Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sadəlik və təvazökarlıq insanın yaraşığıdır - İnşa
Sadəlik və təvazökarlıq insanın yaraşığıdır - İnşa
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 4262
Səs ver:
Əsl insana xas olan gözəl, nəcib sifətlərdən biri sadəlik və təvazökarlıqdır. Sadə və təvazökar adamları hamı sevir və onlara hörmət edir. Belə adamlar heç vaxt özlərini başqalarından üstün tutmur, uğur və müvəffəqiyyətləri ilə, qazandıqları  nailiyyətlərlə, göstərdikləri xidmətlərlə öyünmürlər. Əksinə, müvəffəqiyyətləri artdıqca onlar özlərini daha sadə aparır, qazandıqlarını az bilir və daha çox nailiyyət əldə etməyə çalışılar. Sadə və təvazökar adamlar hamı ilə mehriban və səmimi rəftar edir, daha çox gülərüz olurlar. Onlar heç kimin xətrinə dəymir, ən kobud adamlarla belə dil tapa bilirlər.
 
Lovğalıq, özünü öymək, "mənəm-mənəm” demək və hamıya yuxarıdan aşağı baxmaq meyli insanı fəallıq və təşəbbüskarlıqdan məhrum edir, onun kollektiv qarşısında hörmətdən düşməsinə səbəb olur. Belə adamları heç kim xoşlamır və heç kim onlarla ünsiyyətə girmək istəmir. Bu faktı mən şahidi olduğum bir hadisə ilə bir daha təsdiq edə bilərəm.
 
Bizim məktəbdə M. adlı bir oğlan oxuyur. Əvvəllər o, çox yaxşı uşaq idi. Biliyi və fərasəti ilə hamıdan seçilir, hamı ilə səmimi və mehriban rəftar edir, yoldaşcasına davranırdı. Müəllimlər də, şagirdlər də ona hörmət edirdilər. Sonralar o getdikcə dəyişməyə başladı. Əvvəlcə yavaş-yavaş lovğalıq hissi onda özünü göstərməyə başladı. Yerli-yersiz öyünür, hər yerdə özünü çox bilən kimi göstərməyə, başqalarından üstün olduğunu sübut etməyə çalışırdı. Artıq o, heç kimi bəyənmir, yalnız özünü sevirdi. Çox keçmədi ki, M. dərslərindən də zəifləməyə, aşağı qiymət almağa başladı. Artıq sinifdə heç kim ona hörmətlə yanaşmır, onu əvvəlki kimi saymır. Lovğalıq və xudpəsəndlik savadlı və bacarıqlı bir uşağı tamamilə korlamış və hörmətdən salmışdır.
Bəzən aramızda elə uşaqlar da olur ki, öz atalarının vəzifələri ilə, özlərinin varlı olmaları ilə öyünürlər. Əslində belə uşaqlar çox elə də bacarıqlı və savadlı olmurlar. Belə uşaqları heç vaxt sadə və təvazökar adlandırmaq olmaz.
 
Sadəlik və təvazökarlıq insanın yaraşığıdır. İnsan nə qədər sadə olsa, nə qədər təvazökar olsa, bir o qədər yüksəlir, bir o qədər hörmət sahibi olur. Atalar yaxşı deyib ki: " Ağac bar verdikcə başını aşağı dikər.”
 
Sadəlik və təvazökarlıq gözəl insani sifətlərdir və məndə bu xüsusiyyətləri özümdə tərbiyə etməyə çalışıram.


Şərhlər: 10
Baxılıb: 4262
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
mencede
4 yanvar 2015 23:35
# 10
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
my_angel
Teşekür edirem...Sadelik ve tevözkarlıq elbette insanın yaraşığıdır.Yoxsa insan lovğalansa, neye lazım? : )
3 yanvar 2015 07:48
# 9
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
FISTIK
Təşəkkür
2 yanvar 2015 18:56
# 8
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
leyla_258
MARAQLIDIR,SECILMIWLERE ELAVE ETDIM,TWK...
2 yanvar 2015 01:12
# 7
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
ece uslu
duzgun yazib her seyin en gozeli sade olanidi
1 yanvar 2015 11:54
# 6
sona
Men cooox sade insanam hedsiz derecede ama kaw azda olsa ozumnen raziligim olardi. Bawima ne gelibse sadeliyimnen gekib
1 yanvar 2015 02:10
# 5
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Fialka
Cox düzgün qeyd edilib sadəlik, təvazökarlıq cox gözəl xüsusiyyətdi,mənim ən sevmədiyim şey insanın lovgalıq edib mənəm mənəm deməsidir belə insanların hörməti sadə və təvazökar insanların yanında qat -qat aşagıdı..
1 yanvar 2015 02:00
# 4
Wappuw
coxx gozel duzgun yazilip
1 yanvar 2015 01:56
# 3
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
BARBI
Cox gozel yazilib sadelik cox gozeldir
1 yanvar 2015 01:54
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ismayilova ulker
Çox gözəl və düzgün sözlərdi. Maraqlıdı. Insan gərək öz sadəliyini qoruyub saxlaya. Təşəkkür edirəm.
1 yanvar 2015 01:34
# 1
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz