Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarabağın bu günü və sabahı - İnşa
Qarabağın bu günü və sabahı - İnşa
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 1406
Səs ver:
Pənahəli xan, Vaqif, Xurşudbanu Natəvan və b. - Qarabağın keçmişindən bu gününə adlarını eşitdiyimiz, yazılarda tanıdığımız o dahi şəxsiyyətlər...

Neçə belə görkəmli şəxs yetişdirib Qarabağ ?! Saymaqla bitməz: Qarabağ xanları, xanəndələr, şairlər daha kimlər, kimlər...

Ağaməhəmməd Şah Qacar dəfələrlə hücum etdi. Qarabağı, o gözəl yerləri işğal etmək istəyirdi. Ancaq Şuşa qalasını ələ keçirə bilmədi. Səfalı Qarabağ tarix boyu bu cür mənfur hücumlara məruz qalıb. Ancaq yıxılmayıb! Özünü alçaltmayıb!

Amma indi Qarabağımız özgə əllərdədir. Yenə onu sınmağa, əyilməyə qoymamalıyıq! Ən qısa vaxtda Vətən övladları ayağa qalxmalıdır. Qarabağsız keçən hər gün bizi Qarabağdan daha da uzaqlaşdırır.

Özümüzə qarabağlı deyirik. Bəs Qarabağ hanı? Sabah övladım məndən soruşacaq: "Qarabağ haradadır? Məni oraya niyə aparmırsan?" Nə cavab verəcəm? Bilmirəm... Ancaq indi ayağa qalxsam, əlimə silah alıb, düşmənin üzərinə yerisəm, sözsüz, onun başını kəsib, torpağımı azad edəcəm. Bəs niyə etmirik? Qorxuruqmu? Əsla yox! Silaha əl atmaq lazım gəlsəydi, torpağımızı çoxdan azad etmişdik. Ancaq artıq qanların tökülməsini istəmirik. Bəsdir, körpə cəsədlər! Ancaq düşmən də bizlə razılaşmır. Buna məcburdur... Razılaşmalıdır! Əks halda düşməni evində tutub öldürəcəyik. Buna inanıram. Dövlətimiz günü-gündən inkişaf edir. Bu inkişaf bizi Qarabağa daha da yaxınlaşdırır. Ancaq zaman əleyhimizə işləyir. Tez bir zamanda düşmən bizimlə sövdələşməlidir. Torpaqlarımızı geri verməlidir.

Mən Bülbülün evini, Ağabalanın qəbrini, Xan əminin yurdunu görmək istəyirəm! Cox şeymi istəyirəm?! Yox! Bu mənim haqqımdır haqqım olanı tələb edirəm!
Az qalıb! Cox az qalıb! Belə davam edə bilməz! Qarabağ xanəndələrinin o xoş avazını Cıdır düzündə eşitməyimə çox az qalıb... Həkəri çayının yanında uzanıb dincəlməyimə, Xudafərinə tamaşa etməyimə, Azıx mağarasına girməyimə çox az qalıb!

Bu gün Qarabağ bizdə deyil. Amma dünən bizdə idi, bizim idi... Sabah da bizim olacaq. Az qalıb... Gözlə bizi Qarabağ! Əyilmə! Düşmənə təslim olma! Az qalıb! Səni övladların xilas edəcək. Yenə qoynun gülüstana dönəcək. Yenə hər tərəfdən musiqi sədaları eşidiləcək. Xoşbəxt günlərimizə az qalıb... Qarabağlı günlərimizin geri qayıtmağına az qalıb!


Şərhlər: 7
Baxılıb: 1406
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qlamurr
Qarabağ bizimdir,həmişə də bizim olacaq......
21 fevral 2015 20:42
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
leyla_258
ellerinize sagliq,supeeeeeer alinib.......
21 fevral 2015 18:18
# 6
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Aysel Tatli
qarabagin qara bexti qalmaz bele qalnaz dunya insallah yenede qarabag bizim olacaq
21 fevral 2015 17:34
# 5
Nazan
yaxsi insadi
21 fevral 2015 14:24
# 4
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
emis
cox gozel movzudu
21 fevral 2015 12:59
# 3
Fialka
Qarabağ inşAllah bir gün düşmən tapdağından xilas olar və vətən həsrəti ilə yaşayanlar bir gün yenidən qovuşarlar o torpaqlara amin
21 fevral 2015 09:52
# 2
BARBI
Veten movzulu insalari cox sevirem
21 fevral 2015 09:00
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz