
Sucan
Beyendim sozler duz yazilib
24 fevral 2015 23:03
# 11
Nazan
bunu bilirdim
AZADLIQ – tikanlı məftillə çəpərlənmiş qəzet, radio və meydan.
heart
24 fevral 2015 20:33
# 10
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Qlamurr
Bu izahlı lüğətin altında incə yumor və satira yatır....Hamısı doğru qeyd olunub...İnsanların bu gün yaşadığı problemlər,sıxıntılar......düzü həm də çox təsirləndim,hər cür taleyi yaşayan insanlar var,bəzilərimizin bəlkə də yaşamadığı bir şeylərdi ancaq acı həqiqətdi...müəllifə tşk...
24 fevral 2015 18:20
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
gulunnn
Beyendim bir coxusunu duz qeyd olunub
24 fevral 2015 12:42
# 8
qanadli melek
Halaldi bunu yazana cox mentiqli yazilib
24 fevral 2015 11:36
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
rəmsə
Maraqlı idi.bəzilərini bilirdim bəzilərini yox

Qız qalası üzücü oldu

Belə dərslərə can qurban,maraqlı və gülməli
24 fevral 2015 11:17
# 6
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
xeyalperest
122 heqiqi izahli lugetdi.aci gercekler tewekkur
24 fevral 2015 10:44
# 5
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Heqiqeten bunu yazana bir bes dusur necede aci gercekleri yaziblar hamisi bizim insanimizin yasadigi gundelik problemlerdi
24 fevral 2015 09:46
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
YAS-meyit etrafinda et yemek merasimi.
Deyirem bir et olsa ne vardi,sen hele banan, apensin, sekerbura, paxlavadan danis, sen hele cay , kofe zubatiskadan danus,,, eyyy demeknen bitmire ne qulaq asan var, nede bir sey, hami oz alemindedi....hamisi duppeduz yazilib.
24 fevral 2015 09:17
# 3
Qelbim doludu !!!!
emis
TOY – axmaq kasıbın harınlarla ayaqlaşmaq instinkti.

bu cumle cox duz yazilib xosum geldi buu cunleden bunlarin conun menasini bilmridm menimde xodum gelmir bele seylerden ozun ucun toy eliyirsen camaatida ozunnen baravar helek eliyirler toyu ozumuz ucun eliyirik gerek butun rayon ya butun kend gelemiki oz aramizda olsa yaxsidi
24 fevral 2015 08:15
# 2
ece uslu
her birinin menasi bu dovrle uygunlawdirilib
24 fevral 2015 01:47
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz