Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevimli ədəbi qəhrəman - İnşa
Sevimli ədəbi qəhrəman - İnşa
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 1135
Səs ver:
Kitabları həyat hadisələrinin əksi sananlar yanılmırlar. Yazıçılar, şairlər bədii əsərlərinin qəhrəmanlarını sanki bizim ətrafımızdakı insanların arasından seçərək yaradırlar. Biz həyatda olduğu kimi, bədii əsərlərdə də müxtəlif xarakterli insanlarla rastlaşırıq. Bədii sürətlərdən bəziləri müsbət, digərləri isə mənfi keyfiyyətlərə malik olurlar. Buradan da oxucularda onlara qarşı rəğbət və ya nifrət hissi oyanır. Başqa sözlə desək, hər kəs oxuduğu bədii əsərlərdəki surətlərin arasında öz xarakterinə, həyata baxışlarına uyğun gələn ədəbi qəhrəman seçir və hətta onu öz idealı sanır.  Mən insanlarda mərdlik, çətinliklərdən qorxmamaq, sirr saxlamaq kimi keyfiyyətləri yüksək qiymətləndirirəm. Seçdiyim ədəbi qəhrəmanı da elə bu meyarlarla müəyyənləşdirmişəm. Bu, Azərbaycan yazıçısı Məhəmmədhüseyn Təhmasibin qələmə aldığı "Çiçəkli dağ” əsərindəki Mətanət obrazıdır. Azərbaycan şifahi xalq ədəbiyyatının gözəl bilicisi olan M.Təhmasib "Çiçəkli dağ” əsərini də sirli-sehirli nağıllarımızın motivləri əsasında qələmə almışdır.  Yazıçının əsərdə böyük məhəbbətlə yaratdığı Mətanət surəti təmiz əqidəli gənc azərbaycanlı qızların ümumiləşdirilmiş obrazıdır. O, 60 yaşında nurani bir alim olan Həkimin şagirdidir, cəmi 18 yaşı var. Lakin gənc olmasına baxmayaraq, onun möhkəm xarakteri formalaşıb. Yazıçı bu gənc qıza Mətanət adı verməklə onun xarakterinin möhləmliyini xüsusi nəzərə çarpdırmaq istəmişdir. Mətanət elmin sirlərini mükəmməl bilən müəllimindən yaxşı bilik və həyat dərsi alıb. Zülmkar Simnar xan həmkəndlilərini incidəndə, kəndə gələn suyun qarşısını kəsəndə Mətanət müəllimi Həkimə qoşularaq ona Çiçəkli dağındakı daşları əridə bilən, torpağın bəhrəsini artıran dərman hazırlamaqda kömək edir. Bundan sonra hadisələrin inkişafı dramatik xarakter alır. Simnar xan Qaraqayanı yarmaq, suyun qabağını açmaq istəyən həkimi zindana saldırır, onun hazırladığı dərmanın sirrini öyrənmək istəyir. Həkimi ələ salmaq cəhdləri baş tutmadıqda Simnar xan dərmanın sirrini Mətanətdən oyrənmək istəyir. Lakin o yanılırdı. Mətanət ona verilən işgəncələrdən, zindana salınmaqdan əsla qorxmur. Müəlliminin hörmətini uca tutur, dərmanın sirrini vermir. Mətanətin ondan dərmanın sirrini öyrənmək istəyən zülmkar xana qəti cavabı belə olur: "Bilmirəm, bilsəm də, demərəm”. Şagirdin iradəsi, dözümü, hətta daşa dönmək təhlükəsi qarşısında sınmaması müəlliminin qəlbini шаешчфк hissi ilə doldurur. Mətanətin sirr verməməsindən böyük qürur duyan Həkim iftixarla deyir: "Sən doğrudan da Mətanət imişsən”.   Bu kimi keyfiyyətlərinə görə mən Mətanəti idealım hesab edirəm və həyatda da seçdiyim bu, ədəbi qəhrəmana oxşamaq istəyirəm.


Şərhlər: 5
Baxılıb: 1135
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
FISTIK
men de insa yazmagi xoslamamsam....twk...maraqliydi....
19 fevral 2015 22:39
# 5
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Nazan
pis deyil
19 fevral 2015 16:30
# 4
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
lili)
usaq vaxti ne qeder baxirdiq bu filmie
19 fevral 2015 10:03
# 3
BARBI
Sevirem bele movzularda insa yazmagi
19 fevral 2015 09:35
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Bu əsəri oxumuşam kinosuda var dəfələrlə baxmışam maraqlı kino idi təşəkkürlər
19 fevral 2015 01:55
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz