Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müstəqil Azərbaycan - İnşa
Müstəqil Azərbaycan - İnşa
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1164
Səs ver:
Müstəqil yaşamaq,taleyinin sahibi olmaq,öz dövlətini qurmaq hər bir xalqın arzusudur.Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır.Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur.Buna misal kimi müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşahlar, Eldəgizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin adını çəkə bilərik.Şah İsmayıl Xətainin dövründə Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirirdi və Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəldilmişdi.  Xalqımız ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanmışdı.1998-ci ildə Azərbaycanda bütün islam dünyasında ilk demokratik respublika qurulmuşdur.Lakin bu respubilikanın ömrü qısa oldu.Belə ki, xarici müdaxilə, daxili çəkişmələr və digər amillər üzündən Azərbaycan Demokratik Cümhuriyyəti az vaxtdan – cəmi 23 aydan sonra süqut etdi.Ötən əsrin son onilliyinədək davam edən sovet hakimiyyəti illərində xalqımız dövlət müstəqilliyindən məhrum qalsa da, respubilikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmiş və müstəqillik üçün lazımı əsaslar yaratmışdır.  Ötən əsrin sonlarında xalqımıza yenidən dövlət müstəqilliyinə qovuşmaq səadəti nəsib oldu.Sovet İttifaqı dağildıqdan sonra 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu.  Həmin vaxtdan bəri xalqımız azad yaşayır,öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respubilikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir.Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.Respubilikamızda dövlət quruculuğunun əsasları bu Konstitusiya ilə təsbit olunub. Konstitusiyamıza əsasən,Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlətdir və ölkədə hakimiyyətin yeganə mənbəyi xalqdır.Müstəqil Azərbaycanın həyatında başqa bir əlamətdar hadisə 1994-cü ilin əvvəlində baş vermişdir – milli valyutamız manatdan ölkədə yeganə ödəniş vasitəsi kimi istifadə olunmağa başlanılmışdır. Bütün bunların sayəsində respubilikamızda həyat dəyişir, insanların rifah halı yaxşılaşır, yeni-yeni sosial layihələr həyata keçirilir, paytaxda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır.Yeni tikilən göydələnlər, nəhəng körpülər, rahat yollar müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir.  Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir.Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi, göstərmək hər birimizin müqəddəs borcudur.


Şərhlər:
Baxılıb: 1164
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz