Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarabağ düşmən tapdağında qalmayacaq! - İnşa
Qarabağ düşmən tapdağında qalmayacaq! - İnşa
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 37985
Səs ver:
Qarabağ! Bu ad necə də gözəl səslənir, necə də musiqili və ahəngdardır. Elə bil "Cəngi” də, "Koroğlunun uvertürası” da Qarabağ notu əsasında bəstələnib.
Qarabağ – sevimli Üzeyirimizin qədəm açıb yeridiyi torpaq, yurdumzun dilbər guşəsidir.
 
Şuşa – qəsbkar şahların başını bədənindən ayıran, onlarca fatehi atından düşürən tarixi şəhər, gözəl məkandır.
 
Topxana – Şahdağımız, Qoşqarımız, göylərə baş çəkən Göyəzənimiz, Vaqif yadigarı olan cənnət diyarımızdır. Hələ Kəlbəcər, Turşsu, İsa bulağı...
 
Çox-çox təəssüflər olsun ki, qoruya bilmədik Azərbaycanımızın bu dilbər guşəsini, gözəl məkanını. İstəməsək də, verdik yağı ayağının tapdağına. Özümüz göynəyə-göynəyə qaldıq, yuxumuz ərşə çəkildi.
 
Azərbaycan dünyanın cənnət diyarı, şah əsəridir. Bu şahın tacı isə Qarabağdır. Tacı isə başda gəzdirərlər. İndi bu tacın yeri başımız yox, ürəyimizdir, qəlbimizdir.
 
Vətənimizin dilbər guşəsi, bir zamanlar dillər əzbəri olan Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Odu-ocağı yağmalanmış, torpağı talanmış bu elin həsrəti hamımızın, xüsusən də öz elindən didərgin düşmüş qaçqınlarımızın qəlbini göynədir. Vaxtilə musiqi festivaları keçirilən, çal-çağırdan qulaq tutulan, indi isə gülü-çiçəyi qan ağlayan Cıdır düzünün də gözü nəmli, sinəsi dağlıdır. Azərbaycanın üzük qaşı, konservatoriyanın beşiyi sayılan Şuşa indi haraydadır:
Sinəmə dağ oldu – gülüzlü Şuşa,
Şuşasız bu dünya laləzar deyil,
Şuşasız bu ölkə yoxdur – var deyil.
Bu gün biz "Qarabağ bizimdir!” deyib özümüzə təsəlli  versək də, əslində bilirik ki, Qarabağ bizim yox, düşməmlərin əlindədir və onu qaytarmaq üçün sülh danışıqlarından daha çox, vətənpərvərlik hissi, mübarizə əzmi, qələbə ruhu lazımdır. Ana vətən, sinəsi dağlı Qarabağ bizi intiqama çağırır. Qarabağımız dardadır, bizi səsləyir, bizi gözləyir, bizdən kömək diləyir. Bu torpaq yad əlləri, yad nəfəsləri, yad dilləri qəbul edə bilmir. Bu torpaq indi doğma dildən çıxan bircə "Vətən” kəlməsinə həsrətdir. Bizdə bu ulu torpağın həsrətindəyik. Biz bu torpağı düşmən tapdağı altında qoya bilmərik.
 
Bizim hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Mən inanıram ki, qeyrətinə arxalandığımız, ümidmizi bağladığımız igid oğullarımız bizi bu bəladan xilas edəcəkdir. Mən inanıram ki, həmin şad günü həsrətlə gözləyən, qələbə sevincini yaşamaq istəyən  arzularımız gerçəkləşəcək, Qarabağ həsrətimizə son qoyulacaqdır.
Keçmə şerindən, muiqisindən,
Könlümün sevgisi bu oylaqdadır.
Sevinməyə haqqım yoxdur dünyada
Çünki Qarabağım dar ayaqdadır.


Şərhlər: 14
Baxılıb: 37985
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Angel
inwallah.......
12 yanvar 2016 18:31
# 14
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
kiraz mevsimci kiz
her il mektebde bu insani yazmaqdan bezmisem INSALLAH tezlikle torpaqlarimiz azad olar onlardan yazariq
12 yanvar 2016 18:29
# 13
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
Nazan
insallah
20 yanvar 2015 23:44
# 12
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
ece uslu
inwallah wehdlerimizin qani yerde qalmaz
20 yanvar 2015 23:40
# 11
Aysel Tatli
inwallah torpaqlarimiz alinar
20 yanvar 2015 20:13
# 10
emis
Bizim oglanlar qız tutduqları kimi,silah tutsaydı indi torpaqlarimizi azad etmişdik..
20 yanvar 2015 17:21
# 9
ayan97
Insallah yaxsi olar
20 yanvar 2015 15:15
# 8
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
sona
Sitat: Wappuw
25 ili alinmayipsa bundan sonra alinmasi cok cetin cavan cavan wehidler olurlar ilde analar ne qeder wehid verirler torpaqa analarin baqri qan olur bu analarin ginahi nedir...
Bir imkanli,nazir cixip desin menim oqlum veten ucun wehid oldu veten canin saq olsun,ancaq kasiplari uwaqlarin cebhe xettine yolluyurlar nazir balalari gunde kefde damaqda adi niye esgerlikde getmelidi,Bu qeder edaletsizlik olar

Raziyam fikrinle.
20 yanvar 2015 11:29
# 7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
BARBI
Her birinizin fikrinde duzgunluk var ne deyek insallah tezlikle qayidar torpaqlarimiz insallah sehidlerimizin qani yerde qalmaz
20 yanvar 2015 09:33
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
xeyalperest
Eslinde belkede bu sulh etmekde de bir fikir var bizler siyasetden azaciqda olsun melumatimiz yoxdu.Amma men inanmiram ama İNŞALLAH
20 yanvar 2015 09:24
# 5
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Fialka
25 il ötüb allah şəhidlərimizə rəhmət etsin,inşallah bir gün Qarabağ bizim olar,doğma yurdlarından didərgin düşənlər öz torpaqlarına qayıdar amin.(
20 yanvar 2015 08:11
# 4
Wappuw
25 ili alinmayipsa bundan sonra alinmasi cok cetin cavan cavan wehidler olurlar ilde analar ne qeder wehid verirler torpaqa analarin baqri qan olur bu analarin ginahi nedir...
Bir imkanli,nazir cixip desin menim oqlum veten ucun wehid oldu veten canin saq olsun,ancaq kasiplari uwaqlarin cebhe xettine yolluyurlar nazir balalari gunde kefde damaqda adi niye esgerlikde getmelidi,Bu qeder edaletsizlik olar
20 yanvar 2015 04:58
# 3
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
isveç.de
InşAllah inşAllah deyib səbir edə edə 25. IL ötdü.
20 yanvar 2015 02:39
# 2
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Miss_Oxatan
Inwalar kagizda,sozler qulaqda,hesret de urekde qalacaq bu gediwle.men bawa duwemmiremki ermeniyle sulh neye lazimdi?deyekki sulh baglandi,bariwdiz,can deyib can ewitdiz,bes gunahsizlarin qani halalliq verecek?bele yerde deyirler e ne olursa olene olur.
20 yanvar 2015 01:42
# 1
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz