Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana dilimizi sevək və sevdirək - İnşa
Ana dilimizi sevək və sevdirək - İnşa
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 3040
Səs ver:
İnsanlar bir-birləri ilə ünsiyyət yaratmaq üçün dildən istifadə edirlər. Hər bir xalqın özünəməxsus dili var. Lakin elə xalqlar da var ki, öz dilləri yoxdur və başqa ölkənin dilindən istifadə edirlər. Bu dövlətlərin dili ölüb xalqı yaşayır.

Bildiyimiz kimi uzun müddət SSRİ-nin tərkibində olmuşuq. Buna baxmayaraq, bizim müqəddəs dilimiz ölməyib, hələ də yaşayır. Ancaq öz dilini bəyənməyib başqa dildə danışanlar da az deyil ölkəmizdə. Halbuki öz dillərini çox yaxşı bilirlər, sadəcə dəyərini anlamırlar. Dilimizin əzizliyindən, müqəddəsliyindən xəbəri yoxdur o insanların. Ancaq öz dilimizin qədrini bilməliyik, onu daim qorumalıyıq. Çünki biz dilimizi qorumasaq başq xalqlar da bizə hörmət etməz.

Təəssüflər olsun ki, ölkəmizdə dilini bilməyən "ziyalılar” da var. Şəxsən mən onların danışıqlarını izləyəndə utanıram. Həmin insanlara yazığım gəlir. Çünki dilimizin gözəlliyindən onların da xəbəri yoxdur.

Hamımız analarımızın laylaları ilə böyümüşük. Həmin laylaları heç vaxt unutmuruq. Çünki o bizə əziz, doğma gəlir. Xoş səslənir. Axı o laylalar, nağıllar, oxşamalar bizim öz doğma dilimizdədir- Azərbaycan dilindədir. Bizim dilimiz dəyərlidir, əzizdir, müqəddəsdir. Bu gözəl dili biz qorumalıyıq.Öz dili olmayan xalqlar daim dil həsrəti çəkir. Amma biz dilimizin qədrini bilmirik. Hansısa başqa dildə danışırıq. Biz də dili olmayan xalqlar kimi onu itirə bilərik. Öz əllərimizlə məhv edə bilərik onu. Sonra da peşmanlıq hissi bizi məhv edəcək. Hələ gec deyil. Əvvəl qədrini bilməmişik, qorumamışıq düzdür, amma indi qədrini bilək, indi qoruyaq heç olmasa. Öz dilimizdə danışaq. Onu məhv etməyək! Ana dilimizi sevək və sevdirək!


Şərhlər: 5
Baxılıb: 3040
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ayselina
Tesekkur edirem bu gozel melumata gore..bugunun en aktual problemidir...hetta baki kucelerinde gezende bele kiminse bizim dilimizdr danisdigini gorende inanki sevinirem..veziyet o hedde catib ki oz dilimzde danisnlara basqa ad qosurlar..bax bu esl faciedir..dovlet dili olmayan bir dovlet olu sayilir..biz oz medeniyyetimizi incesenetimizi ve en esasi oz dilimzi qorumali onu yad tesirlerden qorulamiyiq..varvar sozleri az isledek..bizim dilimizin leksikologiyasi o qeder zengindir ki her bir sozu ifade etmeye qadirdir...menim ixtisasim olmasina baxmayaraq sahesinden asili olmayaraq her kes dilimizi yad tesirlerden qorumalidir..dilimizi sevek sevdirek..gelecek nesillere varvarizimlerden temizleyereq qoruyaraq catdiraq..tesekkur edirem sene baci bu gozel melumata gore
17 fevral 2015 16:20
# 5
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
leyla_258
ellerinize sagliq cox sagolun....
17 fevral 2015 13:44
# 4
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Fialka
Birinci insan öz dilin bilib daha sonra başqa dil öyrənə bilər elə valideynlər varki uşağa rus, ingilis dilin öyrədir ancaq öz dilində doğru danışa bilmir birdəki çox insanlar həm rus həm də ana dilində qatıb qarışdırıb danışır ondansa ya öz dilində danış yada hansı dildə istiyirsən o dildədə danış...
17 fevral 2015 11:02
# 3
BARBI
Teesufki bizde ana dilini sevmirler bakida ekser insan rusca danisir sanki onlarin ana dili rus dilidir
17 fevral 2015 09:27
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
lili)
men oz dilimizde danisiram niye basqa dilde danismaliyamki
17 fevral 2015 09:15
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz